sıxlaşdı sözü azərbaycan dilində

sıxlaşdı

Yazılış

  • sıxlaşdı • 91.6667%
  • Sıxlaşdı • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sıxlaşdırıcı sürtkülər
Sıxlaşdırıcı sürtkülər – boru kəmərlərinin bağlayıcı armaturlarının, müxtəlif birləşmələrin boşluqlarının – yivli, flans və s. hermetikləşməsi üçün işlədilir. Onlar maye, qaz, buxar, tozların sıx olmayan hissələrə girməsinin qarşısını almağa kömək edirlər. Onlardan texnikanın konservasiyası zamanı saxlanılan məmulatların, maşınların, mexanizmlərin daxilinə rütubətin və korroziyal-aktiv maddələrin düşməsinin qarşısını aımaq üçün də istifadə edirlər. Sıxlaşdırıcı sürtkülər kipləşmədən başqa hissələrin çoxunda antifriksion və mühafizə sürtküləri funksiyalarını yerinə yetirirlər. Sıxlaşdırıcı sürtkülərin bəziləri karbohidrogenli yanacaqla, raket yanacağı komponentləri ilə və başqa aqressiv mayelərlə, su ilə onların buxarları ilə və s. kontakt şəraitində istifadə olunur. Sıxlaşdırıcı sürtkülərə aşağıdakı tələblər irəli sürülür: – yüklənmənin təsiri altında temperatur artdıqda və başqa amillərin təsirindən dağılmamağı və sıxıcılardan axmaması; – saxlanma şəraitində və sıxlaşdırıcı qurğularda öz xassələrinin dəyişməməsi; – antifriksion və mühafizə sürtküləri funksiyalarını yerinə yetirərkən uyğun xassələrin zəruri səviyyəsinə malik olması. Sıxlaşdırıcı sürtkülər ən müxtəlif şəraitdə: qurğunun kipləşdirməyə qədər və sonrakı təzyiq dəyişmələrində, vakuum şəraitdə, temperaturun 50-dən 2000C-dək, ayrı-ayrı birləşmələrdə isə hətta 10000C və daha çox dəyişmələrində işlənə bilər. Sıxlaşdırıcı sürtkülərin elastiki plastiklik xassələri qurğuların sıxlaşdırılmasına qədərki və sonrakı təzyiq dəyişmələri şəraitində istifadə zamanı xüsusi əhəmiyyət kəsb edir.
Verilənlərin sıxlaşdırılması
Verilənlərin sıxlaşdırılması (en. data compression), (ru. сжатие данных), (tr. veri sıkıştırma) – verilənlərin ötürülməsində, verilənlər bazasının idarəedilməsi sistemlərində, faksimil rabitəsində, proqramların və verilənlərin disklərdə saxlanmasında, informasiyanın daha səmərəli ötürülməsi və ya saxlanılması məqsədilə onların "sıxılması". Sıxlaşdırmanın ən məşhur üsullarından biri olan açar sözlərin kodlaşdırılmasında tez-tez rast gəlinən hər bir söz (məsələn, "the" və ya "here") ikibaytlı nişan ilə əvəz edilir; nəticədə mətn faylında hər bir belə sözə görə bir və ya daha artıq bayta qənaət edilir. A. Lempel’in və İ. Ziv’in işləyib hazırladıqları sıxlaşdırma üsulunda bütün artıq verilənlərin uzaqlaşdırılması nəzərdə tutulur. Verilənlərin sıxlaşdırılmasının müasir proqram və aparat vasitələrinin praktiki olaraq hamısı Lempel-Ziv alqoritminə (LEMPEL-ZIV CODING) əsaslanır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

"sıxlaşdı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sıxlaşdı nədir? #sıxlaşdı sözünün mənası #sıxlaşdı nə deməkdir? #sıxlaşdı sözünün izahı #sıxlaşdı sözünün yazılışı #sıxlaşdı necə yazılır? #sıxlaşdı sözünün düzgün yazılışı #sıxlaşdı leksik mənası #sıxlaşdı sözünün sinonimi #sıxlaşdı sözünün yaxın mənalı sözlər #sıxlaşdı sözünün əks mənası #sıxlaşdı sözünün etimologiyası #sıxlaşdı sözünün orfoqrafiyası #sıxlaşdı rusca #sıxlaşdı inglisça #sıxlaşdı fransızca #sıxlaşdı sözünün istifadəsi #sözlük