süngər sözü azərbaycan dilində

süngər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • süngər • 86.6667%
  • Süngər • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Süngər kek
Süngər keksi yumurta ağı, un və şəkərdən hazırlanan, bəzən qabartma tozu ilə mayalanmış yüngül kekdir.
Süngər Bob (personaj)
Süngər Bob Kvadrat Şalvar (ing. SpongeBob SquarePants) — Süngər Bob Kvadrat Şalvar, Patrik Starın şousu və "Korall" düşərgəsi: Süngər Bobun uşaqlığı cizgi seriallarının əsas qəhrəmanıdır. İlk cizgi serial Nickelodeon telekanalında ilk dəfə olaraq 1 may 1999-cu ildə yayımlanmışdır. Personaj dəniz bioloqu və animator olan Stiven Hillenberq tərəfindən yaradılmışdır. Cizgi serialın ingilis (orijinal) versiyasında Süngər Bob Kvadrat Şalvar personajını aktyor Tom Kenni səsləndirir. == "Süngər Bob Kvadrat Şalvar" cizgi serialında rolu == Süngər Bob — dəniz süngəridir, lakin, mətbəx süngəri formasındadır. Cizgi serialın müəllifi Stiven Hillenberq ilk dəfə olaraq Süngər Bobu kvadrat formasında təsvir etməmişdi. Lakin daha sonra Stiven Hillenberq Süngər Bobu kvadrat formasında təsvir etmişdir. Bunun da səbəbi kvadrat formasında Süngər Bobun daha gülməli və maraqlı görünməsidir. Süngər Bob ananas evdə yaşayır.
Süngər Bob qaçışda
Süngər Bob qaçışda (ing. The SpongeBob Movie: Sponge on the Run) — rejissor Tim Hillin filmi. Filmdə həm aktyor oyunu və animasiya yer alır. Cizgi filmi "Süngər Bob" serialının yaradıcısı Stiven Hillenburqun xatirəsinə həsr olunub. Bu cizgi film, Süngər Bob haqqında üçüncü tammetrajlı filmdir. == Süjet xətti == Atlantida kralı Poseydon (Mett Berri) kanslerindən (Reci Uotts) qrim üçün bir ilbiz sifariş verməsini istəyir. Kansler də elan verir. Elanı oxuyan Şeldon Plankton (Mister Lourens) bunu krabsburgerin sirli reseptini ələ keçirmək üçün bir fürsət hesab edir. Belə ki, o düşünür ki, əgər Süngər Bobun ev ilbizi Qerini (Tom Kenni) Poseydona versə Süngər Bob Atlantidaya gedəcək və bir daha dönməyib ona mane olmayacaq. Və Plankton öz planını yerinə yetirib Qerini Poseydona satır.
Süngər Bob Kvadrat Şalvar
"Süngər Bob Kvadrat Şalvar" (ing. "SpongeBob SquarePants") — ABŞ-də yaradılmış, dünyanın ən populyar televiziya proqramlardan biri. 2004-cü ildə serialın əsasında Süngər Bob Kvadrat Şalvar Film adlı cizgi filmi çəkilib. 2007-ci ildə Time jurnalı bu serialın bütün zamanların ən yaxşı cizgi serialı olduğunu yazmışdılar. == Məzmun == Süngər Bob — cizgi filmin əsas qəhrəmanıdır. Qonşusu Patrik onun ən yaxşı dostudur. Onların ən çox sevdiyi məşğuliyyətlərdən biri də meduza ovlamaqdır. Süngər Bobun və Patrikin qonşusu Squidwardın isə bu heç də xoşuna gəlmir. Squidward həmişə onların bu hərəkətlərindən imtina etmələrini istəyir. Lakin Süngər Bob və Patrik Squidwardın dediklərini zarafat kimi başa düşür və yenə də istədiklərini edirlər.
Süngər Bob Kvadrat Şalvar (personaj)
Süngər Bob Kvadrat Şalvar (ing. SpongeBob SquarePants) — Süngər Bob Kvadrat Şalvar, Patrik Starın şousu və "Korall" düşərgəsi: Süngər Bobun uşaqlığı cizgi seriallarının əsas qəhrəmanıdır. İlk cizgi serial Nickelodeon telekanalında ilk dəfə olaraq 1 may 1999-cu ildə yayımlanmışdır. Personaj dəniz bioloqu və animator olan Stiven Hillenberq tərəfindən yaradılmışdır. Cizgi serialın ingilis (orijinal) versiyasında Süngər Bob Kvadrat Şalvar personajını aktyor Tom Kenni səsləndirir. == "Süngər Bob Kvadrat Şalvar" cizgi serialında rolu == Süngər Bob — dəniz süngəridir, lakin, mətbəx süngəri formasındadır. Cizgi serialın müəllifi Stiven Hillenberq ilk dəfə olaraq Süngər Bobu kvadrat formasında təsvir etməmişdi. Lakin daha sonra Stiven Hillenberq Süngər Bobu kvadrat formasında təsvir etmişdir. Bunun da səbəbi kvadrat formasında Süngər Bobun daha gülməli və maraqlı görünməsidir. Süngər Bob ananas evdə yaşayır.
Köməkçi axtarılır (Süngər Bob Kvadrat Şalvar)
"Köməkçi axtarılır" (ing. Help Wanted) — "Süngər Bob Kvadrat Şalvar" ABŞ istehsalı cizgi serialının pilot bölümü. İlk dəfə 1999-cu il mayın 1-də ABŞ-də "Nickelodeon" kanalında yayımlanmışdır, həmin epizoddan əvvəl kanalda 1999 Uşaqların Seçimi mükafatı mərasimi yayımlanırdı. Bölümdə serialın eyniadlı baş qəhrəmanı, antropomorfik gənc dəniz süngərinin “Krasti Krab” adlı yerli "fast food" restoranında işə düzəlməyə cəhd etməsindən bəhs olunur. Serialın yaradıcısı Stiven Hillenburq şou haqqında ilk ideyaları 1994-cü ildə yaranmışdır və 1996-cı ildə "Rokkonun müasir həyatı" serialı ləğv edildikdən qısa müddət sonra onun üzərində işləməyə başlamışdır. Süngər Bob personajını səsləndirmək üçün Hillenburq onunla birlikdə "Rokkonun müasir həyatı" serialında işləmiş Tom Kenniyə müraciət etmişdir. 1989-cu il tarixli "Pau-Vau yolu" serialından ilhamlanan Hillenburq serialın pitçinqini əvvəlcə Süngər Bob və Skvidvartın yol əhvalatı kimi təqdim etmək istəyirdi. Hillenburq bu ideyadan əl çəkdi və Derek Draymonla birlikdə "Köməkçi axtarılır" bölümü üçün hazırladığı hekayə ilə yenidən başladı, epizodun ssenarisi qismən Hillenburqun gənc yaşlarında skautlar birliyində gördüyü təcrübəyə əsaslanır. Ssenarinin ilkin ideyası "Pizza çatdırılması" adlı sonrakı seriya üçün istifadə olundu. Bölüm Hillenburq, rəssam Derek Draymon və Tim Hill tərəfindən hazırlanmışdır.
Süngər Bob qaçışda (cizgi filmi, 2020)
Süngər Bob qaçışda (ing. The SpongeBob Movie: Sponge on the Run) — rejissor Tim Hillin filmi. Filmdə həm aktyor oyunu və animasiya yer alır. Cizgi filmi "Süngər Bob" serialının yaradıcısı Stiven Hillenburqun xatirəsinə həsr olunub. Bu cizgi film, Süngər Bob haqqında üçüncü tammetrajlı filmdir. == Süjet xətti == Atlantida kralı Poseydon (Mett Berri) kanslerindən (Reci Uotts) qrim üçün bir ilbiz sifariş verməsini istəyir. Kansler də elan verir. Elanı oxuyan Şeldon Plankton (Mister Lourens) bunu krabsburgerin sirli reseptini ələ keçirmək üçün bir fürsət hesab edir. Belə ki, o düşünür ki, əgər Süngər Bobun ev ilbizi Qerini (Tom Kenni) Poseydona versə Süngər Bob Atlantidaya gedəcək və bir daha dönməyib ona mane olmayacaq. Və Plankton öz planını yerinə yetirib Qerini Poseydona satır.
Süngər Bob Kvadrat Şalvar cizgi serialının serialarının siyahısı
"Süngər Bob Kvadrat Şalvar" "Nickelodeon" üçün okean bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Cizgi serialındakı hadisələr "Bikini Bottom" adlı uydurma sualtı şəhərində cərəyan edir və digər personajları qıcıqlandıran həddindən artıq optimist olan Süngər Bob Kvadrat Şalvar adlı dəniz süngərinin macəraları haqqında bəhs edir. Şounun bir çox ideyaları Hillenburqun 1980-ci illərin ortalarında düzəltdiyi "The Intertidal Zone" adlı nəşr olunmamış, maarifləndirici komiksə əsaslanır. O, Süngər Bob Kvadrat Şalvar cizgi serialının üzərində işləməyi "Rokkonun müasir həyatı" adlı başqa "Nickelodeon" serialının ləğvindən sonra başladı, Hillenburqun özü də sonuncunun rejissorlarından biri olmuşdur.20 may 2022-ci ilə olan məlumata əsasən, cizgi serialının 13 mövsüm ərzində 276 epizodu yayımlanmışdır. On üçüncü mövsüm 26 epizoddan ibarətdir. "Süngər Bob Kvadrat Şalvar" tammetrajlı filmi 9 noyabr 2004-cü ildə kinoteatrlarda nümayiş olunmuş və dünya üzrə 140 milyon ABŞ dollarından çox gəlir əldə etmişdir. Devid Bouinin də rol aldığı "Atlantis SquarePantis" televiziya filmi beşinci mövsümün bir hissəsi kimi yayımlanmışdır. 2009-cu ildə "Nickelodeon" şounun onuncu ildönümünü "Süngər Bob haqqında bütün həqiqətlər" adlı sənədli film və "Truth or Square" epizodu ilə qeyd etdi. "The SpongeBob Movie: Sponge Out of Water" adlı ayrıca sikvel 6 fevral 2015-ci ildə kinoteatrlarda nümayiş olundu və dünya üzrə 324 milyon ABŞ dollarından çox gəlir əldə etdi."Süngər Bob Kvadrat Şalvar"ın epizodları müxtəlif mükafatlara, o cümlədən 17 Enni mükafatına (altısını qazanmışdır), 17 "Golden Reel Awards" (səkkizini qazanmışdır), 15 Emmi mükafatı (birini qazanmışdır), 19 "Kids' Choice Awards" (on səkizzini qazanmışdır) və dörd BAFTA Uşaqlar mükafatına (ikisini qazanmışdır) namizəd göstərilmişdir. Serialın bir neçə DVD toplusu buraxılmışdır.
Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısı

Adi süngərlər
Adi süngərlər (lat. Demospongiae) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi. == Ümumi xarakteristika == Bu sinifə aid 6000-dən çox növ təsvir edilmişdir. Növün əksər nümayəndələri dənizlədə yaşayır. Haplosclerida dəstəsinə aid növlər, əsasən, şirinsu hövzələrində yaşayır. Onlardan ən geniş tanınan növ göl süngəridir. Göl süngəri sualtı cisimlərin səthində uzunluğu 1 metrə çatan düzgün olmayan formalı və ya ağacabənzər örtülmə şəklində rast gəlinir. Bu süngərlər su hövzələrində filtrator rolunu oynayır. Hündürlüyü 7 sm-ə çatan süngər sutkada 20 litrdən çox su süzə bilir. Yaşıl, sarımtıl, ağımtıl rənglərə çalan göl süngərlərinin skeleti mikroskopik iynələrdən — spikullardan ibarətdir.
Adi süngərlər (Demospongia)
Altışüalı süngərlər
Altışüalı süngərlər (lat. Hexactinellida) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi. Tipik okeanlarda yaşayan orqanizmlərdir. Adətən okeanın 100 m-dən çox dərinliyində yaşayırlar. Bədənlərinin hündürlüyü 2 m-ə çatır. Bədəninin forması kisə, çəllək, yaxud qədəhşəkillidir. Skeleti altışüalı silisium iynələrdən ibarətdir. Şüalar 3 qarşılıqlı perpendikulyar olan müstəvilər üzərində yerləşir. İynələrin bəzilərində bir və ya bir neçə şüa reduksiyaya uğrayıb. 500-ə yaxın növü var.
Kirəcli süngərlər
Kirəcli süngərlər (lat. Calcarea) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi.
Süngərlər
Süngərlər (lat. Porifera) — heyvanlar aləminə aid heyvan tipi. 8000-ə yaxın növü təsnif edilib. Əksər növləri dənizdə yaşasalar da, bəzi nümayəndələri (məsələn, gölsüngəri) Antarktidadan başqa digər materiklərin daxili sularında rast gəlinir. Süngərlər çoxhüceyrəli heyvanların ən ibtidai nümayəndələridir. Bədən iki hüceyrə qatından: xarici-ektoderma və daxili entodermadan ibarətdir. Bu qatlar arasında isə ayrı-ayrı hüceyrələr səpələnmiş, quruluşsuz xüsusi maddələrdən ibarət olan qatmezoqley yerləşir. Süngərlər qadiəsi ilə əşyaya yapışır, ağız isə yuxarı yönəlir. Bədən divarı çoxlu nazik məsamələrə malikdir. Süngərlərin bədəni asanlıqla qırılır və ya ovulur.
Süngərlər tipi
== Ümumi xarakteristika == Çoxhüceyrəli heyvanların ən sadə quruluşlu tiplərindən biri süngərlərdir. 8000-ə qədər süngər növü məlumdur. Dəniz sakini olub, bütün bədəni ilə suyun dibinə və ya sualtı əşyalara hərəkətsiz yapışır. Əsl çoxhüceyrəli heyvanlardan fərqli olaraq süngərlərin orqan və toxumaları yoxdur. Süngərlər koloniya şəklində yaşayır. Onların kisəvarı və ya qədəhvarı bədəni iki qatdan: xarici dermal (ektoderma) və daxili qatdan (endoderma) ibarətdir. Bu qatlar arasında yerləşən struktursuz hissə mezoqley adlanır. Mezoqleydə ayrı-ayrı hüceyrələr səpələnmişdir. Süngərlərin mezoqleyində skelet inkişaf edir. Skelet kirəc (CaCO3), kvars (SiO2) və ya buynuz maddəsindən ibarət olur.
Şirin su süngəri

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.41 dəfə / 1 mln.
2010 •••••••••• 0.64
2011 ••• 0.17
2012 ••••••••• 0.60
2013 •••••••••••••••••• 1.17
2014 ••• 0.17
2015 •••••• 0.34
2017 ••••••••••••••• 0.98
2018 •••••••••••••••••••• 1.35
2019 ••••••• 0.42
2020 •• 0.13

süngər sözünün leksik mənası və izahı

  • 1 is. zool. 1. Dənizdə yaşayan ibtidai, çoxhüceyrəli, bitkiyəoxşar heyvan tipi. …Bitki və heyvanların ibtidai formaları arasında kəskin sərhəd qoymaq lazım deyildir. Məsələn, süngər, polip, mərcan və s. bu kimi heyvanlar bitki kimi bir yerə yapışaraq yaşayır. M.Qasımov. 2. Bu heyvanların, suyu asanlıqla canına çəkən və yuyunmaq üçün istifadə edilən bəzi növlərinin yumşaq, məsaməli gövdəsi. // Təbii süngərə oxşayan məsaməli, elastik rezin məmulat.

    Azərbaycan dilinin izahlı lüğəti / süngər

süngər sözünün rus dilinə tərcüməsi

  • 1 зоол. губка

    Azərbaycanca-rusca lüğət / süngər
  • 2 сущ. губка: 1. тип низших многоклеточных животных, обитающих в морях 2. мягкий, пористый остов некоторых видов этих животных, хорошо впитывающий влагу и служащий для мытья. Süngər ilə silmək вытирать губкой 3. пористое, упругое изделие из резины наподобие натуральной губки

    Azərbaycanca-rusca lüğət / süngər

süngər sözünün inglis dilinə tərcüməsi

süngər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. зоол. губка, гьуьлуьн циф (1. гьуьле жедай набататдиз ухшар гзаф клеткайрин са гьайван; 2. гьа гьайвандин вил-вил хьайи тӀеквенар авай, яд чӀугвадай хъуьтуьл жендек; // жендек чуьхуьн патал раснавай гьахьтин тӀеквен-тӀеквен хьайи резиндин кӀус, луфа).

    Azərbaycanca-ləzgicə lüğəti / süngər

"süngər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#süngər nədir? #süngər sözünün mənası #süngər nə deməkdir? #süngər sözünün izahı #süngər sözünün yazılışı #süngər necə yazılır? #süngər sözünün düzgün yazılışı #süngər leksik mənası #süngər sözünün sinonimi #süngər sözünün yaxın mənalı sözlər #süngər sözünün əks mənası #süngər sözünün etimologiyası #süngər sözünün orfoqrafiyası #süngər rusca #süngər inglisça #süngər fransızca #süngər sözünün istifadəsi #sözlük