Söyüdlü sözü azərbaycan dilində

Söyüdlü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Söyüdlü • 96.8085%
  • söyüdlü • 2.6596%
  • SÖYÜDLÜ • 0.5319%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Söyüdlü
Söyüdlü (Xoy) — Söyüdlü (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd; Söyüdlü (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd; Söyüdlü (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Söyüdlü (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Söyüdlü (Şörəyel) — Şörəyel mahalında kənd. Böyük Söyüdlü — Azərbaycanın Oğuz rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur.Söyüdlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Söyüdlü — Gədəbəy rayonu ərazisində dağ. Söyüdlü çay — Kəlbəcər rayonu ərazisində çay. Söyüdlüdərə — Xanlar rayonu ərazisində dağ.
Böyük Söyüdlü
Böyük Söyüdlü — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati-ərazi vahidi tərkibindəki Bala Söyüdlü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Tarixi == Bu kənd Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinin mərkəzidir. Rayon mərkəzindən 30 km cənubda, Qəbələ-Oğuz şose yolundan 15 km solda, Türyançayın sağ sahilindən 6 km aralıda, Daşüz silsiləsinin ətəyindədir. Dəniz səviyyəsindən hündürlüyü 500 metrdir. Böyük Söyüdlü türk mənşəli etnotoponimdir. Uyğurların oğuz–türk qrupuna mənsub bir tayfası "söyüd" adlanmışdır. Kürdəmir, Gədəbəy, Cəbrayıl, Neftçala rayonları ərazisindəki Söyüdlü, Söyüdlər adlı kəndlər də həmin etnonim ilə əlaqədardır. Söyüd(t) tayfasının Oğuz rayonunda məskunlaşma tarixi məlum deyil. Kənd Böyük Söyüdlü və Bala Söyüdlü adlanan iki kənddən ibarət olmuşdur.
Söyüdlü (Başkeçid)
Söyüdlü — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Fiziki-coğrafi oçerk == Söyüdlü kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1600-1630 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Məmişlər, Gödəkdağ və Qəmərli kəndləri ilə qonşudur. Yırğançay və Məmişlər kimi Söyüdlü də bölgənin ən hündür dağ kəndlərindən biridir. Kəndə yüksək alp çəmənliklərinə xas olan sərt iqlim şəraiti səciyyəvidir. == Əhali == 2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Söyüdlü kəndində hamısı etnik azərbaycanlılardan ibarət olmaqla 27 nəfər sakin yaşayır. Sakinlərin 13 nəfəri kişilər, 14 nəfəri isə qadınlardır. == Təsərrüfatı == Yüksək dağ kəndi olan Söyüdlü mühüm heyvandarlıq zonasıdır. Ətlik-südlük maldarlıq, ətlik-yunluq qoyunçuluq və gecyetişən kartofçuluq inkişaf etmişdir.
Söyüdlü (Borçalı)
Söyüdlü — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Fiziki-coğrafi oçerk == Söyüdlü kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1600-1630 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Məmişlər, Gödəkdağ və Qəmərli kəndləri ilə qonşudur. Yırğançay və Məmişlər kimi Söyüdlü də bölgənin ən hündür dağ kəndlərindən biridir. Kəndə yüksək alp çəmənliklərinə xas olan sərt iqlim şəraiti səciyyəvidir. == Əhali == 2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Söyüdlü kəndində hamısı etnik azərbaycanlılardan ibarət olmaqla 27 nəfər sakin yaşayır. Sakinlərin 13 nəfəri kişilər, 14 nəfəri isə qadınlardır. == Təsərrüfatı == Yüksək dağ kəndi olan Söyüdlü mühüm heyvandarlıq zonasıdır. Ətlik-südlük maldarlıq, ətlik-yunluq qoyunçuluq və gecyetişən kartofçuluq inkişaf etmişdir.
Söyüdlü (Cəbrayıl)
Söyüdlü — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Söyüdlü kəndi Dağ Tumas kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Dağ Tumas kənd Sovetindən Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Bu adda Cəlilabad və Gədəbəy rayonlarında da kənd adları mövcuddur. == Əhalisi == === Tanınmış şəxsləri === Zahid Quliyev — müğənni, aktyor. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Söyüdlü (Cəlilabad)
Söyüdlü (əvvəlki adı: Nəftəluq) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Nəftəluq kəndi Söyüdlü kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif yerlərdən gəlmiş ailələrin Nəftəluq adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin məlumatına görə, keçmişdə tuluqlara doldurulmuş neft dəvələrlə gətirilib burada satılırdı. Bu fikrə əsaslanan tədqiqatçılar oykonimin neft və tuluq sözlərindən ibarət olduğunu bildirirlər. Başqa bir fikrə görə isə, oykonim neft sözü və məkan bildirən -luq şəkilçisindən (-ə bitişdirici saitdir) ibarət olub, "neftli yer" mənasındadır. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Söyüdlü (söyüd ağacları çox olan yer) adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Lənkəran ovalığında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 880 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Söyüdlü (Gədəbəy)
Söyüdlü — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Söyüdlü kəndi qədim tarixə malikdir. Burada VII–VIII əsrlərə aid Qız qalası, Qədim Albaniya dövrünə aid Mahrasa məbədi kimi abidələr mövcuddur. SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra kənd 1993-cü ildən Gədəbəy rayonunun tərkibində ərazi vahidi yaradılmış eyniadlı inzibati ərazi vahidində yerləşir. 2023-cü ilin iyununda bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün (qızıl mədəninin çökdürücü hövzəsi) tikintisinə müdaxilə edərək etiraz aksiyası keçirmişdirlər, nəticədə, polislərlə kəndlilər arasında qarşıdurma yaşanmışdır. == Toponimika == Kəndin keçmiş adı Mollahasanlı olmuşdur. Yerli məlumata görə, yaşayış obyektini əslən naxçıvanlı olan və bir müddət Türkiyədə yaşadıqdan sonra buraya köçmüş Kor Orucəli (ona görə də bu kəndə el arasında Korlar da deyilmişdir) və onun oğlu Molla Hasan köhnə kənd yerində salmışdır. XX əsrin əvvəllərində ətrafdakı Abdullauşağı, Qaraqoyunlu, Qurdulu və Mollalı adlı kəndlər də buraya köçmüş və öz adlarını məhəllə adlannda saxlamışlar. Oykonim kəndin salındığı yerdə söyüd ağaclarının olmasını əks etdirir. == Mədəniyyət == Söyüdlü kəndinin 1 ümumtəhsil məktəbi, 1 uşaq baxçası, 1 kitabxana və 1 mədəniyyət evi vardır.
Söyüdlü (Xoy)
Söyüdlü (fars. سگتلو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər. yaşayır (24 ailə).
Söyüdlü (Şörəyel)
Söyüdlü - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə, Qaranqu çayının sol tərəfində yerləşir. Toponim oğuz tayfalarından olan söyüdlü etnonimi əsasında formalaşan etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sarnaxpyur (Soyuqbulaq) qoyulmuşdur.
Söyüdlü bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Söyüdlü arx
Söyüdlü arx- kitabı İlyas Əfəndiyev tərəfindən yazılmışdır. Roman 1958-ci ildə dərc olunub. == Haqqında == İlyas Əfəndiyev yaradıcılığa lirik ruhlu hekayələrlə başlayıb və 1939-cu ildə onun "Kənddən məktublar" adlı beş hekayədən ibarət ilk kitabı çıxıb. Gənc yazıçının şirin, lirik, dəqiq və ifadəli nəsr dili, cazibədar təhkiyə tərzi ilk yazılarından diqqəti çəkib."Söyüdlü arx" (1958) romanının əsas qəhrəmanı, şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə xanım gənc aktirasıdır, lakin əsərin süjetində yenilik ondadır ki, Nuriyyə ancaq kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, burada dram dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir. Təsərrüfat məsələlərində yenilikçilərlə mühafizəkarlar arasında konfilikt Söyüdlü arxın uzadılması problemiylə bağlıdır və mübahisələr kəndin rəhbər işçiləri arasında gedir. Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oynayır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir.Roman birinci şəxsin-Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir. Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir.
Söyüdlü hadisələri
Söyüdlü (Duzluca)
Söyüdlü — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Böyük qalaça (Söyüdlü)
Böyük qalaça — Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən Son Tunc və Erkən Dəmir dövrünə aid arxeoloji abidə. == Ümumi məlumat == Abidə dağ zirvəsində nəhəng daşlardan istifadə edilmişdir. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilən bu qala müdafiə məqsədi daşıyırmış. Onun yaşayış yeri olması haqqında da fikirlər var. Ərazidə ilk qazıntı işləri 1947-ci ildə aparılıb. Ancaq abidə geniş şəkildə öyrənilməmişdir.
Söyüdlü bilan məhəlləsi
Söyüdlü bilan məhəlləsi - Naxçıvan şəhərində qədim məhəllə adlarından biri. == Adının tarixçəsi və etimologiyası == Məhəllə adı XIX əsrin sonlarına qə­dər əhali arasında işlədilmiş və tədricən unudularaq yaddaşlara köçmüşdür. Əhalinin dediyinə görə Bazarçaydan çəkilən arx məhəllədən keçdiyi və arx ətrafında söyüd ağacları əkildiyinə görə bura “Söyüdlü arx” da deyilmişdir. Mənbələrin məluma­tına görə 1899-cu ildə böyük rus şairi A.S.Puşkinin anadan olmasının 100 illiyi münasibətilə Söyüdlü bilan küçəsinə onun adı verilmişdir. Küçə 1990-cı il hadisələrinə qədər A.S.Puşkinin adını daşımış, sonra küçənin bir hissəsinə İdris Məmmədov, digər hissəsinə isə Məhəmməd Əmin Rəsulzadənin adı verilmişdir. 1993-cü ildə küçənin M. Rəsulzadə adlanan hissəsi İstiqlal adı ilə əvəzlənmişdir. Tədqiqatçıların yazdığına görə toponimin bilan hissəsi ’’ruscadakı plan sözünün təhrif olunmuş forması olub, “düz küçə” mənasında işlənir. Naxçıvanda indiki Puşkin küçəsinə Bilan deyərdilər - “Gəlin gedək bilana gəzməyə”. Toponimin mənasını “küçədəki söyüd ağaclarının çoxluğu ilə əlaqələndirirlər". == Bilan sözünün mənşəyi == Məhəllə adının bilan komponenti qədim türk dillərində “məhəllə”, “dəhliz”, “küçə” mənasında işlənən balan//palan sözü ilə bağlıdır.
Söyüdlü – Zod qızıl yatağı
Söyüdlü – Zod qızıl yatağı — Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4–5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə "Şəhrizər", yəni qızıl şəhəri adı ilə məşhur olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 1993-cü ildə 2020-ci ilə qədər Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan edilmişdir. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,6 qram qızıl var, qızılın aşkar olunan miqdarı olduqca böyük intervalda (0,6–22,6 q/t) dəyişir. Zod qızıl yatağının ümumi potensialı 8 milyard dollar dəyərində qiymətləndirilir.İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda "sərhəd darvazası" quraşdırmışdı. Bir gün sonra Azərbaycan hərbçiləri həmin darvazanı sındıraraq Zoda daxil olublar. Hazırda Zodda Azərbaycan Ordusunun 3, Ermənistanın 1 postu var.
Söyüdlüdə etiraz aksiyaları
Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb.Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb. Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb. == Zəmin == Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər. Hökumətyönlü medianın bir neçəsi iddia edir ki, Gədəbəy hadisələrinin arxasında Qərb-ABŞ dayanıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.27 dəfə / 1 mln.
2003 •••••••••••••• 1.97
2005 •••••••••• 1.35
2006 •••••••••• 1.35
2007 •••••••••• 1.48
2008 ••••••• 0.97
2009 ••••••••••••• 1.92
2010 ••••••••• 1.27
2011 •••••• 0.77
2012 ••••••••• 1.29
2013 •••••• 0.88
2014 ••••••• 1.03
2015 •••••••• 1.19
2016 ••••••••• 1.21
2017 ••••••• 0.98
2018 •••••••••••••••••••• 3.00
2019 •••••••••••• 1.67
2020 ••••• 0.66

söyüdlü sözünün leksik mənası və izahı

  • 1 sif. Söyüd ağacları olan, kənarlarında söyüd bitən. Söyüdlü yollar. Söyüdlü bağlar. – Ey söyüdlü dərə, ey dumanlı dağ; Səfaya daldığım yerdir bu yerlər. M.Müşfiq. Həyat ona verib bütün rəngini; Söyüdlü çayların ilk ahəngini. N.Xəzri.

    Azərbaycan dilinin izahlı lüğəti / söyüdlü

söyüdlü sözünün rus dilinə tərcüməsi

söyüdlü sözünün inglis dilinə tərcüməsi

söyüdlü sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. цӀвелин ттарар авай, къерехар тирвал цӀвелин ттарар экъечӀнавай (мес. рехъ, хвал, багъ).

    Azərbaycanca-ləzgicə lüğəti / söyüdlü

"söyüdlü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#söyüdlü nədir? #söyüdlü sözünün mənası #söyüdlü nə deməkdir? #söyüdlü sözünün izahı #söyüdlü sözünün yazılışı #söyüdlü necə yazılır? #söyüdlü sözünün düzgün yazılışı #söyüdlü leksik mənası #söyüdlü sözünün sinonimi #söyüdlü sözünün yaxın mənalı sözlər #söyüdlü sözünün əks mənası #söyüdlü sözünün etimologiyası #söyüdlü sözünün orfoqrafiyası #söyüdlü rusca #söyüdlü inglisça #söyüdlü fransızca #söyüdlü sözünün istifadəsi #sözlük