svetofor sözü azərbaycan dilində

svetofor

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • svetofor • 87.9699%
  • Svetofor • 12.0301%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Svetofor
İşıqfor, Yol işığı və eləcə də danışıq dilində Svetofor (rus. cветофор) — yol əlaqələrində, qovşaqlarda, piyada keçidlərinin və nəqliyyatın idarə edilməsi üçün lazım olan digər yerlərdə nəqliyyat tənzimləmə vasitəsidir. Yol hərəkətini tənzimləmək üçün kəşf edilən hələ ki, ən mükəmməl qurğu olaraq qalmaqdadır. 5 avqust Beynəlxalq İşıqfor Günüdür. == Tarix == İşıqfor 1868-ci ildə ilk dəfə olaraq London, İngiltərədə quraşdırılmışdır. Onun yaradıcısı ixtisasca mühəndis olan Jon Pik Nayt idi. İlk işıqfor sadə quruluşa malik olub əllə idarə olunurdu və 2 oxdan ibarət idi. Oxlar xüsusi qayış ilə yaxınlıqdakı polis əməkdaşını tərəfindən idarə olunurdu. Üfüqi ox dayanmanı, 45 dərəcəli bucaq altındakı ox isə hərəkəti göstərirdi. Bunun hesabına gündüzlər nəqliyyat normal idarə oluna bilirdi.
Svetofor protokolu
Svetofor protokolu – informasiya təhlükəsizliyi insidenti haqqında konfidensial informasiyanın yayılma auditoriyasını göstərmək üçün işarə sistemi. == Tarixi == Svetofor protokolu 2000-ci illərin əvvəllərində İngiltərənin Milli İnfrastruktur Təhlükəsizlik Koordinasiya Mərkəzinin (Milli İnfrastrukturun Müdafiəsi Mərkəzi - CPNI)tərəfindən həssas informasiyaların bölüşdürülməsi məqsədilə yaradılmışdır. == İş prinsipi == İnformasiya dörd rəngdən biri ilə işarələnir: Qırmızı – olduqca konfidensial informasiya, informasiyanın hazırlanması prosesinin iştirakçılarından başqa heç bir əməkdaş və ya qurum arasında yayıla bilməz. İnformasiyanın paylaşılması üçün bütün iştirakçıların imzası tələb olunur. Sarı – məhdud yayılma, paylaşılması lazım olduqda informasiyanı alan şəxs yalnız öz təşkilatı daxilində paylaşa bilər. Yaşıl – geniş yayılma, müəyyən icma daxilində geniş yayıla bilər, amma KİV-də nəşr oluna bilməz. Ağ – qeyri-məhdud yayılma, müəlliflik hüququ qorunmaqla yayılması sərbəstdir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.49 dəfə / 1 mln.
2004 •••••• 0.34
2005 •••••••••••• 0.67
2006 •••••••••••• 0.68
2008 •••••••••••••••••••• 1.22
2009 •••••• 0.32
2010 ••••••••••••••••• 1.00
2011 •• 0.09
2012 •••••••••• 0.60
2016 •••••••••••• 0.69
2017 ••••••••••••••••• 0.98
2018 •••••••••••••••••••• 1.20
2020 •••••••••••••• 0.80

svetofor sözünün leksik mənası və izahı

  • 1 [rus.] Küçələrdə, yollarda hərəkəti nizama salmaq üçün qırmızı, sarı, yaşıl şüşələri olan elektrik siqnal fanarı. // Müxtəlif maşınlarda, qurğularda işıq siqnalı cihazı. Lokomotiv svetoforu. – [Qız:] [Tahir] bizi saymadı, biz də gərək [Tahirin] svetoforunu bağlayaq. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / svetofor

svetofor sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. светофор: 1. сигнальный электрический фонарь с разноцветными стеклами для регулирования движения на улицах, дорогах 2. световой сигнальный прибор на различных машинах, устройствах. Lokomotiv svetoforu локомотивный светофор II прил. светофорный: 1. относящийся к светофору. Svetofor dirəyi светофорный столб 2. осуществляемый с помощью светофора. Svetofor siqnalizasiyası светофорная сигнализация

    Azərbaycanca-rusca lüğət / svetofor

svetofor sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [rus.] светофор (яру, хъипи, къацу рангарин эквералди сигналар гудай, ишараяр ийидай фонар); // светофордин.

    Azərbaycanca-ləzgicə lüğəti / svetofor

"svetofor" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#svetofor nədir? #svetofor sözünün mənası #svetofor nə deməkdir? #svetofor sözünün izahı #svetofor sözünün yazılışı #svetofor necə yazılır? #svetofor sözünün düzgün yazılışı #svetofor leksik mənası #svetofor sözünün sinonimi #svetofor sözünün yaxın mənalı sözlər #svetofor sözünün əks mənası #svetofor sözünün etimologiyası #svetofor sözünün orfoqrafiyası #svetofor rusca #svetofor inglisça #svetofor fransızca #svetofor sözünün istifadəsi #sözlük