Stüart sözü azərbaycan dilində

Stüart

Yazılış

  • Stüart • 98.9501%
  • STÜART • 0.5249%
  • stüart • 0.5249%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksandr Stüart
Aleksandr Stüart (30 aprel 1514, Stirlinq – 18 dekabr 1515) — Şotlandiya kralı IV Ceymsin və Marqarita Tüdorun ən kiçik oğlu.
Anna Stüart
Anna Stüart (ing. Anne Stuart) (6 (16) fevral 1665, Sent-Ceyms sarayı, Böyük London regionu[d] – 1 (12) avqust 1714, Kensinqton) — İngiltərə, Şotlandiya və İrlandiyanın, 1 may 1707-ci ildə bağlanan uniyanın ardından Böyük Britaniya krallığının kraliçası. Anna və bacısı Mariya qatı protestant olan əmisi II Karlın səltənətində dünyaya gəldi. Əmisinin övladı olmadığı üçün ataları Ceyms İngiltərə taxtının vəliəhdi elan edilmişdi. Ancaq onun katolik inancına mənsub olması ölkədə tərəfdar itirməsinə səbəb olmuşdu. Bu səbəblə hər iki qız əmiləri II Karlın himayəsində əsl anqlikan-protestant olaraq böyüdüldülər. Yenə əmisinin istəyilə Mariya 1677-ci ildə protestant olan bibisi oğlu Oranjlı Vilhelmlə, Anna isə 1683-cü ildə yenə protestant-lüteran olan Danimarka kralı III Fridrixin oğlu Corcla evləndirildi. 1685-ci ildə II Karl vəfat etdi və varisi olan qardaşı Ceyms taxta çıxdı. Ancaq cəmi 3 il sonra baş tutan Şanlı inqilabla taxtdan devrilərək Fransaya qaçdı. Kralın böyük qızı Mariya və əri Oranjlı Vilhelm İngiltərənin ortaq monarxları olaraq taxta çıxarıldılar.
Ceyms Stüart
Ceyms Stüart — Kişi adı. Ceyms Stüart (d. 20 may 1908 - ö. 2 iyul 1997) — məşhur ABŞ və Böyük Britaniya aktyoru. Ceyms Stüart (d. 1531 - ö. 23 yanvar 1570) — Şotland əsilzadəsi. Ceyms Stüart (d. 21 fevral 1507 – ö. 27 fevral 1508) — Şotlandiya kralı IV Ceymsin və Marqarita Tüdorun ən böyük oğlu.
Elizabet Stüart
Elizabet Stüart (19 avqust 1596[…], Fayf[d] – 13 fevral 1662[…], London) - Bohemiya kralı V Frederikin xanımı, Şotlandiya, İrlandiya və İngiltərə kralı I Ceyms və Danimarkalı Annanın ən böyük qızı. Bundan başqa Şotlandiya kraliçası Mariya Stüartın nəvəsi idi. Ərinin Bohemiyadakı səltənəti yalnız 1 qış davam etdiyinə görə, tarixi qaynaqlarda "Qış Kraliçası" adlanır. Şotlandiya, İrlandiya və İngiltərə kralı olan qardaşı I Karldan cəmi 4 yaş böyük idi.
Henri Stüart
Henri Stüart (d. 1495 – ö. 1552) — İngiltərə kralı VII Henrinin böyük qızı Marqarita Tüdorun sonuncu həyat yoldaşı və Methven lordu. Henri Stüart (d. 7 dekabr 1545 – ö. 10 fevral 1567) — Şotlandiya kraliçası I Mariyanın həyat yoldaşı və Darnley lordu. Henri Stüart (d. 8 iyul 1640 – ö. 13 sentyabr 1660) — İngiltərə kralı I Karlın oğlu.
Kristen Stüart
Kristen Ceyms Stüart (ing. Kristen Jaymes Stewart; 9 aprel 1990[…], Los-Anceles, Kaliforniya, ABŞ) — amerikalı aktrisa. "Alatoran" filmində oynadığı Bella Svon rolu ilə tanınma qazanmışdır. Aktrisa həmçinin "Panic Room" (2002), "Zathura" (2005), "Müjdəçilər" (2007), "Qadınlar ölkəsində" (2007), "Vəhşi təbiətdə" (2007), "Adventureland" (2009) və "The Runaways" (2010) filmlərində də rol almışdır. == Həyatı == Kristen Stüart Los-Anceles şəhərində doğulmuş və böyümüşdür. Onun atası Con Stüart səhnə yönədicisi və Fox telekanalında televizor prodüsseridir. Anası Culs Mənn – Stüart Avstraliyanın Queensland vilayətinin Maroochydore şəhərində əlyazma supervayzeri olmuşdur. Aktrisanın Kameron Stüart adında özündən böyük bir qardaşı var. == Karyerası == Aktrisanın bütün ailəsi (anası, atası və özündən böyük üç qardaşı) kamera arxasında çalışırlar və Kristen Stüart da düşünürmüş ki, o da yazıçı və ya ssenarist olacaq, lakin heç vaxt aktrisa olmağı ağlına gətiməmişdir. "Mən heç vaxt diqqət mərkəzində olmaq istəməmişəm, heç vaxt məşhurlaşmaq haqqında düşünməmişəm, lakin həmişə avtoqraf verməyi öyrənməyə çalışmışam, çünki mən qələmləri sevirəm.
Mariya Stüart
Mariya Stüart (ing. Mary, Queen of Scots) (8 dekabr 1542 və ya 1542 – 8 fevral 1587[…] və ya 1587) — Şotlandiyanın Stüart sülaləsindən olan kraliçası. Şotlandiya kralı V Ceymsin həyatda qalan yeganə övladı Mariya Stüart anadan olandan 6 gün sonra atası anidən vəfat etdi və o, Şotlandiya kraliçası elan edildi. Dövlət taxt naibləri tərəfindən idarə olunmaqda idi. Mariya isə təhsili ilə əlaqədar olaraq uşaqlığının böyük bir qismini Fransada keçirdi. 1558-ci ildə hələ 16 yaşında ikən Fransa taxtının vəliəhdi Fransisklə evləndi. II Fransiskin 1559-cu ildə taxta çıxması ilə gənc Mariya Fransa kraliçası elan olundu və ərinin ölümünə qədər bu ünvanı daşıdı. Bir il sonra ərinin ölümü ilə dul qalan Mariya Stüart 1561-ci ilin avqustunda vətəninə geri döndü. 4 il sonra o, əmisi oğlu Darnley lordu Henri Stüartla evləndi. Ancaq bu evlilik bədbəxt sonluqla bitdi.
Patrik Stüart
Ser Patrik Stüart (Patrick Stewart; 13 iyul 1940[…] ) — səhnə və ekranda görkəmli karyeraya sahib olan İngilis film, televiziya və səhnə aktyoru. O ən çox "Ulduzlu yol: Yeni nəsil" filmində Jan Luk Pikard və "X adamlar" filmlər seriyasında Professor Çarlez Xavier rolları ilə tanınır. 1993-cü ildə TV Guide onu 1980-cı illərin ən yaxşı dramatik televiziya aktyoru seçdi.
Qloria Stüart
Qloriya Stüart (ing. Gloria Stuart; 4 iyul 1910, Santa-Monika, Kaliforniya – 26 sentyabr 2010[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Qloriya Stüart 1997-ci ildə çəkilən "Titanik" filmində qocalan Rouz rolunu Qloriya Stüart ifa edib. O, filmdə 101 yaşlı qadını canlandırıb. O vaxt aktrisanın 86 yaşı olub. Bu ifaya görə Qloriya Stüart "Oskar" və "Qızıl qlobus" mükafatlarının nominantı olub və ABŞ kino aktyorları Gildiyasının ən yaxşı ikinci plan kino aktrisası mükafatını alıb. Qloriya Stüart 2010-cu il sentyabrın 26-da 100 yaşında vəfat edib.
Qloriya Stüart

Stüart Holl
Stüart Holl (ing. Stuart Hall; 3 fevral 1932[…], Kinqston – 10 fevral 2014[…], London) — britaniyalı marksist istiqamətli mədəniyyət və kütləvi rabitə sosioloqu. == Bioqrafiyası == Yamaykada anadan olub. 1951-ci ildə Oxford Universitetinin Murton Kollecində oxumaq üçün Rodos Təqaüdü qazandı. Birminhem Universitetində işləyirdi, burada 1964-cü ildə Richard Hoggard ilə birlikdə Çağdaş Kültür Araşdırmaları Mərkəzini qurdu. 1979-1997-ci illərdə Açıq Universitetdə dərs demişdir. Reymond Vilyams ilə əməkdaşlıq edən Riçard Hoqqart, New Left Review jurnalında onlarla birlikdə çıxdı. Müharibəyə qarşı hərəkatın üzvü. Britaniya Sosioloji Assosiasiyasının prezidenti (1995-1997). Britaniya Akademiyasının üzvü.
Stüart MakKinstri
Stüart Adamson MakKinstri (18 sentyabr 2002, Vişou, Şotlandiya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Lids Yunayted" klubunda hücumçu kimi çıxış edən peşəkar Şotlandiya futbolçusu. MakKinstri Vişou şəhərində anadan olmuşdur. O, "Motervell" akademiyasında yetişdikdən sonra 2019-cu ilin yayında "Lids Yunayted" klubuna transfer olmuşdur. == Karyerası == MakKinstri Vişou şəhərində anadan olmuşdur. Hər iki valideyni "Motervell" klubunun azərkeşi olduğu üçün uşaqlıqdan o da həmin kluba rəğbət bəsləyirdi. 10 yaşı olarkən klubun akademiyasına qəbul olunmuşdur. 26 dekabr 2018-ci ildə "Kilmarnok" klubuna qarşı liqa görüşündə Stüartın adı ehtiyat oyunçular siyahısına əlavə edilmişdir. Lakin o, meydana çıxmamış və komandası rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. 2019-cu ilin yayında oyunçu "Lids Yunayted" akademiyasına transfer edilmişdir. 2019-cu ilin sentyabr ayında Stüart 2022-ci ilə qədər klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Braun Maykl Stüart
Braun Maykl Stüart (13 aprel 1941[…], Bruklin, Nyu-York ştatı) — məşhur Amerika həkimi və biokimyaçısı. İrsi hiperkolesterolemiya reseptorunun kəşfi ilə əlaqədar tədqiqat aparmaq üçün Joseph Goldstein ilə birlikdə 1985-ci ildə Tibb və Fiziologiya üzrə Nobel Mükafatını aldı. 1977 ildən Texas Universitetinin Tibb Məktəbi nəzdindəki Genetik Xəstəliklər Mərkəzinin direktorudur. == Həyatı == 13 aprel 1941-ci il tarixində Bruklində anadan olub. 1962-ci ildə Pensilvania Universitetinə qəbul olur və 1966-cı ildə həmin universitetin tibb fakültəsini bitirir. O vaxtdan bəri Southwestern Medical Center-də xolesterol metabolizması sahəsində işləyir. Dünyanın aparıcı bioloji və tibbi jurnallarında çoxsaylı məqalələrin müəllifidir.
Ceyms Stüart (aktyor)
Ceyms Stüart (ing. James Stewart;20 may 1908 - 2 iyul 1997) — məşhur ABŞ və Böyük Britaniya aktyoru. == Həyatı == Ceyms Stüart 20 may 1908-ci ildə İndiana, Pennsilvaniyada anadan olmuşdur.Filadelfiya əhvalatı filminə görə 1940-cı ildə Oskar mükafatı qazanmışdır. == Filmoqrafiya == Filadelfiya əhvalatı (film, 1940) / ing.
Ceyms Stüart (siyasətçi)
Ceyms Stüart (d. 1531 — ö. 23 yanvar 1570) — Şotlandiya kralı V Ceymsin illeqal oğlu kimi Stüartlar sülaləsinin bir üzvüdür. Bundan başqa ögey bacısıoğlu olan I Ceymsin səltənət naibi kimi 1567–1570-ci illərdə ölkəni idarə etmişdir.
Con Stüart Mill
Mill Con Stüart (ing. John Stuart Mill; 20 may 1806[…] – 8 may 1873[…], Avinyon) — ingilis mütəfəkkiri və iqtisadçısıdır. == Həyatı == Ceyms Millin oğlu. O, atasının rəhbərliyi ilə əla təhsil almışdır. Üç yaşında ikən qədim yunan dilini öyrənməyə başlamış Mill altı yaşında ikən tarixə aid müstəqil işlər yazır, on iki yaşı tamam olanda ali riyaziyyatı, məntiqi və siyasi iqtisadı öyrənməyə başlayır. On dörd yaşında təhsilini başa vurmuş Mill 1838–1858-ci illərdə Ost-Hind şirkətində xidmət etmiş, Hindistanın ingilislər tərəfindən idarə edilməsi ilə əlaqədar məsələlərin həllində iştirak etmişdir. 1865–1868-ci illərdə İngiltərə parlamentinin icmalar palatasının üzvü olmuş, burada mülkədar torpaqlarının kəndlilərə verilməsi və ya uzunmüddətli icarə şərtləri daxilində həmin torpaqların kəndlilərə təhkim edilməsinin tərəfdarı kimi çıxış etmişdir. 1843-cü ildə "Məntiqin sistemi" adlı əsərini çap etdirmişdir. Özünün ən məşhur iqtisadi əsəri olan "Siyasi iqtisadın əsasları" kitabını il yarım ərzində yazaraq 1848-ci ildə nəşr etdirmişdir (ruscaya tərcümə, C.1–2, 1865). Bu işdə müəllif Rikardonun ideyalarını son dərəcə inandırıcı və aydın şəkildə təbliğ etmiş, onun təlimini geniş oxucu kütləsi üçün daha anlaşıqlı və sadə dildə şərh etmişdir.
Mariya Stüart (kraliça)
Mariya Stüart (ing. Mary, Queen of Scots) (8 dekabr 1542 və ya 1542 – 8 fevral 1587[…] və ya 1587) — Şotlandiyanın Stüart sülaləsindən olan kraliçası. Şotlandiya kralı V Ceymsin həyatda qalan yeganə övladı Mariya Stüart anadan olandan 6 gün sonra atası anidən vəfat etdi və o, Şotlandiya kraliçası elan edildi. Dövlət taxt naibləri tərəfindən idarə olunmaqda idi. Mariya isə təhsili ilə əlaqədar olaraq uşaqlığının böyük bir qismini Fransada keçirdi. 1558-ci ildə hələ 16 yaşında ikən Fransa taxtının vəliəhdi Fransisklə evləndi. II Fransiskin 1559-cu ildə taxta çıxması ilə gənc Mariya Fransa kraliçası elan olundu və ərinin ölümünə qədər bu ünvanı daşıdı. Bir il sonra ərinin ölümü ilə dul qalan Mariya Stüart 1561-ci ilin avqustunda vətəninə geri döndü. 4 il sonra o, əmisi oğlu Darnley lordu Henri Stüartla evləndi. Ancaq bu evlilik bədbəxt sonluqla bitdi.
Mill Con Stüart
Mill Con Stüart (ing. John Stuart Mill; 20 may 1806[…] – 8 may 1873[…], Avinyon) — ingilis mütəfəkkiri və iqtisadçısıdır. == Həyatı == Ceyms Millin oğlu. O, atasının rəhbərliyi ilə əla təhsil almışdır. Üç yaşında ikən qədim yunan dilini öyrənməyə başlamış Mill altı yaşında ikən tarixə aid müstəqil işlər yazır, on iki yaşı tamam olanda ali riyaziyyatı, məntiqi və siyasi iqtisadı öyrənməyə başlayır. On dörd yaşında təhsilini başa vurmuş Mill 1838–1858-ci illərdə Ost-Hind şirkətində xidmət etmiş, Hindistanın ingilislər tərəfindən idarə edilməsi ilə əlaqədar məsələlərin həllində iştirak etmişdir. 1865–1868-ci illərdə İngiltərə parlamentinin icmalar palatasının üzvü olmuş, burada mülkədar torpaqlarının kəndlilərə verilməsi və ya uzunmüddətli icarə şərtləri daxilində həmin torpaqların kəndlilərə təhkim edilməsinin tərəfdarı kimi çıxış etmişdir. 1843-cü ildə "Məntiqin sistemi" adlı əsərini çap etdirmişdir. Özünün ən məşhur iqtisadi əsəri olan "Siyasi iqtisadın əsasları" kitabını il yarım ərzində yazaraq 1848-ci ildə nəşr etdirmişdir (ruscaya tərcümə, C.1–2, 1865). Bu işdə müəllif Rikardonun ideyalarını son dərəcə inandırıcı və aydın şəkildə təbliğ etmiş, onun təlimini geniş oxucu kütləsi üçün daha anlaşıqlı və sadə dildə şərh etmişdir.
Stüart Milner-Berri
Filip Stüart Milner Berri (ing. Sir Philip Stuart Milner-Barry; 20 sentyabr 1906, London – 25 mart 1995, London) — İngilis şahmatçı, İkinci Dünya müharibəsi illərində kriptoqrafiyaçı, məmur.II Dünya Müharibəsi illərində Bletçli Parkında işləyir və Eniqma maşınından istifadə edərək şifrələnmiş mesajların deşifrindən məsul olan "Hut 6"nın rəhbəri idi.Həmin illər baş nazir Vinston Çörçillə işlərinə yardım üçün müraciət edən 4 əsas kriptoqrafiyaçıdan biri idi.Müharibədən sonra xəzinədə çalışmış, İngilis təltif sistemini idarə etmiş və İngiltərəni şahmat üzrə beynəlxalq yarışlarda təmsil etmişdi.
Artur Stüart (1509-1510)
Artur Stüart (20 oktyabr 1509, Holirud sarayı[d] – 14 iyul 1510, Edinburq qalası, Midlotian[d]) — Şotlandiya kralı IV Ceymsin və Marqarita Tüdorun ikinci oğlu.
Elizabet Stüart (1596-1662)
Stüart Teoremi
Stüart Teoremi Planimetriyada hər hansı bir üçbucağın daxilində bir təpədən qarşı tərəfə çəkilmiş düz xəttin uzunluğunu hesablamaq üçün teorem.
Stüart adası
Stüart adası (ing. Stewart Island) və ya Pakiura (ing. Rakiura) — Yeni Zelandiyanın sahəsinə görə üçüncü adasıdır. Cənub adasından 30 km cənubda yerləşir. Adalar bir-birindən Fovo boğazı vastəsi ilə ayrılır. == Coğrafiyası == Adanın sahəsi 1746 km² təşkil edir. Adanın ən hündür nöqtəsi 979 metrə malk olam Anqlem dağıdır. Adanın şimal hissədi dağlıqdır. Adanın ən uzun çayı Freşuoter çayıdır. Cənubu isə nisbətən düzənlikdir.
Neytan Stüart-Carret
Neytan Stüart-Carrett
Neytan Lloyd Stüart-Carrett (ing. Nathan Lloyd Stewart-Jarrett, 4 dekabr 1985) — Böyük Britaniya aktyoru. "Misfits" serialında canlandırdığı Curtis Donovan roluna görə tanınır. == Karyerası == Natan 1985-ci ildə anadan olub. Gənc yaşlarında incəsənət ilə maraqlanıb. Daha sonradan akytorluq ilə məşğul olmağa başlayıb. 2006-cı ildə London şəhərində yerləşən Nitq və Drama Mərkəzi Məktəbi universitetinin məzunu olub. Bundan sonrakı illərdə teatrlarda çalışıb. 2007-ci ildə televiziyada ilk rolunu BBC One telekanalında yayımlanan Casuality verilişində alıb. Daha sonradan daha bir neçə verilişdə işləyən Natan 2009-cu ildə Misfits serialında çəkilməyə başlayır.
Henri Stüart (Darnley lordu)
Henri Stüart (d. 7 dekabr 1545 – ö. 10 fevral 1567) — Darnley lordu və Şotlandiya kraliçası I Mariyanın həyat yoldaşı.
Henri Stüart (Methven lordu)
Henri Stüart (d. 1495 – ö. 1552) — İngiltərə kralı VII Henrinin və Yorklu Elizabetin böyük qızı olan Marqarita Tüdorun sonuncu həyat yoldaşı və Methven lordu.
Mariya Stüart (1631-1660)
Mariya Stüart (ing. Mary Stuart) (d. 4 noyabr 1631 – ö. 24 dekabr 1660) — İngiltərə şahzadəsi. Stüart ailəsinə mənsub idi və evlilik yoluyla həm Oranj şahzadəsi, həm də Nassau qrafinası oldu. Ərinin vəfatının ardından yerinə keçən oğlu üçün taxt naibəsi oldu. "İngiltərə şahzadəsi" adını alan ilk xanım idi. İngiltərə kralı I Karl və kraliça Mariya Henrettanın ən böyük qızı idi və 9 yaşında ikən Niderlandın gələcək hakimi olan II Vilhelmlə evləndirildi. Ancaq İngiltərədəki siyasi vəziyyətin pis olması səbəbilə 1642-ci ilin əvvəllərinə qədər valideynləriylə birlikdə İngiltərədə qaldı. Ardından anası ilə birlikdə Niderlanda göndərildi.
Stüart Littl (cizgi serial, 2003)
Stuart Little: The Animated Series (ing. Stuart Little: The Animated Series) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 1 mart 2003-ci il ilə 24 may 2003-cı il arasında yayımlanmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.46 dəfə / 1 mln.
2004 ••••• 0.67
2005 ••••• 0.67
2006 •••••• 0.90
2007 •• 0.21
2008 ••••••• 0.97
2009 •••••• 0.80
2010 •••••••••••••• 2.18
2011 •••••••••••••• 2.14
2012 •••••••••••••••••••• 3.18
2013 ••••••••••••••••• 2.63
2014 •••••••• 1.20
2015 •••••••• 1.19
2017 •••• 0.49
2018 •• 0.30
2019 ••••••••••••••••••• 2.92
2020 •••• 0.53

Oxşar sözlər

#stüart nədir? #stüart sözünün mənası #stüart nə deməkdir? #stüart sözünün izahı #stüart sözünün yazılışı #stüart necə yazılır? #stüart sözünün düzgün yazılışı #stüart leksik mənası #stüart sözünün sinonimi #stüart sözünün yaxın mənalı sözlər #stüart sözünün əks mənası #stüart sözünün etimologiyası #stüart sözünün orfoqrafiyası #stüart rusca #stüart inglisça #stüart fransızca #stüart sözünün istifadəsi #sözlük