sultanlarının sözü azərbaycan dilində

sultanlarının

Yazılış

  • sultanlarının • 95.0000%
  • Sultanlarının • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Osmanlı sultanlarının siyahısı
Osmanlı Sultanları — 1302–1922-ci illər arasında Osmanlı İmperiyasını idarə etmiş Sultanlara verilən ümumi ad. Sultanlar tərəfindən idarə olunan Osmanlı İmperiyası şimaldan Macarıstan, cənubdan Somali, qərbdən Əlcəzair və şərqdən İraq ilə əhatələnmişdir. Sultanlar imperiyanı paytaxtdan idarə edirdilər. Osmanlı İmperiyasının ilk paytaxtı 1329-cu ildə fəth olunan Bursa şəhəri olmuşdur. Paytaxt 1366-cı ildə Ədirnə şəhərinə, 1453-cü ildə isə Konstantinopolun fəth olunmasından sonra İstanbul şəhərinə köçürülmüşdür.
Rum sultanlarının siyahısı
Anadolu Səlcuqlu sultanlarının siyahısı — 1077-1318-ci illərdə Rum sultanlığını idarə etmiş sultanların siyahısı.
Məmlük sultanlarının siyahısı
Məmlük hökmdarlarının siyahısı — Məmlük sultanlığı 1250-ci ildə Əyyubi sultanı Saleh Əyyubinin məmlükləri tərəfindən qurulmuş və Əyyubilər dövlətini süquta uğratmışdır. Sultanlığın paytaxtı Qahirə şəhəri olmuş və müxtəlif dövrlərdə ərazisi Misir, Suriya və Anadolunun bəzi hissələrini, Cəzirə və Hicazı əhatə etmişdir. Məmlük sultanlığı 1517-ci ildə Osmanlı imperiyası tərəfindən süquta uğradılmışdır. Məmlük tarixi Bəhri və Burci dövrləri olmaqla iki yerə bölünür. Bəhri sultanları əsasən türk mənşəli, Bürcilər isə etnik çərkəzlərdən ibarət idi. İlk üç Məmlük sultanı Aybək, onun oğlu Mənsur Əli və Qutuz Bəhrilər sülaləsinin üzvü hesab edilsələr də, onlar "Bəhriyyə məmlük alayı"nın tərkibində deyildilər və Bəhrilərin siyasi maraqlarına qarşı çıxırdılar. Bəhrilərdən ilk sultan Baybarsdır. Bürcilər 1382-ci ildə sultan Bərkukun hakimiyyətə gəlməsi ilə taxta çıxdılar. Həmçinin 1512-ci ildə taxta çıxarılan və bir neçə ay hakimiyyətdə olan, 34-cü sultan Müstəin Billah Abbasi xəlifəsi idi və Bürci əmirləri tərəfindən siyasi fiqur kimi hakimiyyətə gətirilmişdi.
Əyyubi sultanlarının siyahısı
12-14-cü əsrlər arasında Orta Şərqə və Şimali Afrikaya nəzarət edən Əyyubi sülaləsindən olan hökmdarların siyahısı. == Misir sultanları == Səlahəddin, Nəcməddin Əyyubun oğlu, 1174–1193; Əziz Osman, Səlahəddinin oğlu, 1193–1198; Mənsur Məhəmməd, Əziz Osmanın oğlu, 1198–1200; I Adil, Səlahəddinin qardaşı, 1200–1218; Kamil Məhəmməd, I Adilin oğlu, 1218–1238; II Adil, Kamil Məhəmmədin oğlu, 1238–1240; Saleh Əyyub, Kamil Məhəmmədin oğlu, 1240–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Əşrəf Musa, Səlahəddinin nəslindən olduğu ehtimal edilir (de-yure hökmdar elan edilsə də, faktiki olaraq dövlət Aybək tərəfindən idarə olunurdu), 1250–1254. Məmlük sultanlığı tərəfindən süquta uğradıldı. == Dəməşq əmirləri və sultanları == Səlahəddin, 1174–1193; Əfdal Əli, Səlahəddinin oğlu, 1193–1196; I Adil, Səlahəddinin qardaşı, 1196–1218; Müəzzəm İsa, I Adilin oğlu, 1218–1227; Nasir Davud, Müəzzəm İsanın oğlu, 1227–1229; Əşrəf Musa, I Adilin oğlu, 1229–1237; Saleh İsmayıl, I Adilin oğlu, 1237–1238; Kamil Məhəmməd, I Adilin oğlu, 1238; II Adil, Kamil Məhəmmədin oğlu, 1238–1239; Saleh Əyyub, I Adilin oğlu, 1239; Saleh İsmayıl (ikinci hakimiyyəti), 1239–1245; Saleh Əyyub (ikinci hakimiyyəti), 1245–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Nasir Yusif, Əziz Məhəmmədin oğlu, 1250–1260. Bölgə 1260-cı ildə Əyn Cəllud döyüşündən sonra Monqol imperiyası tərəfindən ələ keçirildi. Daha sonra isə Məmlük sultanlığının tabeliyinə keçdi. == Hələb əmirləri == Səlahəddin, 1183–1193; Zahir Qazi, Səlahəddinin oğlu, 1193–1216; Əziz Məhəmməd, Zahir Qazinin oğlu, 1216–1236; Nasir Yusif, Əziz Məhəmmədin oğlu, 1236–1260. Bölgə 1260-cı ildə Əyn Cəllud döyüşündən sonra Monqol imperiyası tərəfindən ələ keçirildi. Daha sonra isə Məmlük sultanlığının tabeliyinə keçdi. == Bəəlbək əmirləri == Şəmsəldin Məhəmməd, (sülalənin üzvü deyildi, Dəməşqin keçmiş valisidir), Səlahəddin tərəfindən təyin edilib, 1175–1178; Turanşah, Səlahəddinin qardaşı, 1178–1179; Fərruxşah, Səlahəddinin qardaşı oğlu, 1179–1182; Bəhramşah, Fərruxşahın oğlu, 1182–1230; Əşrəf Musa, I Adilin oğlu, 1230–1237; Saleh İsmayıl, Əşrəf Musanın qardaşı, 1237–1246; Sədəldin əl-Humeydi (sülalənin üzvü deyildi, Saleh Əyyub tərəfindən vali təyin olunub), 1246–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Nasir Yusif, Hələb və Dəməşq sultanı, Əziz Məhəmmədin oğlu, 1250–1260.
Cəlairi sultanlarının siyahısı
Cəlairilər sultanlığını idarə edən hökmdarların siyahısı. Sultanlığın əsası 1340-cı ildə Şeyx Böyük Həsən tərəfindən qoyulmuş və ikinci hökmdarı sultan Üveysin hakimiyyət illərində ən qüdrətli dövrünü yaşamışdır. Sultan Üveys dövründə Cəlairilər Azərbaycanı, Şərqi Anadolunun və Əcəm İraqının bir hissəsini ələ keçirdilər. Həmçinin bu dövrdə Şirvanşahlar və Mərkəzi İranda hakimiyyətdə olan Müzəffərilər Cəlairilərin vassalına çevrildilər. Sultanların iqamətgahı müxtəlif dövrlərdə Bağdad, Təbriz, Şuştər və Hillə olmuşdur. 1340-cı ildən 1432-ci ilədək Cəlairilər sultanlığı 10 sultan tərəfindən idarə olunmuşdur. 3-cü hökmdar sultan Əhmədin ölümündən sonra dövlət süqut dövrünə qədəm qoydu və uzun müddət keçmədən Bağdad (1412) və Ərəb İraqının böyük hissəsi Qaraqoyunlular tərəfindən ələ keçirildi. Bundan sonra Cəlairi sultanları Şuştər və Hillə civarında 20 il hakimiyyətdə oldular. 1432-ci ildə son Cəlairi hökmdarı II Hüseynin Hillədə Qaraqoyunlu əmir İsfahan tərəfindən öldürülməsi ilə Cəlairilər sultanlığı süquta uğradı. == Cəlairilərdə hökmdar == Cəlairilərdə hökmdar monqollarda olduğu kimi taxta xüsusi təntənə ilə keçirdi.
Anadolu Səlcuqlu sultanlarının siyahısı
Anadolu Səlcuqlu sultanlarının siyahısı — 1077-1318-ci illərdə Rum sultanlığını idarə etmiş sultanların siyahısı.
Osmanlı sultanlarının analarının siyahısı
Bəzi Osmanlı padşahlarının anası övladları taxta çıxmadan öncə vəfat etmiş və bu səbəbdən Validə sultan ola bilməmişdir. Aşağıdakı cədvəldə həm Osmanlı padşah anaları, həm də Validə sultanları göstərilir. == Maraqlı faktlar == Validə sultan ünvanını ən qısa müddət daşıyan — Şevkəfzə Sultandır (3 ay). Validə sultan ünvanını ən uzun müddət daşıyan — Turhan Xədicə Sultandır (35 il). Bu ünvanı 2 dəfə alan ilk validə sultan — Əminə Xatundur. İstanbulda dəfn olunan ilk Osmanlı validə sultanı — I Gülbahar Xatundur. İstanbulda dəfn olunan son Osmanlı validə sultanı — Heyranıdil Qadınəfəndidir.
Osmanlı sultanlarının dəfn edildiyi yerlərin siyahısı
Osmanlı sultanlarının dəfn edildiyi yerlərin siyahısı, 1299-1924-cü illərdə hakimiyyətdə olmuş Osmanlı sultanlarının dəfn ediliyi yerlərin siyahısıdır.

Oxşar sözlər

#sultanlarının nədir? #sultanlarının sözünün mənası #sultanlarının nə deməkdir? #sultanlarının sözünün izahı #sultanlarının sözünün yazılışı #sultanlarının necə yazılır? #sultanlarının sözünün düzgün yazılışı #sultanlarının leksik mənası #sultanlarının sözünün sinonimi #sultanlarının sözünün yaxın mənalı sözlər #sultanlarının sözünün əks mənası #sultanlarının sözünün etimologiyası #sultanlarının sözünün orfoqrafiyası #sultanlarının rusca #sultanlarının inglisça #sultanlarının fransızca #sultanlarının sözünün istifadəsi #sözlük