Söhrab sözü azərbaycan dilində

Söhrab

Yazılış

  • Söhrab • 98.9848%
  • SÖHRAB • 0.8460%
  • söhrab • 0.1692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
II Söhrab
Söhrab Bavəndi — Təbəristan şahı. == Hakimiyyəti == Söhrab Təbəristanı Dabuyilərin vassalı olaraq idarə edirdi. Xurşid Dabuyinin ölümündən sonra Söhrab da müstəqil olmuşdu. Söhrab bundan sonra Abbasilərə tabe olmuş və 772-ci iləcən hökm sürmüşdü. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249.
I Söhrab
Söhrab Bavəndi — Təbəristan şahı. == Hakimiyyəti == Valaxş Karen 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. 717-ci ilə qədər hakimiyyətdə olmuş, yerinə oğlu Mehr Mərdan keçmişdir. Fərimdə saray ucaltdırmışdı. == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3. Madelung, W. (1984).
Söhrab Arabov
Söhrab Əfəndi oğlu Arabov – Azərbaycan teatr təssamı, 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü. 2002-ci ildə quruşuçu rəssam olduğu teatr tamaşası "Qızıl Dərviş" mükafatına layiq görülüb. 2010-cu ilin dekabr ayında Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda onun yaradıcılığına həsr olunmuş sərgi təşkil edilmişdir. == Həyatı və fəaliyyəti == 1974-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1976-cı ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamdır. Müxtəlif illərdə (1990, 1991, 1994) Azərbaycan Mədəniyyət Nazirliyini tərəfindən təşkil olunmuş sərgilərdə, həmçinin Moskvadakı "Mona Liza" (1995), İstanbuldakı "Bilim", (1997) qalereyalarının, Bakıdakı "Səttar Bəhlulzadə" qalereyasının (2008) və Muzey Mərkəzinin (2007, 2008) sərgilərində iştirak edib. Rəssamın əsərləri Azərbaycanın müxtəlif rəsm fondlarında, muzeylərdə, o cümlədən 60-dan çox əsəri ABŞ, Almaniya, Fransa, Norveç, Rusiya, Türkiyə və başqa ölkələrdə şəxsi kolleksiyalardadır. 2010-cu illin 20 dekabr – 28 dekabr tarixləri arasında isə Bakıda – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda, onun yaradıcılığına həsr olunmuş sərgi təşkil edilmişdir. Bu sərgidə Söhrab Arabovun avanqard üslubda, yağlı boya ilə kətan üzəridə işlədiyi 55 rəsm əsəri nümayiş etdirilib. Sərginin açılışında Mədəniyyət Nazirliyinin bir sıra rəsmiləri, bəzi xarici ölkə səfirliklərinin işçiləri, bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə və digər şəxslər iştirak etmişlər.
Söhrab Sepehri
Söhrab Sipehri (7 oktyabr 1928, Kaşan, İsfahan ostanı – 21 aprel 1980, Tehran) — görkəmli müasir İranlı şair və rəssam idi. İsfahan ostanında yerləşən Kaşan şəhərində doğuldu. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" axınının beş məşhur şairlərindən biridir. == Həyatı == Söhrab Sipehri 7 oktyabr 1928-ci ildə İranın indiki İsfahan ostanına (əyalətinə) aid Kaşan şəhərində anadan olub. Atası poçt və teleqraf idarəsində işləsə də, sənətə bağlı adam idi: sonralar şairin özünün də yazdığı kimi, tar düzəldər və çalardı, gözəl xəttat idi, şeir vurğunuydu. Bu da Söhrabın sənətə meyllənməsində izsiz ötüşməmişdir, baxmayaraq ki, şair atasını erkən itirmiş və anasının himayəsində böyümüşdür. Söhrabın xarakteri də bir növ bədii yaradıcılıqla məşğul olmasına şərait yaradırdı. Onu yaxından tanıyan həmyerlisi, şair və maarif xadimi Müşfiq Kaşaninin yazdığına görə, Söhrab son dərəcə ədəbli, utancaq, təkliyi sevən bir insan idi, ictimai yerlərdən qaçar, gözlərini mavi səmaya, axar suya zilləyib özünə dalmağı üstün tutardı. Bununla yanaşı, hədsiz dərəcədə zəhmətkeş və çalışqan idi, işləməkdən, oxuyub-öyrənməkdən yorulmazdı. Bacısı Pəridoxt Sipehrinin xatirələrindən bəlli olur ki, artıq on dörd yaşınadək Söhrab fars ədəbiyyatı ilə yanaşı, Lamartin, Höte, Zolya, Şatobriyan və Hüqo kimi Qərb müəlliflərinin əsərlərini mütaliə edibmiş.
Söhrab Sipehri
Söhrab Sipehri (7 oktyabr 1928, Kaşan, İsfahan ostanı – 21 aprel 1980, Tehran) — görkəmli müasir İranlı şair və rəssam idi. İsfahan ostanında yerləşən Kaşan şəhərində doğuldu. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" axınının beş məşhur şairlərindən biridir. == Həyatı == Söhrab Sipehri 7 oktyabr 1928-ci ildə İranın indiki İsfahan ostanına (əyalətinə) aid Kaşan şəhərində anadan olub. Atası poçt və teleqraf idarəsində işləsə də, sənətə bağlı adam idi: sonralar şairin özünün də yazdığı kimi, tar düzəldər və çalardı, gözəl xəttat idi, şeir vurğunuydu. Bu da Söhrabın sənətə meyllənməsində izsiz ötüşməmişdir, baxmayaraq ki, şair atasını erkən itirmiş və anasının himayəsində böyümüşdür. Söhrabın xarakteri də bir növ bədii yaradıcılıqla məşğul olmasına şərait yaradırdı. Onu yaxından tanıyan həmyerlisi, şair və maarif xadimi Müşfiq Kaşaninin yazdığına görə, Söhrab son dərəcə ədəbli, utancaq, təkliyi sevən bir insan idi, ictimai yerlərdən qaçar, gözlərini mavi səmaya, axar suya zilləyib özünə dalmağı üstün tutardı. Bununla yanaşı, hədsiz dərəcədə zəhmətkeş və çalışqan idi, işləməkdən, oxuyub-öyrənməkdən yorulmazdı. Bacısı Pəridoxt Sipehrinin xatirələrindən bəlli olur ki, artıq on dörd yaşınadək Söhrab fars ədəbiyyatı ilə yanaşı, Lamartin, Höte, Zolya, Şatobriyan və Hüqo kimi Qərb müəlliflərinin əsərlərini mütaliə edibmiş.
Söhrab Tahir
Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisist. == Həyatı == Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur.
Söhrab İbrahimov
Söhrab Mirqəzənfər oğlu İbrahimov (1943, Dəvəçi rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1982–1989), Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı. == Həyatı == Söhrab Mirqəzənfər oğlu İbrahimov 1943-cü ildə Dəvəçi rayonunda anadan olmuşdur. 1961-ci ildə orta məktəbi, ardınca 11№-li Şəhər Texniki Peşə Məktəbinin elektrik çilingərliyi kursunu bitirmişdir.1959-cu ildən sovxozlar trestində fəhlə, cihazçı, çilingər işləmişdir. 1968-ci ildən 5 nömrəli Bakı ayaqqabı fabrikində fəhlə, dispetçer, sex rəisi olmuşdur. 1972-ci ildən fabrikin direktor müavini, 1973-cü ildən isə direktoru, 2 nömrəli ayaqqabı fabriki direktorunun müavini vəzifələrində çalışmışdır. İstehsalatdan ayrılmadan Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. 1977-ci ildən Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, 1979-cu ildən Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin Yüngül sənaye və yeyinti məhsulları sənayesi şöbəsinin müdiri olmuş, 1982-ci ildən Azərbaycan SSR yüngül sənaye naziri vəzifəsində çalışmışdır. Sonralar isə SSRİ-nin Türkiyə Cümhuriyyətindəki Baş konsulu olmuşdur.Söhrab İbrahimov 1971-ci ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı və Naxçıvan MSSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
Söhrab Əsgərov
Söhrab Əsgərov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Söhrab Telman oğlu Əsgərov 1972-ci il aprel ayının 1-də Azərbaycan Respublikasının Laçın rayonunun Arduşlu kəndində anadan olmuşdur. Bakı dəmir yol texnikumunu bitirib. 1991-ci il dekabr ayından Biləcəri vaqon deposunun vaqon yiğma sexində çilingər işləyirdi. Doğma yurd-yuvasını erməni işğalçılarından qorumaq niyyəti ilə 1992-ci il iyun ayının 22-də könüllü olaraq Azərbaycanın Milli Ordusuna getmişdir. Füzuli, Qubadlı, Laçın və Ağdərənin geri alınmasında gedən döyüşlərdə böyük şücaət göstərərək xeyli sayda erməni əsgərini məhv etmişdir. Söhrab Əsgərov 1994-cü il yanvar ayının 11-də Ağdərə rayonu uğrunda gedən döyüşlərdə öz döyüş yoldaşlarını mühasirədən çıxarmaq üçün girdiyi qeyri-bərabər döyüşdə bir neçə erməni əsgəri ilə üz-üzə gəlmiş, son patronuna qədər vuruşmuş və sonda əsir düşməmək üçün əl qumbarası ilə onları və özünü partladaraq şəhid olmuşdur.Subay idi. Ağdərə rayonunda dəfn edilmişdir.
Rüstəm və Söhrab
DastanRüstəm və Söhrab — məşhur İran şairi Əbülqasım Firdovsinin "Şahnamə" əsərindəki dastan. Rüstəm və Söhrab — Güney Azərbaycanın dastançı aşıqlarından aşıq Əziz Şəhnazi tərəfindən yaradılmış dastan.OperaRüstəm və Zöhrab — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 1910-cu ildə Firdovsinin "Şahnamə"si əsasında yazdığı üçüncü muğam-opera. Rüstəm və Zöhrab — ermənikökənli İran bəstəkarı Loris Çeknavaryanın Firdovsinin "Şahnamə"si əsasında 25 ilə yazdığı kukla-operası.FilmRüstəm və Söhrab — 1971-ci ildə "Tacikfilm"in Firdovsinin "Şahnamə"si əsasında çəkdiyi bədii film.
Rüstəm və Söhrab dastanı
Rüstəm və Söhrab dastanı – Güney Azərbaycanda dastançı aşıqlardan aşıq Əziz Şəhnazi tərəfindən yaradılmış və uzun illər aşıqların repertuarında qorunub saxlanmışdır. Aşıq Əziz Şəhnazi Firdovsinin məşhur “Şahnamə” əsərindəki Rüstəm və Söhrabla bağlı tarixi rəvayətlərə uyğun müxəlif saz havaları üzərində yeni bir dastan yaratmışdır. Dastan Zal, Rüstəm, Zöhrab, Giv, Tus, Birzu və s. tarixi-əfsanəvi qəhrəmanların şücaətləri, eləcə də incə-lirik hisslərə dayanan məhəbbət motivləri üzərində qurulmuşdur. “Rüstəm və Zöhrab” epik mətn strukturunda dastançılıq ənənəsinə uyğun olaraq nəsr və nəzmin növbələşməsi üzərində qurulmuşdur. Mətnlərin nəsr hissəsində kommunikativ funksiyada hadisələr konkret qəhrəmanlara yönəldilir, müxtəlif şeir formalarındakı lirik nümunələrsə əsrin poetik tərəfini tamamlayır. Dastan baş pərdədə – “Yanıq Kərəmi” – “Kərəm gözəlləməsi”, “Qəmərcanı”, “Qürbəti”, açıq kökdə – “Osmanlı divanisi”, “Bayramı”, şah pərdədə – “İran düveytisi”, “Çoban bayatısı”, ruhani pərdədə olan “İncəgüllü”, “Gəraylı”, “Şah Xətai”, “Cəlili” –aşıq havaları üzərində söylənilmişdir. Aşıq Əziz Şəhnazi hələ sağlığındaykən “Rüstəm və Zöhrab” dastanını Aşıq Əziz Dəhliyə öyrətmişdir.
Rüstəm və Söhrab (opera, Ü.Hacıbəyov)
Rüstəm və Söhrab — Üzeyir bəy Hacıbəyovun üçüncü muğam operası. == Tarixçə == Firdovsinin "Şahnamə" poemasının motivləri əsasında 1910 ildə yazılmışdır, 4 pərdəli bu operanın ədəbi mətni-əruz vəzni ilə yazılmış şer parçaları ilə zəngindir. Librettonun Üzeyir bəy tərəfindən yazılıb-yazılmaması haqda bir sıra fikirlər mövcud idi. Araşdırma nəticəsində librettonun müəllifliyi barədə mübahisələrə son qoyulmuş, oradakı bəzi şer parçalarının isə şair-qəzəlxan Buzovnalı Azərə məxsusluğu müəyyən edilmişdir. Bu operada müəllif muğam səhnələrini azaltmış, musiqinin çox hissəsini özü bəstələmişdir. Operanın ilk tamaşası 1910 il noyabrın 25-də Bakıda Tağıyev teatrında olmuşdur (rejissor Hüseynqulu Sarabski, dirijor—müəllif. Əsas rollarda H. Sarabski (Söһrab), Əhməd Ağdamski (Təhminə), Hənəfi Terequlov (Keykavus) və b. çıxış etmişlər. Mətbuatda yazıldığına görə, tamaşa müvəffəqiyyət qazanmamışdır. Ona görə də H. operanı səhnədən götürməyə məcbur olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.09 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••••••••• 2.76
2004 •••••••••••• 4.04
2005 •••••••• 2.70
2006 •••••••••• 3.38
2007 •••••••••• 3.38
2008 •••••••• 2.44
2009 ••••• 1.44
2010 •••••• 2.00
2011 •••••••• 2.49
2012 ••••••• 2.32
2013 ••• 0.73
2014 ••••• 1.37
2015 ••••• 1.70
2016 ••••••••••• 3.64
2017 0.33
2018 ••••••• 2.25
2019 •••• 1.11
2020 •••••• 1.86

söhrab sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

qızartı, parıltı; yaqut; qırmızı, tünd qırmızı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#söhrab nədir? #söhrab sözünün mənası #söhrab nə deməkdir? #söhrab sözünün izahı #söhrab sözünün yazılışı #söhrab necə yazılır? #söhrab sözünün düzgün yazılışı #söhrab leksik mənası #söhrab sözünün sinonimi #söhrab sözünün yaxın mənalı sözlər #söhrab sözünün əks mənası #söhrab sözünün etimologiyası #söhrab sözünün orfoqrafiyası #söhrab rusca #söhrab inglisça #söhrab fransızca #söhrab sözünün istifadəsi #sözlük