* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | ••• | 0.67 |
2006 | • | 0.23 |
2007 | • | 0.21 |
2008 | •••••••••••••••••••• | 6.33 |
2009 | ••• | 0.64 |
2010 | •• | 0.45 |
2011 | ••• | 0.86 |
2012 | ••••• | 1.55 |
2013 | • | 0.15 |
2014 | ••• | 0.69 |
2015 | •• | 0.34 |
2016 | ••• | 0.87 |
2017 | •••• | 0.98 |
2018 | ••• | 0.75 |
2019 | •• | 0.42 |
2020 | •• | 0.40 |
1 is. 1. Taxıl bitkilərinin gövdəsinin başında dənlərin yerləşdiyi hissə. Dənli sünbül başını aşağı salar. (Məsəl). Taxıllar boy atmış və sünbül bağlamağa başlamışdı. Ə.Sadıq. Sənəmin başı sünbüllərin arasına əyilmişdi. Ə.Əbülhəsən. 2. Salxım şəklində ətirli çiçəkləri olan bir bitki. Süsəndən, sünbüldən, lalə, nərgizdən; Siyah tellərinə düz, qadan alım! Aşıq Ələsgər.
Azərbaycan dilinin izahlı lüğəti / sünbül1 Ərəbcədən alınma sözdür. Bizdə başaq işlədilib. Başaq isə kəsməklə bağlıdır, “kəsilən yer” deməkdir. Bir vaxt oraq sözü də baş (baştar) sözü ilə ifadə edilib. Rus dilində də колос və колоть kökdaş sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sünbül1 SÜNBÜL Sonra sarı sünbüllər olaq tarlada zahir; Hey dalğalanar, sanki qızıl rəngli dənizdir (A.Şaiq); BAŞAQ (yerə tökülən sünbül) Mən onda başaqlar arasında yataram şad; Rahət olaram zövqlə, qəm-qüssədən azad (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / sünbül2 I сущ. колос (соцветие большинства злаков и некоторых других растений, в котором цветы, не имеющие цветоножек, располагаются вдоль конца стебля). Buğda sünbülü пшеничный колос, dolmuş sünbül спелый, налитый колос (колос, налитый тяжёлым зерном); бот. yalançı sünbül ложный колос, mürəkkəb sünbül сложный колос, sadə sünbül простой колос II прил. колосовой. с.-х. Sünbül ventilyatoru колосовой вентилятор; sünbül açmaq, sünbül bağlamaq колоситься, давать колос, выпускать, выбрасывать колосья, выколоситься; sünbülə dolmaq наливаться колосьям. Buğda sünbülə dolub пшеница налилась; sünbül darağı украшение из сплетенных колосьев
Azərbaycanca-rusca lüğət / sünbül1 i. ear; spike; buğda ~ü wheat-ear, spike / ear of wheat; çovdar ~ü rye ear; ~ bağlamaq / açmaq to ear, to form ears pl.
Azərbaycanca-ingiliscə lüğət / sünbül1 сущ. 1. кьил, цуьл (къуьлуьн, мухан ва мс. техилрин тварар авай пай); 2. кул хьиз цуьквер жедай са набатат.
Azərbaycanca-ləzgicə lüğəti / sünbülSÜNBÜL1 f. bir çiçək adı (gözəllərin saçı ona bənzədilir). Sünbüli-zülf zülfün sünbülü, sünbül kimi saç. SÜNBÜL2(Ə) ə. 1) başaq; 2) astronomiyada: Sünbülə bürcü.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətitaxıl (arpa, buğda və s.) bitkilərinin dən topası.
Azərbaycan qadın adlarının izahlı lüğəti.