sığırçın sözü azərbaycan dilində

sığırçın

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sığırçın • 92.6829%
  • Sığırçın • 7.3171%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sığırçın
Sığırçın (lat. Sturnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinə aid heyvan cinsi.
Adi sığırçın
Adi sığırçın (lat. Sturnus vulgaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinin sığırçın cinsinə aid heyvan növü. Azərbaycanda 4 yarımnövü qeydə alınmışdır. Qafqaz yarımnövü Samur, Dəvəçi ovalığını, Lənkəran sahəsini, Kiçik Qafqazın dağətəklərində məskunlaşır. Qalan 2 yarımnöv aran rayonlarda qışlamada müşahidə olunur. Yaşlı sığırçın qara rəngdə parlaq metallik çalarlıdır. Qanadları və quyruğu qonurdur. Payız-qış mövsümündə bütün bədəni sıx-ağ çillərlə örtülür. Cavanlar qonurdur. Sürü halında gəzir.
Motsartın sığırçını
Volfqanq Amadey Motsartın Vyanada yaşadığı illərdə (1782-1786) yaradıcılığında əsasən fortepiano konsertləri üstünlük təşkil edirdi. Kompozitor bu tip 15 musiqi yazmışdır. Hansı ki, bunların çoxu Mostartın instrumental yaradıcılığının zirvəsi hesab olunur. Motsart heyvanları çox sevirdi və daha çox da quşlara diqqət ayırardı. Kompozitor Sol mojor (G -DUR) konsertini yazdıqdan sonra onun final hissəsini (Allegretto) şəhərdə olan bir quş mağazası önündə oxumuşdur. Abert Hermana görə, «sığırçın bu melodiyanı özünəməxsus dəyişərək yenidən təkrarlamışdır, bu Motsartın xoşuna gəlmiş və həmən sığırçını almışdır». Motsartın xərclər dəftərində bu barədə qeyd var: «27 may 1784-ci il. Sığırçın quşu - 34 kr (kreyser). Qeydin yanında sığırçının ifa etdiyi melodiya yazılmışdır: Motsart əlavə olaraq yazmışdır: «Bu çox əla idi!». Motsartın qeydlərinə əsasən məlum olur ki, sığırçın fermatanı (səsin, pauzanın davam etdirilməsini bildirir) doğru yerləşdirmirdi.
Sığırçınlar
Sığırçınlar (lat. Sturnidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Haqqında == Möhkəm bədən quruluşu xırda ölçülü quşlardır. Dimdiyi nisbətən gödək, ayaqları güclüdür. Rənginə parlaq metallik tonlar vardır. Müxtəlif landşaftlarda məskunlaşır. Həşərat, giləmeyvə, meyvələrlə qidalanır. Faydalı quşlardı ancaq bəzi yerlərdə üzüm plantasiyalarına və giləmeyvələrə ziyan vurur. == Azərbaycanda yayılması == Azərbaycan faunasına 2 növü olan sığırçın və 1 növü olan mayna cinsləri daxil olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2008 ••••••••••••••• 0.24
2011 ••••• 0.09
2012 •••••••••• 0.17
2014 •••••••••• 0.17
2015 •••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.35
2018 •••••••••••••••••• 0.30
2019 ••••••••• 0.14
2020 •••••••• 0.13

sığırçın sözünün leksik mənası və izahı

  • 1 is. Quşların sərçəkimilər dəstəsindən olan, tündtüklü, oxuyan, köçəri quş. Sığırçınlar səhərçağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər. Mir Cəlal. Baharla birlikdə onun şux elçiləri: qaranquşlar, sığırçınlar… hərəni öz dilində qarşılayırdılar… M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / sığırçın

sığırçın sözünün rus dilinə tərcüməsi

  • 1 зоол. скворец

    Azərbaycanca-rusca lüğət / sığırçın
  • 2 I сущ. зоол. скворец (перелётная певчая птица отряда воробьиных, с темным оперением) II прил. скворцовый, разг. скворечий, скворчиный. Sığırçın lələyi скворцовые перья; sığırçın yuvası скворечник (небольшая будочка для скворцов)

    Azərbaycanca-rusca lüğət / sığırçın

sığırçın sözünün inglis dilinə tərcüməsi

sığırçın sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. зоол. чӀалус, джар-нуькӀ, чӀулав нуькӀ (хъуьтӀуьз чими чкайриз куьч жедай, кӀелдай са къуш); // чӀалусдин (мес. муг).

    Azərbaycanca-ləzgicə lüğəti / sığırçın

"sığırçın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sığırçın nədir? #sığırçın sözünün mənası #sığırçın nə deməkdir? #sığırçın sözünün izahı #sığırçın sözünün yazılışı #sığırçın necə yazılır? #sığırçın sözünün düzgün yazılışı #sığırçın leksik mənası #sığırçın sözünün sinonimi #sığırçın sözünün yaxın mənalı sözlər #sığırçın sözünün əks mənası #sığırçın sözünün etimologiyası #sığırçın sözünün orfoqrafiyası #sığırçın rusca #sığırçın inglisça #sığırçın fransızca #sığırçın sözünün istifadəsi #sözlük