sütunu sözü azərbaycan dilində

sütunu

Yazılış

  • sütunu • 99.8621%
  • Sütunu • 0.1379%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksandr sütunu
Aleksandr sütunu (bəzən onu Aleksandr Puşkinin “Abidə” şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar) — Sankt-Peterburq Saray meydanın mərkəzində yerləşən ampir üslubundakı abidə. Ermitaj muzeyinin tərkibində yerləşir.1834-cü ildə memar Oqüst Monferran tərəfindən imperator I Nikolayın göstərişi ilə onun böyük qardaşı I Aleksandrın Napoleon Bonapart üzərində qazandığı qələbəyə xatirə olaraq ucaldılmışdır. == Yaranma tarixi == Bu abidə 1812-ci il Vətən müharibəsində qələbəyə həsr olumuş Baş ştabın Arkası kompozisiyasını tamamlamışdır. Monumentin salınması ideyasını məşhur memar Karlo Rossi vermişdir. Saray meydanının məkanını planlaşdırarkən, o meydanın mərkəzində abidə qoymağın vacib olduğunu bildirmişdir. Lakin o daha bir abidənin - I Pyotrun atla olan heykəlinin ucaldılması ideyasını rədd etmişdir. 1829-cu ildə imperator I Nikolayın dilindən öz “unudulmaz qardaşının” xatirəsi üçün müsabiqənin açıq elan edilməsi rəsmən söylənilmişdir.». Oqüst Monferran bu çağırışa möhtəşənmqranit obelisk eskizi ilə gəlsə də, bu variant imperator tərəfindən bəyənilməmişdir. Bu layihənin eskizi qorunub saxlanılmış və hal-hazırda Mühəndislər institutunun kitabxanasında saxlanılır. Monferran 25,6 m (84 fut və ya 12 sajen) hündürlüyündə qranit obelisk ucaldılmasını təklif etmişdir.
Fars sütunu
Fars sütunları və ya Persepolitan sütunları böyük ehtimalla eramızdan 500-ci ildən bir qədər əvvəl başlamış qədim Farsın Əhəməni memarlığında inkişaf etmiş və fərqli sütun formasıdır. Bunlar əsasən kütləvi olaraq əsas sütunların bazası, kanelur milli və əksəriyyətində öküzlərin olduğu cüt heyvan başlığına sahib Persepolisdən tanınır. Əhəmənilərin saraylarının daxilində bir neçə sıra sütunlarla dəstəklənən apadana adlı böyük bir hipostil salonu mövcud idi. Persepolisdəki 70 x 70 metrlik Taxt Salonu və ya “Yüz Sütunlu Zal” Əhəməni kralı I Artakserks tərəfindən inşa edilmişdir. Apadana salonu daha da böyükdür. Bunlara əsasən kral üçün bir taxt daxil idi və möhtəşəm mərasim məclisləri üçün istifadə olunurdu; Persepolis və Suzdakı ən böyükləri bir anda on min insana ev sahibliyi edə bilirdi.Əhəmənilər daş memarlıq təcrübəsinə malik deyildilər, ancaq Anadoludakı Lidiyadan, Mesopotamiyadan, Misirdən, eləcə də İranın özündəki Elamdan təsirlənərək hibrid bir imperiya üslubunu inkişaf etdirmək üçün imperatorluqlarının ətrafındakı sənətkarları və inşaat materiallarını idxal edə bildilər. Stil, ehtimal ki, Daranın Suzdakı sarayında inkişaf etdirilmiş, lakin ən çox və tam qalanları, bir neçə sütunun salamat qaldığı Persepolisdədir. Bu üslubda olan imperiya binası, eramızdan əvvəl 330-cu ildə Böyük İsgəndərin işğalı və Persepolisin yandırılması ilə məhv olmuşdur. == Təsviri == Sütunların və başlıqların formaları müxtəlif binalar arasında bir qədər dəyişir. Ümumiyyətlə, sütun başlıqları sütundan kənara çıxan iki ədəd arxa-arxaya düzülmüş heyvan bəzəkləri formasında oyulmuşdur.
Konstantin sütunu
Konstantin sütunu — 330-cu ildə imperator I Konstantinin şərəfinə, İstanbulun yeddi təpəsindən biri olan və indiki adıyla "Çemberlitaş" olaraq adlandırılan bölgədəki təpədə ucaldılmış bir sütundur. Sütun hər biri 3 ton ağırlığında və 3 metr olan halqalarla bir-birinə bağlanmış cəmi 8 ədəd sütun və bir kürsünün üst-üstə qoyulması ilə yaradılmışdır. == Tarixi == Bizans imperatoru Konstantin sütunu Romadakı Apollon məbədindən sökdürərək uzunluğu 57 m olan bu sütunu əvvəllər Forum Konstantin adı verilən bir meydan olan günümüzdəki yerinə düzəltdirmişdi. İlk qurulan zaman sütunun üzərində doğan günəşi qarşılayan Apollonun heykəli olduqda, 330-cu ildə İstanbula tikildiyində imperator Konstantin bunun yerinə öz heykəlini sütunun üstünə qoydurmuşdu. Daha sonra isə Bizans imperatoru olan Yulian və I Feodosinin heykəlləri qoyuldu. Sütun 1081-ci ildəki ildırım vurması səbəbindən yandı, zədələndi və üzərindəki heykəl aşdı. Bundan sonra I Alexios sütunu düzəltdirmiş və üstündə baza olan bir başlıq ilə böyük bir xaç qoydurmuşdu. 1453-cü ildə İstanbulun fəthindən sonra üzərindəki xaç endirildi və sütun ilk dəfə 1470-ci illərdən sonra I Səlimin dövründə yenilənmişdir. Sonralar, Osmanlı dövründə sütun böyük bir yanğın keçirmiş, sütunun mərmərləri zədələndiyindən, Sultan II Mustafa (1695–1704) sütunun altını divar ilə gücləndirilmiş, dəmir halqalarla möhkəmləndirilmişdir. Bu səbəblə həmin gündən sonra onun adı "Çemberlitaş" adlandırılmışdır.
Nelson sütunu
Nelson sütunu - (ing. Nelson's Column) - Londonda Trafalqar meydanının mərkəzində yerləşən abidə. == Tikintisi və dizaynı == Sütun 1805-ci ildə Trafalqar döyüşündə həlak olan Horatsio Nelsonun şərəfinə 1840-1843-cü illərdə tikilmişdir. 46 metrlik sütunun üzərində Nelsonun 5.5 metrlik heykəli yerləşir. Heykəl cənub tərəfə - Admirallıq və Portsmut tərəfə baxır. Burada Nelsonun flaqmanı olan Kral hərbi-dəniz donanmasına məxsus «HMS Victorу» gəmisi durub. Abidənin kvadrat piedestalı fransız toplarından əridilərək hazırlanmış dörd ədəd panellə bəzədilmişdir, bu panellərdə Nelsonun dörd məşhur qələbəsi təsvir olunmuşdur. Layihə memar Uilyam Reylton tərəfindən hazırlanmış və Peto & Grissell şirkəti tərəfindən tikilmişdir. Abidənin 1:22 miqyaslı modeli Qrinviçdə yerləşən Milli dəniz muzeyində sərgiyə qoyulmuşdur. Ümumilikdə abidə 47 500 funtsterlinqə başa gəlmişdir ki bu da indiki məzənnəylə təxminən 3.5 mln funtsterlinq edir.
Onurğa sütunu
Onurğa (lat. columna vertebralis) — onurğalı heyvanlarda və insanda ox skeletinin əsas hissəsi. Insanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir. Filogenezdə ibtidai xordalılarda olan xordanı (arxa teli) əvəz edir. Vəzifəcə müəyyən şöbələrə bölünür, bunların da miqdarı ibtidai onurğalılardan ali onurğalılara doğru getdikcə artır. onurğa onurğa beyninden başlamqdadir onurğa beyni 45 sm dir onurğa insan dayaq sistemidir ve herketli ve hereketsiz ola bilir daxili orqanlari nizamli formada saxliyir.
Qartal sütunu
Qartal sütunu — Qatçina Saray parkında bağ-park tikilisidir. Bu abidə kiçik təpə üzərində hündür tetraedr formasında olan pyedestalda yerləşən sütunu özündə təcəssüm etdirir. Sütunun zirvəsini mərmərdən olan qartal heykəli bəzəyir. Bu sütun Silviya parkına gedən yolun ətrafında olan Amfiteatrın yaxınlığında yerləşir. == Tarixi == Qartal sütunu Saray parkının ən qədim park tikintilərindən hesab olunur. Sütun qraf Qriqori Orlovun Qatçinaya sahib olduğu vaxtlarda qoyulmuşdur. Buna görə də qartal təsvirinin onların ailə gerbində olması buna xarakterikdir. Bu abidənin layihəsinin rəhbəri Antonio Rinaldi olmuşdur. Sütun Sankt-Peterburqda yerləşən İsaakiya kilsəsinin kontor emalatxanasında hazırlandıqdan sonra ilk əvvəl Çarskoye Seloya gətirilmiş, 1770-ci ildə isə pyedestal ilə birlikdə Qatçinaya gətirilmişdir. Belə bir əfsanə mövcuddur ki, Qartal Sütununu imperator I Pavel tərəfindən oxla vurulmuş qartalın düşdüyü yerdə qurmuşdular.
Trayan sütunu
Trayan sütunu (lat. Colonna Traiana) — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apollodor. Sütun Ulpiya bazilkasının arxasında ucaldılıb. Mərmərdən olan Trayan sütunu həmdə iki böyük kitabxana arasında yerləşir:yunan və latın kitabxanası == Tarixi == Trayan Mark Ulpi İspan mənşəli olmaqla, öz karyerasına adi legionerlikdən başlamış və iperatorluğa qədər yüksəlmişdir . Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak etmiş: Dakiyada(Müasir Rumuniya ərazisi), Şimali Ərəbistanda, Parfiyada və Romaya əvəzolunmaz tövhələr vermişdir. Onun zamanında Roma heç bir vaxt bu səviyyəyə gəlməmişdir, imperiyanın sərhədləri bu qədər genişlənməmişdir. Onun sələfləri bu sərhədləri genişləndirə bilmədilər, sadəcə qoruyub saxladılar. İlk vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli qoyuldu.
Vandom sütunu
Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır. == Tarixi == Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.
Vulkan sütunu
Vulkan sütunu – (rus. столб вулканический, ing. volcanic plug, volcanic column) vulkan kanalını dolduran və ka­nalın dağılması zamanı aşınmaya qar­şı davamlı olması sayəsində sax­lanılan,vulkan məhsullarının qalığı.
Yulian sütunu
Yulian sütunu — Yulian sütunu və ya xalq arasında Belkıs Minarəsi olaraq bilinir. Ankaranın Ulus bölgəsindəki bir obeliskdir. == Tarix == Son bütpərəst Roma imperatoru Yulian 362-ci ildə farslara qarşı müharibə elan edir və yönünün Ankaradan keçdiyi bir yol cızmışdır. İmperatorun ekspedisiyaya gedərkən bir ara verəcəyi və şəhərdə qalacağı xəbəri gəldikdən sonra bütün şəhərdə hazırlıqlar başlayır. Onu şərəfləndirmək üçün Yulian Sütunu qurulur. Sütun əvvəlcə bu günkü Türkiyə İş Bankı İqtisadi Azadlıq Müzeyi binası ilə Dovşan adlı bina arasındakı ərazidə tikilir, lakin yerin düzgün seçilməməsi səbəbi ilə gündən-günə əyilməyə başladığı üçün 1934-cü ildə hazırkı yerinə, Ankara Valiliyinin qarşısındakı Hökumət Meydanına köçürülür. Uzun illərdir heç bir təmir və ya bərpa görməyən Yulian sütunu, Valilik tərəfindən 2001-ci ildə bərpa edilir. == Memarlıq xüsusiyyətləri == Təxminən 15 metr hündürlükdə olan sütun hörgü daşı ilə tikilmişdir. Korint başlığı və sixri gövdəsi olan bir halqa şəklindədir. Başlığın şimala baxan fasadı tamamilə zədələnsə də, ümumiyyətlə yaxşı vəziyyətdədir.
Onurğa sütununun sınıqları
Onurğa sütununun sınıqları — adətən hündürdən yıxıldıqda, əyilmiş vəziyyətdə ağır əşyanın kürəyə düşməsi zamanı, onurğa sütununa güclü zərbə olduqda baş verir.Onurğa travmaları kiçik bir yumşaq toxuma əzilməsindən onurğa sınığı və onurğa beyni zədələnməsinə qədər bir sıra şiddətdə ola bilər. Onurğa sınıqları və çıxıqları onurğa beyni zədələnməsinə və beləliklə iflicə səbəb ola bilər. Onurğa yaralanmalarının müalicə üsulu da zədələnmənin ağırlığından asılıdır.Sınıqların 5–10%-i boyun fəqərələrində, 70%-i döş və bel fəqərələrində, qalan hissəsi isə oma və büzdüm nahiyyəsində olur. Ən çox yaralanan bölgə onurğanın ən hərəkətli hissəsi olan döş və bel fəqərələrinin birləşdiyi 12-ci döş və 1-ci bel fəqərələridir. == Onurğa sütununun sınıqlarının simptomları == Onurğa sınıqlarının əlamətləri (simptomları) zədənin şiddətindən aslı olaraq dəyişir. Onurğa sınıqlarında aşağıdakı simptomlar müşahidə edilə bilər: Boyun, döş vəya bel ağrısı; Uyuşma, əzələ spazmı; Ətraflarda zəiflik; Qeyri-iradi nəcis və sidik ifrazı; Ətraflarda (qollarda və ya ayaqlarda) hərəkət və hissiyatın olmaması – iflici;Onurğa beyini zədələndikdə ətraflarda hərəkətin və hissiyatın itməsi baş verir. Zədələnmişin öz başına bədəninin vəziyyətini dəyişmək cəhdləri ağrı şoku ilə ağırlaşa bilər. Bu simptomlar müşahidə olunarsa, ən qısa zamanda həkimə müraciət edilməlidir. Onurğa sınıqlarının ilk simptomları zədənin şiddətindən və yerindən asılı olaraq dəyişir. Boyun, döş, bel ağrısı və əzələ spazmı əsas əlamətlərdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.07 dəfə / 1 mln.
2005 1.35
2006 1.35
2007 1.48
2008 1.22
2009 1.12
2010 1.63
2011 •••••••• 12.78
2012 ••••••••••••• 20.82
2013 •••••• 9.48
2014 •••••• 9.10
2015 •••• 5.44
2016 •••••••••••••••••• 28.46
2017 •••••••••••••••••••• 33.01
2018 ••••••••••••••••• 27.12
2019 •••••••••••••••••••• 32.13
2020 ••••••••• 14.85

"sütunu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sütunu nədir? #sütunu sözünün mənası #sütunu nə deməkdir? #sütunu sözünün izahı #sütunu sözünün yazılışı #sütunu necə yazılır? #sütunu sözünün düzgün yazılışı #sütunu leksik mənası #sütunu sözünün sinonimi #sütunu sözünün yaxın mənalı sözlər #sütunu sözünün əks mənası #sütunu sözünün etimologiyası #sütunu sözünün orfoqrafiyası #sütunu rusca #sütunu inglisça #sütunu fransızca #sütunu sözünün istifadəsi #sözlük