Süleymaniyyə sözü azərbaycan dilində

Süleymaniyyə

Yazılış

  • Süleymaniyyə • 98.1132%
  • Süleymanİyyə • 1.8868%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Süleymaniyyə
Süleymaniyyə — İraqda şəhərdir. Əhalisi 656,100 nəfərdir.
Süleymaniyyə (dəqiqləşdirmə)
Süleymaniyyə
Süleymaniyyə mühafəzəsi
Süleymaniyyə mühafəzəsi - İraq Respublikasının 18 mühafəzəsindən biridir. Əhalisinin təxminən 90 faizə qədərini kürdlər təşkil edir. Süleymaniyyə mühafəzəsinin ərazisi 17.023 km², 2009-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.894.000 nəfər, inzibati mərkəzi Süleymaniyyə şəhəridir. Süleymaniyyə mühafəzəsi İraq Kürdüstanı Muxtar Vilayətinə daxil olan üç mühafəzadan biridir.
Süleymaniyyə məscidi
Süleymaniyyə camisi — Sultan Süleyman Qanuninin şərəfinə 1550–1558-ci illərdə İstanbulda Memar Sinanın layihəsi əsasında inşa edilən camidi. Memar Sinanın şagirdlik dövrü əsəri olaraq qiymətləndirilən Süleymaniyyə camisi mədrəsə, kitabxana, şəfa evi, hamam, imarət, hazirə və dükanlardan ibarət Süleymaniyyə Külliyəsinin bir hissəsi olaraq inşa edilmişdir Süleymaniyyə camisi klassik Osmanlı memarlığının ən önəmli örnəklərindən biridir. İnşasından günümüzədək İstanbulda 100-dən çox zəlzələ olmasına baxmayaraq, caminin divarlarında ən kiçik çat belə yoxdur. 4 fil ayağı üzərində oturan caminin qübbəsi 53 metr hündürlüyündə və 27,5 metr səviyyəsindədir. Bu əsas qübbə Ayasofyada da olduğu kimi iki yarımqübbə ilə dəstəklənmişdir. Qübbə kasnağında 32 pəncərə var. Cami avlusunun dört küncünün hərəsində bir minarə yer alıb. Bu minarələrin camiyə bitişik olan ikisi üç şərəfəli və 76 metr yüksəkliyində, cami avlusunun şimal küncündə son camaat yeri giriş hissəsində divarın küncündə olan digər iki minarə isə iki şərəfəli və 56 metr hündürlüyündədir. Caminin içərisi qəndil tüstüsünü təmizləyəcək hava axımına uyğun inşaa edilmişdir. Yəni, caminin içərisində yağ lampalarından çıxan hislərin tək bir otaqda toplanmasını təmin edən hava axımı əmələ gələcək şəkildə inşa edilib.
Süleymaniyyə sancağı
Süleymaniyyə sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Süleymaniyyə şəhəri idi. Vilayət inzibati cəhətdən 5 qəzaya bölünürdü: Süleymaniyyə qəzası (mərkəzi qəza) Baziyan qəzası Gülənbər qəzası Şəhrbazar qəzası Məmurət ül-Həmidiyyə qəzası Vilayet de Mossoul. — Sandjak de Suléimanieh, page 866–875. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Süleymaniyyə təkyəsi
Süleymaniyyə təkyəsi (ərəb. التكيّة السليمانيّة‎ ət-təkiyyə s-süleymaniyyə; türk. Süleymaniye Külliyesi) — Dəməşqdə yerləşən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Süleymaniyyə təkyəsi məscid, imarət, Səlimiyyə mədrəsəsi adlı mədrəsə və qəbiristanlıqdan ibarətdir. Məscid və imarət Sultan Süleyman Qanuninin tərəfindən 1554–1559-cu illərdə Memar Sinanın layihəsi əsasında inşa etdirilmişdir. Səlimiyyə mədrəsəsi 1566-1567-ci illərdə (II Səlimin dövründə) inşa edilmişdir. Süleymaniyyə təkyəsi klassik Osmanlı memarlığının örnəklərindən biridir. Sultan VI Mehmed Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmuşdur.
Süleymaniyyə məscidi (Dəməşq)
Süleymaniyyə təkyəsi (ərəb. التكيّة السليمانيّة‎ ət-təkiyyə s-süleymaniyyə; türk. Süleymaniye Külliyesi) — Dəməşqdə yerləşən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Süleymaniyyə təkyəsi məscid, imarət, Səlimiyyə mədrəsəsi adlı mədrəsə və qəbiristanlıqdan ibarətdir. Məscid və imarət Sultan Süleyman Qanuninin tərəfindən 1554–1559-cu illərdə Memar Sinanın layihəsi əsasında inşa etdirilmişdir. Səlimiyyə mədrəsəsi 1566-1567-ci illərdə (II Səlimin dövründə) inşa edilmişdir. Süleymaniyyə təkyəsi klassik Osmanlı memarlığının örnəklərindən biridir. Sultan VI Mehmed Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmuşdur.
Süleymaniyyə Əlyazmaları Kitabxanası
Süleymaniyyə Kitabxanası — 1927-ci ildə İstanbulda Süleymaniyyə Məscidi mədrəsələrində qurulan kitabxana. I Süleymanın yaratdığı kitabxana bu kitabxananın əsasını təşkil etmişdir. Kitabxanada 106 kolleksiyada 70 min cild əlyazma və ümumilikdə 120 min çap əsəri var. Bunlardan 12.000 cild kitab türkcə, 50.000 cild ərəbcə, 3680 cild kitab fars dilindədilər. Süleymaniyyə Əlyazmaları Kitabxanası ən böyük şərq kitabxanalarından biridir. Kitabxananın kolleksiyasında VIII—XIX-cu əsrlərə aid 73 minə yaxın sənəd və 50 mindən çox çap kitabı var. Süleymaniyyə kompleksi 1557-ci ildə tamamlandı. Əvvəlcə onun xüsusi kitabxanası yox idi, baxmayaraq ki, hər mədrəsənin öz kitabxanası vardır. 1924-cü ildə Sani mədrəsəsinin binası kitabxanaya, daha sonra Evvel mədrəsəsinin və ona bitişik ibtidai məktəb binası da kitabxanaya verildi. 1961-ci ildə bərpa şöbəsi yaradılmışdır.

Oxşar sözlər

#süleymaniyyə nədir? #süleymaniyyə sözünün mənası #süleymaniyyə nə deməkdir? #süleymaniyyə sözünün izahı #süleymaniyyə sözünün yazılışı #süleymaniyyə necə yazılır? #süleymaniyyə sözünün düzgün yazılışı #süleymaniyyə leksik mənası #süleymaniyyə sözünün sinonimi #süleymaniyyə sözünün yaxın mənalı sözlər #süleymaniyyə sözünün əks mənası #süleymaniyyə sözünün etimologiyası #süleymaniyyə sözünün orfoqrafiyası #süleymaniyyə rusca #süleymaniyyə inglisça #süleymaniyyə fransızca #süleymaniyyə sözünün istifadəsi #sözlük