sönük sözü azərbaycan dilində

sönük

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sönük • 90.5882%
  • Sönük • 5.2941%
  • SÖNÜK • 4.1176%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.41 dəfə / 1 mln.
2003 •••••••• 0.39
2004 ••••••• 0.34
2006 ••••••••• 0.45
2010 •••••• 0.27
2011 •••••• 0.26
2012 •••••••••••••• 0.69
2013 •••••••••••••••••• 0.88
2014 ••••••••••• 0.51
2015 •••••••••••••••••••• 1.02
2016 •••••••••••••• 0.69
2018 ••••••••••••••• 0.75
2019 ••• 0.14
2020 •••••••• 0.40

sönük sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf 1. Parlaq olmayan, parlamayan və ya çox az parlayan; parıltısız. Sönük işıq. – Dağların, bağların libası sarı; Günəşin də sönük ziyası sarı. A.Səhhət. // məc. Solğun, ölgün, cansız. [Ay] da Vaqif kimi eşq yorğunu olaraq, təpələr arxasından sönük çöhrəsi ilə aləmə tamaşa edir. Çəmənzəminli. Lakin bu suala cavab olmayaraq, [Qasımın] sönük gözləri həmişəlik yumuldu. T.Ş.Simurq. 2. məc. Yekrəng, maraqsız, zəif. [Şair Ərəstun Şiraslana:] Sənətkarlıqla yazılmış balaca şerin özü hər hansı sönük bir poemadan qat-qat üstündür. S.Rəhimov. [Rasim Yavərə:] Necə ola bilər ki, xırda və sönük əsərə müasir və yeni deyəsən? M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / sönük

sönük sözünün sinonimləri (yaxın mənalı sözlər)

sönük sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 SÖNÜK – QAYNAR Şəhərdəki sönük həyatından uzaqlaşmağa səy etdi. Qaynar şəhər bir dərya, qız isə üzük qaşı olub orada batmışdı (S.Qədirzadə). SÖNÜK – PARLAQ Küncdə yerə qoyulmuş çırağın piltəsi aşağı düşdüyündən, sönük, sarı işığı alaçığı işıqlandıra bilmirdi (M.İbrahimov); Parlaq gündüzümüz gecəyə döndü (S.Rüstəm).

    Azərbaycan dilinin antonimlər lüğəti / sönük

sönük sözünün rus dilinə tərcüməsi

  • 1 тусклый, угасший, вялый, бесцветный

    Azərbaycanca-rusca lüğət / sönük
  • 2 I прил. 1. погасший, угасший 2. тусклый: 1) неяркий, слабый (о свете, источнике света). Sönük işıq тусклый свет, sönük ulduzlar тусклые звёзды 2) перен. без блеска, безжизненный (о глазах, взгляде). Sönük baxış тусклый взгляд, sönük gözlər тусклые глаза 3) перен. бессодержательный, неинтересный; серый, блёклый, бледный. Sönük əsər бледное (серое) произведение II нареч. 1. тускло. Sönük yanmaq тускло гореть 2. бледно, блёкло. Məqalə sönük yazılıb статья написана бледно

    Azərbaycanca-rusca lüğət / sönük

sönük sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. dull; dreary; dim, wan; (göz) lacklustre, lustreless; (üslub və s.) colourless; insipid; lifeless; ~ təbəssüm a wan smile; ~ üslub colourless / insipid / tame / lifeless style; ~ həyat colourless / dull / dreary life; ~ işıq dim / wan light; ~ iş slack work; ~ ticarət slack trade II. z. dimly, wanly, insipidly

    Azərbaycanca-ingiliscə lüğət / sönük

sönük sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. элуьхъзавай хьтин, усай, зайиф, буьркьуь (пер.); sönük işıq буьркьуь экв; 2. пер. ччан алачир хьтин, рангар атӀай, мийитдин хьтин (мес. ччин); элуьхъай хьтин, нур (экв) авачир (мес. вилер); 3. пер. рикӀ чуькьуьдай, са рангунин, марагълу тушир, кьетӀен са иервал авачир, зайиф (мес. поэма); усай (мес. шикил).

    Azərbaycanca-ləzgicə lüğəti / sönük

"sönük" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sönük nədir? #sönük sözünün mənası #sönük nə deməkdir? #sönük sözünün izahı #sönük sözünün yazılışı #sönük necə yazılır? #sönük sözünün düzgün yazılışı #sönük leksik mənası #sönük sözünün sinonimi #sönük sözünün yaxın mənalı sözlər #sönük sözünün əks mənası #sönük sözünün etimologiyası #sönük sözünün orfoqrafiyası #sönük rusca #sönük inglisça #sönük fransızca #sönük sözünün istifadəsi #sözlük