svinq sözü azərbaycan dilində

svinq

Yazılış

  • svinq • 54.5455%
  • Svinq • 45.4545%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Svinq
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
Svinq (dəqiqləşdirmə)
Svinq sözü aşağıdakı mənalarda işlənir. == Musiqi == Swing, 1930-cu illərdə ortaya çıxan caz hərəkatı Svinq (rəqs), eyniadlı musiqi janrından olan rəqs növü Swinq, Honq Konq musiqi qrupu Swinq, Kanada musiqi qrupu == Digər == Swinq Java proqramlaşdırma dili üçün hazırlanmış qrafik istifadəçi interfeysidir.
Svinq (rəqs)
“Svinq rəqsləri” 1920-1950-ci illərdə caz musiqisində Svinq dövrünün meydana çıxması ilə geniş yayılmış rəqs janrlarının ümumi adıdır. Svinq rəqsi 1920-1940-cı illərdə caz musiqisinin svinq üslubu ilə inkişaf edən sosial rəqslər qrupudur, hər bir rəqsin mənşəyi məşhur "svinq dövrü"ndən əvvəldir. Svinq rəqsinin yüzlərlə üslubu inkişaf etdirilmişdir; o dövrdən bu dövrə qədər qalmış rəqs növlərinə Lindy Hop, Balboa, Collegiate Shag və Charleston daxildir. Bu gün bu rəqslərdən ən məşhuru 1930-cu illərin əvvəllərində Harlemdə yaranmış Lindi Hopdur. Svinq rəqslərinin əksəriyyəti afro-amerikan icmalarında yerli afro-amerikan rəqsləri kimi başlasa da, Balboa kimi bəzi Svinq dövrü rəqsləri bu icmalardan kənarda inkişaf etmişdir.
Ulrix Svinqli
Ulrix Svinqli (alm. Ulrich Zwingli‎; 1 yanvar 1484[…], Vildhauz[d] – 11 oktyabr 1531[…], Kappel-na-Albise[d]) — İsveçrə kilsə reformatoru, xristian humanist və filosofu. == Fəaliyyəti == Hələ 1516-cı ildə, yəni Martin Lüterdən əvvəl, Svinqli Reformasiya xarakterli ideyalarla çıxış edir. 1519-cu ildən başlayaraq Svinqli Sürixdə özünün xüsusi İncil təlimini yaymağa başlayır. Svinqlinin təlimi lüterçiliyə oxşasa da, böyük fərqləri də var idi. Lüter kimi, Svinqli də Müqəddəs Kitaba əsaslanırdı. Onun üçün erkən xristian kilsəsi ideal idi. Svinqli kilsə iyerarxiyasını, rahibliyi, ziyarətləri qəbul etmirdi. Katolik kilsə ayinlərinin tənqidində o, Lüterdən irəli getmişdi. Svinqlinin siyasi mövqeyi də Lüterdən kəskin fərqlənirdi.
Svinqen
Svinqen - İsveçrə xalq güləşi üslubudur. Schwingen və Steinstossen 1855-ci ildə Lozannada keçirilən Eidgenössisches Turnfest-ə Milliturnen ("milli gimnastika") kimi daxil edildi. == Tarixi == Xalq güləşinin digər növlərində olduğu kimi, İsveçrədəki Şvinqenin də köklərini dəqiq müəyyən etmək mümkün deyil. İdmanın müasir tarixi 1805-ci il Unspunnenfestin Vasitəçilik dövründən başlayıb. 19-cu əsrin sonlarında yaddaqalan Şvinq festivalları və təhsilli gimnastika müəllimlərinin canlı fəaliyyəti Şvinqeni böyük şəhərlərə gətirib. Beləliklə, çobanların və əkinçilərin ilkin mübarizəsi bütün sosial səviyyələrə çatan milli idmana çevrilir. Eidgenössischer Schwingerverband (milli federasiya, 1895-ci ildə yaradılmış) başçılıq etdiyi assosiasiyalar regional xüsusiyyətləri birləşdirərək, döyüşçülərin bacarıqlarını tədris kitabları və təcrübələri ilə təkmilləşdirərək və müasir turnir qaydaları yaradaraq idmanı təşkil edirdilər. == Turnir == Qarşılaşma halqada baş verir, diametri 12 metr olan dairəvi sahədə, yonqarla örtülür. İki rəqib paltarlarının üstünə jütdən tikilmiş qısa şalvar geyinirlər. Güləşçilər bir-birlərini bu şalvardan, kəmərin birləşdiyi yerdə arxadan tutur və rəqibi onun kürəyinə atmağa çalışırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.90
2009 •••• 0.16
2010 ••••• 0.18
2011 •• 0.09
2012 •••••• 0.26
2013 •••• 0.15
2014 •••••••• 0.34
2016 •••• 0.17
2017 •••••••• 0.33

Oxşar sözlər

#svinq nədir? #svinq sözünün mənası #svinq nə deməkdir? #svinq sözünün izahı #svinq sözünün yazılışı #svinq necə yazılır? #svinq sözünün düzgün yazılışı #svinq leksik mənası #svinq sözünün sinonimi #svinq sözünün yaxın mənalı sözlər #svinq sözünün əks mənası #svinq sözünün etimologiyası #svinq sözünün orfoqrafiyası #svinq rusca #svinq inglisça #svinq fransızca #svinq sözünün istifadəsi #sözlük