sülaləsi sözü azərbaycan dilində

sülaləsi

Yazılış

  • sülaləsi • 98.9474%
  • Sülaləsi • 1.0526%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abbadilər sülaləsi
Abbadilər sülaləsi — İşbiliyə mərkəz olmaq üzrə cənubi-qərbi Əndülüsdə hökm sürən bir ərəb xanədanı (1023–1091). == Tarixi == İşbiliyə qazısı Əbülqasım Məhəmməd ibn Abbad, Əndülüs Əməvi xilafətinin son illərində müluküt-təvaifin ortaya çıxdığı sırada Abbadilərin istiqlalını elan etdi (1023). Xanədanın qurucusu Məhəmməd ibn Abbadın Hirədəki Lahmi kralları soyundan gələn ataları, Əndülüsün fəthindən dərhal sonra Hımstan İşbiliyəyə köç edərək orada yerləşmişdilər. Məhəmməd ibn Abbad başlanğıcda Malaqadakı Həmmudilərin hakimiyətini qəbul etsə də, bu durum çox davam etmədi. Bu dövrdə Abbadilərin ən təhlikəli rəqibləri Kortubadakı Cöhvərilər idi. Dövrü hqqında çox bilgi olmayan Məhəmməd ibn Abbad 1042-ci ildə öldü. Muhamməd ibn Abbadın oğlu Əbu Amr Abbad b. Məhəmməd, ərəblərin lideri sifətiylə Əndülüsdəki Bərbərilərə qarşı hərəkətə keçdi. İlk iş olarak Karmunədəki (Carmona) Məhəmməd ibn Abdullah əl-Birzali və oğlu İshaq ilə mücadiləyə girişdi. Daha sonra ölkəsini qərbə doğru genişlətmək üçün əsgəri hərəkata başladı.
Abbasilər sülaləsi
Abbasilər (132/749–656/1258) — Xilafəti 5 əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsi. == Xilafətə gəlmələri == Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşulmuş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına (bax: Qeysanilər) çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar. O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir.
Adilşahlar sülaləsi
Bicapur sultanlığı — 1490–1686-cı illərdə cənubi Hindistanın Dekan regionunun qərbində Bicapurda mövcud olmuş Bayandur müsəlman dövləti. == Ümumi məlumat == Hindistanda Dekan yaylasının qərb hissəsində mövcud olmuş dövlət (1489–1686). Banisi Adil şah Yusifdir. Bəhməni sultanlığının parçalanması zamanı Bicapur müstəqilliyini elan etmişdi (1489). Adil şah Bicapur da qala tikdirmiş və şəhəri dövlətin paytaxtına çevirmişdi. Onun oğlu İsmayıl Adilşah Qoa limanını işğal edən Portuqaliyaya qarşı mübarizə aparmış (1510), Rayçur vadisi uğrunda Vicana yaqara qarşı baş verən döyüşdə (1521) geri çəkilməyə məcbur olmuş, Bərid şahlar, Nizamşahlar və İmad şahların müttəfiq ordusu ilə vuruşaraq onları məğlubiyyətə uğratmışdır (1525). O, 1514-cü ildə Səfəvi hökmdarı şah I İsmayıl tərəfindən Bidara göndərilən və burada həbs olunan elçinin azadlığa buraxılmasına vasitəçilik etmişdir. 1535-ci ildə hakimiyyətə gələn I İbrahimin türksoylu dövlət xadimlərini hindlilərlə əvəz etməsi ordunun zəifləməsinə və xarici basqınların artmasına gətirib çıxarmışdı. I Əli Adilşah Bicapuru istehkamlarla möhkəmləndirmiş, əhalinin rifah səviyyəsini yüksəltməyə çalışmışdır. Onun hakimiyyəti illərində Bicapur sultanlığı ilə bölgədəki müsəlman dövlətlərinin ittifaqı qurulmuş, Vicanayaqar dövlətinə son qoyulmuşdur (1564).
Amali sülaləsi
Qotlara hökm etmiş bir sülalə idi. Adlarını qədim bir qəhrəman olan Amaldan alırdılar. Amal güclü demək idi. Amalilər və Baltilər daim mübarizə aparan bir nəsil idi. Tarixdə Amalilərin nəslindən gəldiyini iddia edən iki ailə vardı: Sakson hersoqları olan Billunqlar və Rusiyadakı baron ailəsi olan Solovyevlər.
Antiqonidlər sülaləsi
Antiqonidlər sülaləsi (yun. Δυναστεία των Αντιγονιδών) — Makedoniyada hökmdarlar xanədanı. Eradan əvvəl 277—166-ci illər. == Tarixi == Sülalənin banisi Makedoniyalı İsgəndərin sərkərdəsi I Antiqondur. == Hökmdarların siyahısı == == Ədəbiyyat == Буров А. С. 2001: Принципы внешней политики Антигонидов в Греции (70–20-е гг. III в. до н. э.) // Антиковедение и медиевистика: сб. науч. тр.
Antoninlər sülaləsi
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Anuştəkinlilər sülaləsi
Xarəzmşahlar — Xarəzmşahlar imperiyasını idarə edən türk sülaləsi. sülalənin kökü Səlcuq sultanı Məlikşahın saray xidmətində olan Anuş Təkindən gəlir. Bəzən bu sülaləyə Anuştəkinlilər də deyilir. == Xarəzmşahlar sülaləsi == Anuş Təkin (1077 - 1097) Qütbəddin Məhəmməd Xarəzmşah(1097 - 1128) Atsız Xarəzmşah (1128 - 1156) El Arslan Xarəzmşah (1156 - 1172) Sultan Şah (1172-1193) Şimali Xorasanı idarə etmişdi.
Aranşahik sülaləsi
Aranilər və ya Aranoğulları sülaləsi — tarixi rəvayətə görə bu sülalənin banisi miladdan öncə Qafqaz Albaniyasının hökmdarı olmuş Aran hesab olunur. Bu nəslin nümayəndələri Qafqaz Albaniyasında hakimiyyətə gəlmiş Arşaki I Vaçaqanadək (miladi tarixlə 215–255) yəni, onun miladi 215-ci ilədək bu ölkəni idarə etmişlər. Adları tarixi məxəzlərdə çəkilən nümayəndələri Oroys, Kozis və Zoberdir. "Alban ölkəsinin tarixi" əsərinə görə Arandan sonra hakimiyyətə Aray, Ənuşavan, Parət, Ərbaq, İsanın həmdövrü Zavan, Pərnas, Sur, Həvəng, Vaştaq, Əmbək, Ərnək, Şəvərş, Horay, Vəstamkar, Həraq, Hiran, Əncaq, Dalaq, Huray, Zərmehr, Davudun həmdövrü Borc, Ərbun, Bəzək, Xoy, Yusaq, Qaynaq, Sqayordu (bu öz tacını Babil çarından almışdı), Paruy, Pərnəvaz, Pəçuç, Kornaq, Pavus, az yaşamış Yeruand və Tiqran gəlmişdir.
Arpad sülaləsi
Arpad sülaləsi (mac. Árpádok) — Orta Avropada qurulan Macar krallığının ilk xanədanlığı (896 – 1301). == Tarixi == Uzun illər Kuban çayı bölgəsində yaşayan Macarlar, Peçeneqlərin təzyiqi nəticəsində qərbə köç etdiler. Bu köç olayı sırasında macarların başına Arpat adlı şəxs dayanırdı. Macar boyları, 896-cı ildə bugünkü Macarıstana gələrək burda yerləşdilər. 955-ci ilə qədər Balkanlarda böyük bir dövlet qurdular. Bu dövlet, 955-ci ildə Germanlar tərəfindən yıxıldı. Macar tayfaları X əsrdə xristianlığı qəbul etdilər. Ancaq daha sonra təkrar qurulan Macar krallığında 1301-ci ilə qədər Arpad sülaləsi hökm sürdü. Avropalı tarixçilər və o dönəmki Avropa dövlətləri, özəlliklə Bizanslılar Macar dövlətini "Qərbi Türkiyə" olaraq adlandırmışlar, Macar xanədanına "Türklərin şahzadəsi" olaraq xitab etmişdilər.
Artaşes sülaləsi
Artaksiad Xanədanı, və ya Artaşes Xanədanı (Ermənicə: Արտաշեսյանների հարստություն / Artaşesyanneri harstutyun), Eramızdan əvvəl 189 - Bizim eranın 1-ci illəri arasında Ermənistan torpaqlarını idarə etmiş sülalənin adıdır. Bu sülalə Arsax krallığı və Tiqran Krallığı adlı dövlətləri yaratmış və həmin dövlətləri idarə etmişdir. == Sülalənin mənşəyi == Artaşes sülaləsi İran mənşəli Yevrandid sülaləsinin qolu idi. == Hökmdarlar == Aşağıda bu xanədana məxsus olan hökmdarlar göstərilmişdir: I Artaksiad (I. Arsax), eramızdan əvvəl 189-160-cı illər. → Arsax Krallığını qurub idarə etmişdir. I Artavazde, eramızdan əvvəl 160-149-cu illər → Arsax Kralı I Tigran, eramızdan əvvəl 149-128-ci illər → Arsax Kralı II Artavazde, eramızdan əvvəl 128-95-ci illər → Arsax Kralı II Tigran (Böyük Tiqran), eramızdan əvvəl 95-55-ci illər → Tiqran Krallığını qurmuş və idarə etmişdir. III Artavazde, eramızdan əvvəl 55-34 → Tiqran Kralı III Artavazde zamanından sonra gələn xanədan mənsubları Tiqran Krallığının süqutundan sonra digər dövlətlərə vassallıq etmişdirlər.
Asen sülaləsi
Asen sülaləsi — İkinci Bolqar imperiyasını idarə etmiş ilk sülalə. == Kökləri == Asen sülaləsini quran 3 qardaş: IV Pyotr, I İvan Asen və Kaloyanın əslən hansı millətdən olması mübahisəlidir. 3 fərziyyə irəli sürülmüşdür: Bolqar kökü: Əsas fərziyyə və nəzəriyyədir. Səbəb bütün tarixi sənədlərdə "Bolqarıstan", "Bolqar", "Bolqarlar" kimi terminlərin keçməsidir. Valax kökü: Bəzi tarixçilərin müəyyən salnamələrə əsaslanıb irəli sürdüyü nəzəriyyədir. Türk-Kuman kökü: Sülalədəki bəzi hökmdarların adlarının kuman dilindən gəldiyini sürən tarixçilərin nəzəriyyəsi. == Hökmdarlar == == İstinadlar == == Mənbələr == Božilov, Ivan (1985). Familijata na Asenevci (1186–1460) (in Bulgarian). Sofia: Bulgarian Academy of Sciences. OCLC 14378091.
Aviz sülaləsi
Avislilər sülaləsi— Portuqaliya kralları sülaləsi (1385—1580). Yan xətti Burqonlular sülaləsi.
Aşide sülaləsi
Aşide sülaləsi — Göytürk xaqanlığında aparıcı sülalələrdən biri. Damğası — . Təkcə anası Aşide sülaləsindən olan uşaqlar taxta çıxa bilərdi. == Tarixdəki əsas nümayəndələri == Tonyukuk (çin. 阿史德元珍) — Qapağan xaqanın, Bilgə xaqanın və İlteriş xaqanın məsləhətçisi, sərkərdəsi, Yollıq xaqanın babası. Aşide Venfu (çin. 阿史德溫傅) — Aşina Nişufunun üsyanına kömək edən sərkərdə. Daha sonralar Aşina Funianın üsyanına qoşulmuşdur. Lakin 681-ci ildə sonuncu tərəfindən tutularaq imperatora təslim edilmişdir. Aşide Fenqçi (çin.
Baburlu sülaləsi
Baburlu sülaləsi və ya Moğol xanədanı — Teymurlular xanədanının bir qoludur. Məhəmməd xan Şeybaninin 1507-ci ildə Teymurlu imperatorluğuna son qoymasından sonra Teymurilərin Hindistana çəkilməsi nətciəsində yaranan Baburlu imperiyasının hakim sülaləsidir. Əsası Baburlu imperiyasının qurucusu və ilk padşahı Padşah Babur şah tərəfindən qoyulmuşdur. Babur padşah ən məşhur türk xaqanlarından olan Əmir Teymur xanın nəticəsi idi. Sülalənin nümayəndələri 5 titul daşıyırdılar: padşah, şah, sultan, xan və xaqan. Sülalə türk idi, moğol (muğal) adı isə onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Sülalənin son padşahı II Bahadır şahdır. Baburlular digər türk dövlətləri olan Osmanlı və Səfəvi imperiyaları ilə dostluq əlaqələri qurmuşdur.
Baqrationilər sülaləsi
Baqrationlar və ya Baqrationilər (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır. Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir. == Milli mənşəyi == Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə - b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir. == İlkin Baqrationilər == == Orta əsrlərdə == XI-XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089-1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi.
Basarab sülaləsi
Basarab sülaləsi— Valaxiya knyazlığınin Qıpçaq kökənli ilk xanədanı. 1330-cü illərdə ortaya çıxan ilk Rumın dövləti olan Valaxiyanın qurulmasında və idarə olunmasında Qıpçaqlar təsirli rol oynamışdılar. == Tarixi == Basaraba sülaləsi bugünkü Rumıniyanın Valaxiya bölgəsində qurulmuş ilk knyazliqdir. Valaxiya dövlətinin təməlini təşkil edən knyazliqdır. Qurucusu və ilk sülalə Basarab adında Qıpçaqlar soyundan gələn biridir. Son hökmdar isə Aleksandru Coconuldur. 1310-cu illərdə qurulan bu knyazliq, etnik olaraq Qıpçaqlara dayanmaqdadır və bu üzdən Türki xanədanlıqlar içərisində göstərilməkdədir. == Valaxiya dövlətinin qurulması == Valaxiya (ya da Wallachia; Rumıncada: Ţara Românească or "Thə Romanian Land") Rumıniyanın tarixi və coğrafi bir bölgəsidir. Bölgə, Dunay çayının şimalı ilə Karpat dağının cənubu arasında yerləşir. Valaxiya ilk dəfə bir knyazliq olaraq 1330-cu ildə Basarab tərəfindən Macar kralı I Charlesa qarşı bir ayaqlanma, üsyan sonucu quruldu.
Bavəndilər sülaləsi
Bavəndilər sülaləsi—VII əsrdə İranın Təbəristan əyalətində iqtidarda olmuş xanədan. == Sülalənin tarixi == Sülalə öz balanğıcını Sasanilər şahı I Qubadın oğlu Kavusun oğlu Bavdan götürür. Məzdəkilər hərəkatının başlanması-kəndlilərin istismarı, onların əmlakının müsadirə edilməsi iri feodalların güclənməsinə, dövlət xəzinəsinin boşalmasına və bunun sonucunda imperiyanın zəifləməsi prosesinin kəskin xarakter almasına səbəb olmuşdu. İri fodallardan ehtiyat edən I Qubad (488-528) 481-ci ildən fəal mübarizəyə keçən Məzdək Bəmdad oğlundan dəstək istəyir və bir müddət onların fikirləri ilə hərəkət etməyə məcbur olur. Belə ki, qıtlıq zamanı Məzdəkin məsləhəti ilə, Qubad dövlətin taxıl anbarlarını xalqın istifadəsinə verir. Sonra I Qubad Məzdəkə qarşı çıxır. Amma oğlu və vəliəhdi Kavus üsyan başçısına rəğbət bəslədiyindən taxt-tacdan məhrum edilir. Əvəzinə digər qardaşı Qubadın oğlu I Xosrov Ənuşirəvanın (528-575) şah olur. Kavus isə şimal satraplığa satrap təyin edilir. Çox keçmədən qardaşı tərəfindən öldürülür.
Bayandurlar sülaləsi
Bayandurlar sülaləsi — Azərbaycanda və İranda iqtidarda olmuş Ağqoyunlular dövlətini və Adilşahlar sultanlığını idarə edən xanədandır.
Bernadotlar sülaləsi
== Arxa plan == Fin Müharibəsinin ardınca 1809-cu ildə, İsveç əsrlər ərzində İsveç krallığının şərq yarısını təşkil etmiş olan Finlandiyanı itirdi. Kral IV Qustav Adolfa qarşı hiddət üsyanı sürətləndirdi. Qustav Adolf devrildi və onun dayısı XIII Karl kral elan edildi. Yeni kral sonsuz olduğundan, 1810-cu ildə Riksdaq, İsveç parlamenti Danimarka şahzadəsi Xristian Avqust Şlesviq-Holşteyn-Sonderburq-Avqustenburqu vəliəhd seçsə də o sonrakı il vəfat etdi. == Hakimiyyətə gəliş == Bu vaxtlar, İmperator Napoleon da Fransada kontinental Avropanın böyük hissəsini idarə edirdi və onun vassal krallıqlarının bəziləri onun qardaşları tərəfindən idarə edilirdi. Riksdaq Napoleonun bəyənəcəyi bir kral seçməyi qərara aldı. 21 avqust, 1810-cu ildə, Riksdaq Fransanın Marşalı Karl Jan Baptist Juls Bernadotu, İsveç taxt-tacına varis seçdi. == Hakimiyyət dövrü == O qəyyumluğa gələndə, 1813-cü ildə Napoleondan üz çevirdi və İsveç anti-Napoleon ittifaqına qoşuldu. 1814-cü ildə Napoleon Rusiyaya hücum edəndə o çar I Aleksandra söz verdi ki, Napoleonun müttəfiqi Danimarka-Norveç dövlətinə müharibə elan edəcək. Elə həmin ilin 14 Avqustunda İsveç ordusu Norveçi ələ keçirdi və Norveç İsveçə birləşdirildi.
Braqanza sülaləsi
Braqanza sülaləsi (port. Casa de Bragança) — Avropa və Amerika qitəsində hökmranlıq etmiş, portuqal əsilli monarx ailəsi. Sülalənin banisi Aviz sülaləsindən olan Portuqaliya kralı I Conun nikahdan kənar oğlu və ilk Braqanza hersoqu Alfonsodur. Sülalə qısa zamanda İntibah dönəminin ən güclü və varlı ailələrindən birinə çevrildi. 1640-cı ildə Habsburqların ölkədən qovulması nəticəsində Braqanza ailəsi Portuqaliyada, 1822-ci ildə Braziliya imperiyasının müstəqillik qazanması nəticəsində isə Amerika qitəsində hakimiyyətə gəldi. Braqanza ailəsi 15 Portuqaliya kralı və 4 Braziliya imperatoru başda olmaqla, Avropanın bir çox monarx ailəsinə gəlin olaraq gedən (Ketrin Braqanza, Mariya İzabella Braqanza və s.) və daha sonra taxt iddiaçıları (İnfant Pedro, İnfant Manuel və s.) dünyaya gətirən, Avropa və Amerika tarixində mühüm yer tutmuş şəxsiyyətlər yetişdirmişdir. Ancaq XIX-XX əsrin əvvəllərində Braqanza ailəsi hakimiyyətdən uzaqlaşdırıldı. Belə ki, II Pedro 1889-cu ildə Braziliyada, II Manuel isə 1910-cu ildə Portuqaliyada taxtdan endirildi (Portuqaliya inqilabı). VI Conun səltənətinin ardından Braqanza sülaləsi öz daxilində 3 qola ayrıldı: VI Conun ilk oğlu I Pedronun başçılıq etdiyi Braziliya qolu VI Conun ikinci oğlu I Miquelin başçılıq etdiyi Miquelist qol I Pedronun ən böyük qızı II Mariyanın başçılıq etdiyi Konstitusional qol Sülalənin Braziliya qolu 1921-ci ildən sonra Orlean-Braqanza ailəsiylə əvəz olunsa da, bu ailə də öz daxilində parçalandı və taxt hüququndan uzaqlaşdı. Konstitusional qol isə 1932-ci ildə II Manuelin vəfatıyla kəsildi və taxt hüququ Miquelist qola ötürüldü.
Burqoniya sülaləsi
Burqoniya sülaləsi (port. Dinastia de Borgonha) — Portuqaliya krallığını 1139–1383-cü illərdə idarə etmiş sülalə.
Byelbo sülaləsi
Byelbo sülaləsi — İsveçin ən qədim sülalələrindən idi. Sülalənin tarixi Gombul Folkenin yarl təyin olunması ilə başlayır. Yarl Skandinaviyada qraf titulunun ekvivalenti idi. Sülalədən həm də çoxlu arxiyepiskoplar çıxmışdır. İsveçdə hakimiyyətə ana tərəfdən X Erikin nəslindən olan Valdemarla gəlmişdilər. Byelbo nəsli ana nəsli tərəfdən bütün İsveç, Danimarka və Norveç krallarının əcdadıdır.
Avşarlar sülaləsi
Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə) (farsca: ایران افشاری) — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Azərbaycan türk dövlətidir. Səfəvi şahı II.Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o, 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu. == Əfşarlar sülaləsinin mənşəyi == İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.
Ağqoyunlular sülaləsi
Ağqoyunlular (az-əbcəd. آغ‌قویونلولار‎) (fars. آق‌ قویونلو‎, translit. Āq Quyūnlū) (türk. Ak Koyunlu) və ya Bayandurlular — 1378–1503-ci illərdə şərqi Anadolunu, Azərbaycanı və İranı idarə etmiş türk oğuz boylarından ibarət Bayandur tayfasının rəhbərliyi altındakı tarixi dövlət. Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar. Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir.
Ağsunqurlar sülaləsi
Ağsunqurilər (türk. Aksungurlar, fars. احمدیلی‎) və ya Marağa atabəyləri (fars. اتابکان مراغه‎, translit. Atābakān-e Marāghe) — 1108–1227-ci illərdə Marağada hakimiyyətdə olmuş türk xanədanı. == Tarixi == 1108-ci ildə Rəvvadilər sülaləsindən olan Əhmədili ibn İbrahim ibn Vəhsudan ər-Rəvvadi Böyük Səlcuq hökmdarı Məhəmmədə düşmənləri ilə mübarizədə köməklik etdiyinə görə Marağanın hakimi təyin edildi. Onun hakimiyyət dövrü tarixə Əhmədililər sülaləsinin hakimiyyəti dövrü kimi də daxil olmuşdur. 1111–1112-ci illərdə Əhmədili Mosul, Diyarbəkr, Xilat və digər yerlərin hakimləri ilə birlikdə Suriya ərazisində xristianlara qarşı aparılan döyüşlərdə iştirak etmişdir, lakin 1117-ci ildə Əhmədili ismaili təriqətinin radikal qollarından biri olan nizarit agentləri tərəfindən Bağdadda öldürüldü. Onun keçmiş qulu, türk mənşəli Ağsunqur əl-Əhmədili yaranmış bu əlverişli şəraitdən istifadə edərək Marağada hakimiyyəti ələ keçirib Ağsunqurilər sülaləsinin əsasını qoydu. O, Marağadan başqa, Rəvanduz qalasını da ələ keçirdi.
Abdullah Paşa (Məmlük sülaləsi)
Abdullah Paşa (ərəb. عبد الله باشا‎, osman. عبد الله پاشا; v. 1777, Bağdad, Bağdad əyaləti[d]) — Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1776–1777). == Həyatı == Abdullah Paşa tayfa olaraq bir Məmlüküydü. 1776-cı ilə qədər Diyarbəkir valisi vəzifəsindəydi. 1776-cı ildə Osmanlı sultanı I Əbdülhəmid Abdullah Paşaya, eləcə də Mosul valisi Süleyman Paşa və Ər-Rəqqə valisi Mustafa Paşaya Bağdad valisi Ömər Paşanı vəzifəsindən atılması üçün əmr etdi. Osmanlı qoşunları Bağdadı mühasirəyə aldılar və Ömər Paşa Bağdaddan qaçanda öldü. Bundan sonra Mustafa Paşa Bağdadın Paşalığına təyin oldu. O uzun müddət bu vəzifədə qala bilmədi.
Al Sani sülaləsi
Al Sani sülaləsi - 1971-ci ildən bu günədək Qətər əmirliyində hakimiyyətdə olan sülalə. == Tarixi == Al Sani sülaləsi Bəni Təmim ərəb qəbiləsinə məxsusdur. XVIII əsrdə Nəcddən Qətərə köçmüşdülər. Bəhreyn şeyxlərinin hakimiyyəti dövründə Doha şəhərində məskunlaşırlar. 1850-ci ildə Şeyx Al Sani hakimiyyətini Dohada və ətraf qəbilələr üzərinə genişləndirə bilir. Tezliklə Al Sani sülaləsi bütün Qətərdə hakimiyyəti ələ keçirir. 1868-ci ildə Bəhreyndən başqa bütün ölkələr Məhəmməd bin Sani Al Saninin müstəqil Qətər Əmirliyini tanıyıb. Həmin il, Şeyx Məhəmməd bin Sani Al Sani Böyük Britaniya ilə müqavilə imzalayır. Qətərin xarici siyasətdə Böyük Britaniyadan asılı vəziyyətə düşür. 1871-ci ildə Şeyx Məhəmməd bin Sani Osmanlı imperiyasından və Doha bəylərbəyliyindən titul alır.
Arşakilər (Parfiya) sülaləsi
Arşakilər sülaləsi — Bizim eradan əvvəl 250-ci ildən eranın 224-cü ilinədək Parfiyada iqtidarda olmuş, Parna əsilli xanədan. == Tarixi == E.ə. 53-cü ildə Roma sərkərdəsinin Azərbaycana uğursuz yürüşündən sonra Artaşeslər öz hakimiyyətini qısa müddətə bərpa edirlər, lakin E.ə. 36-cı ildə Mark Antoni Azərbaycandan keçib, onu dağıdaraq İrana hücum etdi. Antoni II Artavazdı öldürtdürdü. 63 il ərzində Azərbaycanı ələ keçirmək üçün Roma ilə İran ara-sında müharibələr getmiş və nəhayət, qarşılıqlı sazişə görə hər iki dövlət Ermənistanı öz nüfuz dairəsində saxlamışdı. Azərbaycan Romanın tərkibində qalmış, lakin oranı Parfiya Arşakilər sülaləsinin nümayəndələri idarə etməyə başlamışdı. Sülalənin başcısı İran hökmdarı Vologezin qardaşı Tiridat olmuşdur. 224-cü ildə İranda yeni Sasanilər sülaləsi hakimiyyəti ələ keçirir, lakin Arşakilər sülaləsi Azərbaycanda hakimiyyəti Sasanilərə vermək istəməyərək müharibəyə başlayır. Nəhayət, 297-ci ildə Roma imperiyasının köməyi ilə Arşakilər qələbə qazanır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.63 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 •••••• 0.67
2006 •••••••••••••••••••• 2.48
2007 •••••••••••••• 1.69
2009 •• 0.16
2010 •••• 0.45
2011 ••••• 0.60
2012 ••••• 0.60
2013 ••••••••••• 1.31
2014 •••••••••• 1.20
2015 ••• 0.34
2016 •• 0.17
2017 •• 0.16
2018 ••• 0.30
2019 ••• 0.28
2020 •••••• 0.66

"sülaləsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sülaləsi nədir? #sülaləsi sözünün mənası #sülaləsi nə deməkdir? #sülaləsi sözünün izahı #sülaləsi sözünün yazılışı #sülaləsi necə yazılır? #sülaləsi sözünün düzgün yazılışı #sülaləsi leksik mənası #sülaləsi sözünün sinonimi #sülaləsi sözünün yaxın mənalı sözlər #sülaləsi sözünün əks mənası #sülaləsi sözünün etimologiyası #sülaləsi sözünün orfoqrafiyası #sülaləsi rusca #sülaləsi inglisça #sülaləsi fransızca #sülaləsi sözünün istifadəsi #sözlük