süngərlər sözü azərbaycan dilində

süngərlər

Yazılış

  • süngərlər • 86.9565%
  • Süngərlər • 13.0435%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Süngərlər
Süngərlər (lat. Porifera) — heyvanlar aləminə aid heyvan tipi. 8000-ə yaxın növü təsnif edilib. Əksər növləri dənizdə yaşasalar da, bəzi nümayəndələri (məsələn, gölsüngəri) Antarktidadan başqa digər materiklərin daxili sularında rast gəlinir. Süngərlər çoxhüceyrəli heyvanların ən ibtidai nümayəndələridir. Bədən iki hüceyrə qatından: xarici-ektoderma və daxili entodermadan ibarətdir. Bu qatlar arasında isə ayrı-ayrı hüceyrələr səpələnmiş, quruluşsuz xüsusi maddələrdən ibarət olan qatmezoqley yerləşir. Süngərlər qadiəsi ilə əşyaya yapışır, ağız isə yuxarı yönəlir. Bədən divarı çoxlu nazik məsamələrə malikdir. Süngərlərin bədəni asanlıqla qırılır və ya ovulur.
Adi süngərlər
Adi süngərlər (lat. Demospongiae) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi. == Ümumi xarakteristika == Bu sinifə aid 6000-dən çox növ təsvir edilmişdir. Növün əksər nümayəndələri dənizlədə yaşayır. Haplosclerida dəstəsinə aid növlər, əsasən, şirinsu hövzələrində yaşayır. Onlardan ən geniş tanınan növ göl süngəridir. Göl süngəri sualtı cisimlərin səthində uzunluğu 1 metrə çatan düzgün olmayan formalı və ya ağacabənzər örtülmə şəklində rast gəlinir. Bu süngərlər su hövzələrində filtrator rolunu oynayır. Hündürlüyü 7 sm-ə çatan süngər sutkada 20 litrdən çox su süzə bilir. Yaşıl, sarımtıl, ağımtıl rənglərə çalan göl süngərlərinin skeleti mikroskopik iynələrdən — spikullardan ibarətdir.
Altışüalı süngərlər
Altışüalı süngərlər (lat. Hexactinellida) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi. Tipik okeanlarda yaşayan orqanizmlərdir. Adətən okeanın 100 m-dən çox dərinliyində yaşayırlar. Bədənlərinin hündürlüyü 2 m-ə çatır. Bədəninin forması kisə, çəllək, yaxud qədəhşəkillidir. Skeleti altışüalı silisium iynələrdən ibarətdir. Şüalar 3 qarşılıqlı perpendikulyar olan müstəvilər üzərində yerləşir. İynələrin bəzilərində bir və ya bir neçə şüa reduksiyaya uğrayıb. 500-ə yaxın növü var.
Kirəcli süngərlər
Kirəcli süngərlər (lat. Calcarea) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi.
Süngərlər tipi
== Ümumi xarakteristika == Çoxhüceyrəli heyvanların ən sadə quruluşlu tiplərindən biri süngərlərdir. 8000-ə qədər süngər növü məlumdur. Dəniz sakini olub, bütün bədəni ilə suyun dibinə və ya sualtı əşyalara hərəkətsiz yapışır. Əsl çoxhüceyrəli heyvanlardan fərqli olaraq süngərlərin orqan və toxumaları yoxdur. Süngərlər koloniya şəklində yaşayır. Onların kisəvarı və ya qədəhvarı bədəni iki qatdan: xarici dermal (ektoderma) və daxili qatdan (endoderma) ibarətdir. Bu qatlar arasında yerləşən struktursuz hissə mezoqley adlanır. Mezoqleydə ayrı-ayrı hüceyrələr səpələnmişdir. Süngərlərin mezoqleyində skelet inkişaf edir. Skelet kirəc (CaCO3), kvars (SiO2) və ya buynuz maddəsindən ibarət olur.
Adi süngərlər (Demospongia)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2011 •••••• 0.09
2012 •••••••••••• 0.17
2013 •••••••••• 0.15
2018 •••••••••••••••••••• 0.30
2019 ••••••••••••••••••• 0.28

Oxşar sözlər

#süngərlər nədir? #süngərlər sözünün mənası #süngərlər nə deməkdir? #süngərlər sözünün izahı #süngərlər sözünün yazılışı #süngərlər necə yazılır? #süngərlər sözünün düzgün yazılışı #süngərlər leksik mənası #süngərlər sözünün sinonimi #süngərlər sözünün yaxın mənalı sözlər #süngərlər sözünün əks mənası #süngərlər sözünün etimologiyası #süngərlər sözünün orfoqrafiyası #süngərlər rusca #süngərlər inglisça #süngərlər fransızca #süngərlər sözünün istifadəsi #sözlük