sxolastika sözü azərbaycan dilində

sxolastika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sxolastika • 75.0000%
  • Sxolastika • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sxolastika
Sxolastika (yunanca "schole" – elmi söhbət, məktəb) – dini fəlsəfə tipi. Hərfi mənada "məktəb fəlsəfəsi" deməkdir. Orta əsrlər dövrü üçün xarakterikdir. Sxolastlar xristianlıq dini etiqadını rasionallıqla əsaslandırmağa və sistemləşdirmək niyyətində idilər. Bunun üçün isə onlar antik filosofların ideyalarından istifadə edirdilər. Teologiyaya üstünlük vermək, ehkamçı ilkin şərtləri rasionalist metodika ilə birləşdirmək və formal məntiq problemlərinə maraq sxolastikanın səciyyəvi cəhətləridir. Orta əsrlərdə ən çox Qərbi Avropada inkişaf etmişdir. Sxolastikanın kökləri son antik fəlsəfəsinə, xüsusilə Proklın görüşlərinə gedib çıxır. Sxolastism üç dövrə bölünür. Erkən sxolastika Orta sxolastika və ya Klassik sxolastika Müasir sxolastika Erkən sxolastikaya (IX-XIII əsrlər) neoplatonizmin təsiri olmuşdur (Kenterberili Anselm, İbn Sina, İbn Rüşd, Akvinalı Foma ) Klassik sxolastika dövründə (XIV-XV əsrlər) xristian aristotelizmi (Böyük Albert), üstün idi.

sxolastika sözünün leksik mənası və izahı

  • 1 [lat. scholasticus, əsli yun. shole – məktəb] 1. Orta əsr fəlsəfəsində kilsə ehkamlarına mücərrəd, formal məntiqi dəlillərlə haqq qazandırmaq məqsədini daşıyan hakim cərəyan. 2. məc. Real həyatdan, təcrübədən uzaq olan; boş, formal. 3. məc. Boş mühakimə, həyat və təcrübədən uzaq formal bilik; əzbərçilik, əllaməlik.

    Azərbaycan dilinin izahlı lüğəti / sxolastika
  • 2 \ – iman ilə elmi, kilsə təlimi ilə Aristotel fəlsəfəsini bir-birinə uyğun formada birləşdirməyə çalışan orta əsrlər fəlsəfəsi. Sxolastika tərəfdarları bir tezisdən çıxış edirlər ki, inam ağıldan üstündür. \ orta əsr ―məktəb fəlsəfəsi‖. Sxolastlar xristianlıq dini etiqadını rasio-nallıqla əsaslandırmağa və sistemləşdirməyə çalışmışlar.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / sxolastika
  • 3 yun. shole – məktəb 1) zahiri, real məzmundan məhrum, real həyatdan, təcrübədən uzaq olan; boş, formal; 2) boş mühakimə, həyat və təcrübədən uzaq formal bilik; əzbərçilik, əllaməlik.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / sxolastika

sxolastika sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. схоластика: 1. господствующее направление в средневековой философии, целью которого было теоретическое оправдание церковных догматов с помощью умозрительных, формальных логических аргументов 2. формальное знание, оторванное от жизни и практики, бесплодное умствование; схоластицизм

    Azərbaycanca-rusca lüğət / sxolastika

sxolastika sözünün inglis dilinə tərcüməsi

sxolastika sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat. scholasticus, əsli yun. shole-məktəb] прил. схоластика (1. юкьван виш йисарин девирдин идеалист философиядин умуми тӀвар; 2. пер. яшайишдивай, практикадивай яргъаз тир, кьуру, буш, форма патал тир (кӀелунар, чирунар); эзберчивал, хуралагъун).

    Azərbaycanca-ləzgicə lüğəti / sxolastika

"sxolastika" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sxolastika nədir? #sxolastika sözünün mənası #sxolastika nə deməkdir? #sxolastika sözünün izahı #sxolastika sözünün yazılışı #sxolastika necə yazılır? #sxolastika sözünün düzgün yazılışı #sxolastika leksik mənası #sxolastika sözünün sinonimi #sxolastika sözünün yaxın mənalı sözlər #sxolastika sözünün əks mənası #sxolastika sözünün etimologiyası #sxolastika sözünün orfoqrafiyası #sxolastika rusca #sxolastika inglisça #sxolastika fransızca #sxolastika sözünün istifadəsi #sözlük