suffoziya sözü azərbaycan dilində

suffoziya

Yazılış

  • suffoziya • 71.4286%
  • Suffoziya • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Suffoziya
Suffoziya — torpaqda həll olmuş duzların (xlorid, xlorid-sulfat, karbonat) yuyulub çıxarılması, qruntların mikroaqreqat quruluşunun pozulması, enən su cərəyanları vasitəsilə xırda süxur hissəciklərinin yuyulub dərinə daşınması və sonradan yeraltı sularla çıxarılması. Mexaniki və kimyəvi suffoziya növləri ayrılır. Suffoziya nəticəsində üstdə yatan süxur qatlarının çökməsi, Yer səthində isə qapalı çuxurlar, yaxud xırda mikroçökmələr, "boşqablar" və daha iri enmiş sahələr əmələ gətirir. Kiçik çuxurların diametrı 10 m-dən 100–500 m, dərinliyi 0,1–1,5 m, iri çökmələrin ölçüləri uyğun olaraq, 600–1500 m-ə qədər olur. Suffoziya yumşaq torpaq, löss və ya digər yapışmayan materiallar çatları və oyuqları olan əhəngdaşı süxurunun alt təbəqəsinin üzərində olduqda baş verir. Yağış və səth suları bu materialı yavaş-yavaş bu çatlardan keçirir və altındakı mağaralara aparır. Zaman keçdikcə bu müxtəlif dərinlikdəki landşaftda depressiya yaradır. Suffoziya həm kütlə itkisi, həm də həcmli büzülmə ilə xarakterizə olunan torpaq strukturunun dağılmasına səbəb olan qeyri-sabitlik yaradan dağıdıcı bir prosesdir. Suffoziyada daha qaba hissəciklər nöqtə-nöqtə əlaqəsini itirirlər. Bu, dağıdıcı olmayan və həcmdə dəyişiklik olmadan kütlə itkisi ilə xarakterizə olunan yayılmadan fərqlidir.

suffoziya sözünün leksik mənası və izahı

  • 1 /lat. suffossio-altını qazıma, altını oyma/ xırda məsaməli süxurlardan süzülən qrunt suları vasitəsilə həll olmuş maddələrin və xırda qırıntı hissəciklərin çıxarılması (mexaniki suffoziyası). Yeraltı boşluqların və sonralar isə üstdə yatan çöküntü qatın çökməsi ilə əlaqədar yer üstündə qapalı çökəkliklərin /nəlbəki, qıf və s./ əmələ gəlməsinə səbəb olur. S. adətən yerüstü müvəqqəti, sonralardan daimi axımı olan yarğanların və çay dərələrinin əmələ gəlməsi ilə nəticələnir. суффозия underwashing, suffosion

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / suffoziya

suffoziya sözünün etimologiyası

suffoziya sözünün rus dilinə tərcüməsi

  • 1 гидрогеол. I сущ. суффозия (вынос растворимых веществ и мелких минеральных частиц из горных пород потоком фильтрующейся в их толще воды) II прил. суффозионный. Suffoziya sürüşməsi суффозионный оползень, suffoziya hadisələri суффозионные явления

    Azərbaycanca-rusca lüğət / suffoziya

Oxşar sözlər

#suffoziya nədir? #suffoziya sözünün mənası #suffoziya nə deməkdir? #suffoziya sözünün izahı #suffoziya sözünün yazılışı #suffoziya necə yazılır? #suffoziya sözünün düzgün yazılışı #suffoziya leksik mənası #suffoziya sözünün sinonimi #suffoziya sözünün yaxın mənalı sözlər #suffoziya sözünün əks mənası #suffoziya sözünün etimologiyası #suffoziya sözünün orfoqrafiyası #suffoziya rusca #suffoziya inglisça #suffoziya fransızca #suffoziya sözünün istifadəsi #sözlük