superkompüter sözü azərbaycan dilində

superkompüter

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • superkompüter • 70.9677%
  • Superkompüter • 22.5806%
  • SUPERKOMPÜTER • 6.4516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Superkompüter
Superkompüter (ing. supercomputer) – ümumi təyinatlı kompüterlə müqayisədə yüksək performans səviyyəsinə malik kompüter. Superkompüterin performansı adətən saniyədə milyon təlimat (MIPS) əvəzinə FLOPS ilə ölçülür. 2017-ci ildən bəri 1017 FLOPS-dan çox iş görə bilən superkompüterlər mövcuddur. Odur ki, masaüstü kompüter yüzlərlə gigaFLOPS-dən onlarla teraFLOPS diapazonunda performansa malikdir. 2017-ci ilin noyabr ayından etibarən dünyanın ən sürətli 500 superkompüterinin hamısı Linux əsaslı əməliyyat sistemlərində işləyir. ABŞ, Avropa İttifaqı, Tayvanda, Yaponiyada və Çində daha sürətli, daha güclü və texnoloji cəhətdən üstün eksamiqyaslı superkompüterlər yaratmaq üçün əlavə tədqiqatlar aparılır.Superkompüterlər hesablama elmləri sahəsində mühüm rol oynayır. Onlar kvant mexanikası, hava proqnozu, iqlim tədqiqatı, neft və qaz kəşfiyyatı, molekulyar modelləşdirmə (kimyəvi birləşmələrin, bioloji makromolekulların, polimerlərin və kristalların strukturlarının və xassələrinin hesablanması) və fiziki simulyasiyalar (məsələn, kainatın ilk anlarının simulyasiyaları, təyyarə və kosmik gəmilərin aerodinamiği, nüvə silahlarının partlaması və nüvə sintezi) müxtəlif sahələrdə hesablama intensivliyi olan geniş spektrli tapşırıqlar üçün istifadə olunur. Onlar kriptoanaliz sahəsində vacib olmuşdur.Superkompüterlər 1960-cı illərdə təqdim edilmiş və bir neçə onilliklər ərzində ən sürətlisi "Control Data Corporation" (CDC), "Cray Research" və onun adını daşıyan sonrakı şirkətlərdə Seymur Krey tərəfindən hazırlanmışdır. İlk belə maşınlar, daha ümumi təyinatlı müasirlərindən daha sürətli işləyən, yüksək səviyyədə tənzimlənmiş adi dizaynlar idi.
Summit (superkompüter)
Dünyanın ən güclü Summit superkompüterinin ən yüksək məhsuldarlığı 200 petaflopsa (saniyədə 200 kvadrilyon hesablama) çatır. Bu, Çin sisteminin pik məhsuldarlığından (93 petaflops) iki dəfə çoxdur. Həmçinin ABŞ-nin bundan əvvəlki ən güclü superkompüteri – Titanın məhsuldarlığından təxminən 7 dəfə yüksəkdir.Summit sistemi adi stolüstü kompüterin 30 ilə gördüyü işin öhdəsindən bir saat ərzində gəlmək imkanına malikdir.Superkompüter iki tennis kortunun ümumi ərazisini tutan 4 min 608 server stansiyasından ibarətdir. Sistem 27 mindən çox “Nvidia Tesla V100” qrafik prosessoru ilə bərabər işləyən 9 mindən çox 22 nüvəli "IBM Power9" prosessorundan istifadə edir. Summit superkompüterinə sərf olunan enerjinin həcmi ilə 8 min 100 evi enerji ilə təmin etmək mümkündür. Sistemin soyudulmasını effektiv etmək üçün onun kanallarından hər dəqiqə ərzində 18 min litrdən çox su keçir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2011 ••••••••••••••• 0.26
2012 ••••• 0.09
2013 ••••••••••••••••• 0.29
2016 •••••••••••••••••••• 0.35

Oxşar sözlər

#superkompüter nədir? #superkompüter sözünün mənası #superkompüter nə deməkdir? #superkompüter sözünün izahı #superkompüter sözünün yazılışı #superkompüter necə yazılır? #superkompüter sözünün düzgün yazılışı #superkompüter leksik mənası #superkompüter sözünün sinonimi #superkompüter sözünün yaxın mənalı sözlər #superkompüter sözünün əks mənası #superkompüter sözünün etimologiyası #superkompüter sözünün orfoqrafiyası #superkompüter rusca #superkompüter inglisça #superkompüter fransızca #superkompüter sözünün istifadəsi #sözlük