səbir sözü azərbaycan dilində

səbir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səbir • 94.3580%
  • Səbir • 4.8638%
  • SƏBİR • 0.5837%
  • səbİr • 0.1946%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səbir
Səbir - xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. == İslamda səbir == İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Səbir (Lənkəran)
Səbir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Səbir kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Tarixi == “Səbir” sözünün mənası müqəddəs “Quranda” Allahın “birinci” adı deməkdir. Əvvəllər bağ olan bu kənddə sırf azərbaycanlılar yaşayan “səbir edən” qəbilə yaşamışdı. 1900-cu illərdən sonra kəndin məscidi və dəyirmanı fəaliyyətdə olub.Çünki kənd camaatı taxılçılıq, maldarlı, bostançılıq və əkinçiliklə məşğul olublar. 1932-ci ildə “Səbir” kəndində yaradılan kolxoza “Bolşevik kolxozu” adı verilmişdi. Kəndin özünün dəyirmanı,xirmanı, 500 hektardan çox taxıl-əkin sahəsi, barıt anbarı və indiyə qədər yerdən 1 m-yə qədər kürsüsü toxunulmaz qalan Məscidi olub-qalmaqdadır və ocaq-pir kimi qorunur. Lənkərançayın bir qolu məhz bu kənddən keçib Xəzər dənizinə axirdı.Ona görə də çəltikçilik və çay sahələri salinib. Bu illərdə Lənkəranda məhz “Səbir” kəndində şəkər qamışı və şəkər çuğunduru əkilib-istehsal olunurdu. Ona görə də bu kolxoza “Şəkər bağı” adı verilib ki, 2000-ci illərdə “Leninçi” qəzetində öz əksini tapıb.
Səbir (dəqiqləşdirmə)
Səbir Səbir (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd.
Səbir qalası
Dözüm qalası (nid. Fort Lijdzaamheid) — Qananın Apam qəsəbəsində yerləşən niderland qalasıdır. == Tarix == Qala ilk dəfə 1697-ci ildə, Hollandiya ilə müqavilə bağlamış və britaniyalılar ilə müqavilə bağlayan Fante və Aqona krallıqları arasında yerləşən Akron kralının xahişi ilə ticarət lojası olaraq inşa edilmişdir. Niderland Qərbi Hindistan şirkətinin rəhbərləri bu təkliflə yalnız minimum xərclərlə tikiləcəyi şərtilə razılaşdılar. Akron bundan məmnun deyildi və niderlandları tez-tez əgər istehkamları genişləndirməsələr qovulacaqları ilə hədələyirdi. Nəticədə binanı bitirmək üçün beş il gərək oldu və buna görə də tikiliyə Fort Lijdzaamheid ("səbir qalası") adını verdilər.Loja 1721-ci ilə qədər şimaldan Apam limanına, cənubdan dağlıq yarımadaya, şərq və qərbdən isə Qvineya körfəzi sahilinə komandanlıq görünüşü təqdim edən bir müdafiə istehkamına çevrildi. 1782-ci ilin əvvəlində kapitan Tomas Şirley 50 toplu Leander gəmisi və şlyup tipli Alliqator gəmisi ilə Hollandiyanın Qızıl sahilinə üz tutdu. Hollandiya bu dövrdə Britaniya ilə müharibədə idi və Şirley Səbir qlası da daxil olmaqla ərazidəki niderland qalalarını ələ keçirdi. == Quruluşu == Qalanın orijinal quruluşu kiçik iki mərtəbəli daş loja idi. Qala 1701-1721 illəri arasında Niderlandiya tərəfindən şimal-qərbdə və cənub-şərqdə bir yerləşən bir yarım-bazaya çevrildi.
Tək səbir (qəzet)
Tək səbir — ictimai-siyasi, satirik və yumorlu qəzet. == Tarixi == "Şirvan" xeyriyyə cəmiyyəti tərəfindən 1992-ci ildə təsis edilmişdir. Ayda iki dəfə nəşr olunur. "Molla Nəsrəddin" jurnalının bu günkü xələflərindən biridir. Naşiri və redaktoru İsgəndər Etibardır. == Mövzusu == Qəzetin ilk sayındakı proqram səciyyəli yazıda deyilir: "...bu günün ictimai-siyasi hadisələrini onların (C.Məmmədquluzadə, M.Ə.Sabir - red.) ruhuna sədaqətlə şərh etməyə, gülməlilərə gülməyə, ağlamalılara ağlamağa çalışacağıq". Qəzetin adı M.Ə.Sabirin ilk dəfə "Molla Nəsrəddin" jurnalında (1908, N3) imzasız çap olunmuş "Səbir", sonrakı nəşrlərə "Tək səbir" adı ilə daxil edilmiş şeirindən götürülmüşdür. == Həmçinin bax == Təzə həyat (qəzet) == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
Səbirə Sərdarova
Səbirə Sərdarova (tam adı: Səbirə Əbdüləli qızı Sərdarova) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, kimya üzrə elmlər doktoru. == Həyatı == Sabirə Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakultəsinə qəbul olunub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra “Üzvi kimya” kafedrası üzrə aspiranturaya daxil olub (1962-ci il). 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə.M. Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub. 1967-ci ildə “Tiotetralollar (sintezi, xassələri və tədqiqi)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə “Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Sabirə Sərdarova 1967-2010-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən bu günə kimi isə baş elmi işçi vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Baş elmi işçi Sabirə Sərdarova üzvi kimya sahəsində mütəxəssisdir.
Səbirə Əliyeva
Səbirə Əliyeva (25 sentyabr 1995, Bakı) — 2009–2021-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. Səbirə Əliyeva 2018-ci il Avropa Çempionatının bürünc medalına sahib olub. == Həyatı == Səbirə Əliyeva 1995-ci il sentyabrın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. 2009-cu ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Hicran Şərifovdur. == Karyerası == Səbirə Əliyevanın birinci beynəlxalq turniri 2013-cü ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turniri oldu. Səbirə Əliyeva həmin turniri beşinci pillədə başa vurdu. Daha sonra Belarusda baş tutan A. Medved beynəlxalq turnirinin bürünc medalına sahib olan Səbirə Əliyeva, martda Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurdu. İyulda gənclər arasında Avropa Çempionatının qalibi olan Səbirə Əliyeva avqustda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2014-cü ildə Səbirə Əliyeva əvvəlcə Paris şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalına sahib oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.25 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 12.99
2004 ••••••••••••••••••• 12.13
2005 ••••••••• 5.40
2006 ••••••• 4.05
2007 0.42
2008 ••••• 2.92
2009 ••••••• 4.16
2010 •••• 2.54
2011 ••••••• 3.95
2012 •••••• 3.36
2013 •••• 2.19
2014 ••• 1.72
2015 •••• 2.55
2016 ••••••••• 5.21
2017 0.49
2018 ••• 1.95
2019 •• 0.97
2020 •••••• 3.45

səbir sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Xoşagəlməz, acı, haqsızlıq kimi üzücü hallar qarşısında səsini çıxarmadan onların keçib-getməsinə dözmə, təhəmmül etmə. Bir dərd var ki, yerə-göyə sığışmayan, ürək yandıran, insanı vərəmləndirən, səbir və təskinlik bilməyən; məsələn, birinin əziz bir övladı əlindən gedə… C.Məmmədquluzadə. □ Səbir etmək (eləmək) – çətin iş, ağır vəziyyət və s. hallarda şikayətlənmədən dözmək, təhəmmül etmək. Bu söz-söhbətlərin, müamilə və rəftarın nə qədər Sürəyyaya acı təsiri olurdusa da, səbir eləyirdi. Çəmənzəminli. // Gələcək və olacaq bir şey üçün tələsməyib və təlaş göstərməyib gözləmə; hövsələ. □ Səbir etmək – dözmək, hövsələ etmək, tələsmədən gözləmək. Lakin səbrin də bir dərəcəsi vardır. M.S.Ordubadi. İskəndər səbir edib, yarım ilə qədər gözlədi. Canına qulluq eləyib əkinəbiçinə getdi. M.Hüseyn. Səbri kəsilmək (tükənmək) – artıq dözə bilməmək, təhəmmül edə bilməmək. Səbrim kəsilib, yar mənim canımı alsın; Ya şad eləsin vəsl ilə, didarə yetirsin. Heyran xanım. [Nofəl Zeydə:] Burax atların cilovunu, Zeyd, kəsdiyimiz çörəyə and içirəm ki, artıq mənim səbrim tükənmək üzrədir. Ə.Məmmədxanlı. Səbrini basmaq – bax səbir etmək. [Bədircahan:] Səbrini bas, ağa, hesabına bax! N.Vəzirov. [Rəşid:] Mən birtəhər səbrimi basıb, xörəkdən yeməyə başladım. İ.Hüseynov. 2. Səbirlə şəklində zərf – təmkinlə, ağırağır. Səbirlə nağıl etmək. – Səbirlə toplamışdır gücünü damla-damla; Danışıb öz diliylə hər kəslə, hər adamla. R.Rza. [Qoşqar Əmirliyə:] Düz bir ildir, mən bu aparatda işləyirəm, bir dəfə görməmişəm ki, mənimlə səbirlə, soyuqqanlı danışasınız. İ.Hüseynov. ◊ Səbir kasası daşmaq (dolmaq) – daha dözə bilməmək, təhəmmül edə bilməmək, hövsələdən çıxmaq, təmkinini itirmək. [Gövhər xanım:] Daha bəsdir! Səbir kasam dolub daşmış. S.S.Axundov. Molla Şirəlinin səbir kasası daşdı, onsuz da gərgin olan əsəbləri qırıldı. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / səbir
  • 2 is. Asqırma, asqırtı, asqırıq. ◊ Səbir gətirmək – asqırmaq. Tək səbir, cüt səbir – xalq arasında: guya bir dəfə asqırma nəhslik, uğursuzluq; cüt asqırma isə xeyir, uğur əlamətidir. Ta gəlirik biz də bir az anlayaq; Məhzəri-irfanda vurur tək səbir. M.Ə.Sabir.

    Azərbaycan dilinin izahlı lüğəti / səbir

səbir sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 təmkin — hövsələ — dözüm — qatlanma

    Azərbaycan dilinin sinonimlər lüğəti / səbir
  • 2 I SƏBİR, DÖZÜM, TƏHƏMMÜL Səbr gərəkdir! Əlbəttə Şamoda səbr, təhəmmül, dözüm var idi (S.Rəhimov); HÖVSƏLƏ [Nurəli:] Soltanağa, hövsələm yoxdur (C.Məmmədquluzadə); KİRDAR Anada o kirdar hanı, telefona gələ.. (Mir Cəlal); SƏBİR-ARAM Səbrim-aramım yox idi, çünki yoldaşları böyük təhlükə gözləyirdi (M.S.Ordubadi); SƏBİR-QƏRAR (köhn.) Ey sevdiyim, səndən cüda düşəli; Nə səbrüqərarım, nə taqətim var (Q.Zakir). II səbir bax asqırıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / səbir

səbir sözünün rus dilinə tərcüməsi

  • 1 терпение

    Azərbaycanca-rusca lüğət / səbir
  • 2 1 сущ. терпение: 1. способность стойко, безропотно переносить, сносить что-л. (боль, страдания, лишения, неприятности и т.п.). Böyük səbir большое терпение, səbrinə təəccüb etmək kimin удивляться терпению чьему 2. способность долго, настойчиво, упорно делать что-л. Ana səbri материнское терпение, müəllim səbri терпение учителя; səbri olmaq иметь терпение; səbir etmək, eləmək терпеть: 1. стойко и безропотно переносить что-л. 2. ждать кого-л., что-л. (без ропота, возражений); səbir et! терпи! ◊ səbri kəsilmək, tükənmək не выдержать, лопнуть терпению; səbrim tükəndi терпение у меня лопнуло; səbrini basmaq сдерживать себя; səbir kasası dolub переполнилась чаша терпения; səbirlə halva bişər, ey qora, səndən терпение и труд всё перетрут 2 сущ. чих (непроизвольный, резкий звук, вызванный раздражением носоглотки); səbir gətirmək чихать, чихнуть ◊ tək səbir один раз чих (по суеверным представлениям, будто предвещает несчастье, неудачу); cüt səbir два раза чих (будто предвещает счастье, удачу); səbir gəldi кто-то чихнул: 1. выражает подтверждение чьим-то высказанным только что словам 2. следует повременить, подождать с делом, к которому нужно было приступить

    Azərbaycanca-rusca lüğət / səbir

səbir sözünün inglis dilinə tərcüməsi

  • 1 i. patience; endurance; bir kəsin səbrini tükətmək to try smb.’s patience, to exasperate smb.; səbri tükənmək to lose* one’s patience; ~ kasası daşmaq to lose* one’s patience / temper, to fly* into a rage; ~ etmək to wait; to be* patient, to keep* one’s temper / patience; Mənim səbrim tükəndi My patience gave out, I had lost all my patience

    Azərbaycanca-ingiliscə lüğət / səbir

səbir sözünün fransız dilinə tərcüməsi

səbir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. сабур; эхун, эх(и); səbir etmək (eləmək) сабур авун, сабурун; сабур хуьн, эхун; səbri kəsilmək (tükənmək) сабур акьалтӀун, сабур ийиз тахьун, эхиз тахьун, сабурсуз хьун; səbrini basmaq кил. səbir etmək; 2. səbirlə нареч. сабурдалди, тади къачун тавуна, залан-залан; ** səbir kasası daşmaq (dolmaq) сабур акьалтӀун, сабур ийиз тахьун, эхиз тахьун, вичивай-вич (жувавай-жув) хуьз тахьун.

    Azərbaycanca-ləzgicə lüğəti / səbir
  • 2 сущ. тирш, илирз, сабур; səbir gətirmək сабур гъун, тирш ягъун, илирзун; tək səbir, cüt səbir тек сабур, жуьт сабур (халкьдин арада: гуя тек сабур нягьсвилин, кутуг тавунин, жуьт сабур хийирдин, кутугунин лишан я).

    Azərbaycanca-ləzgicə lüğəti / səbir

səbir sözünün türk dilinə tərcüməsi

səbir sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) tələsməmə, təmkinli olma; 2) asqırma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Lənkəran) tamam, xalis. – Ət səbir yağdu

Azərbaycan dilinin dialektoloji lüğəti.

"səbir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səbir nədir? #səbir sözünün mənası #səbir nə deməkdir? #səbir sözünün izahı #səbir sözünün yazılışı #səbir necə yazılır? #səbir sözünün düzgün yazılışı #səbir leksik mənası #səbir sözünün sinonimi #səbir sözünün yaxın mənalı sözlər #səbir sözünün əks mənası #səbir sözünün etimologiyası #səbir sözünün orfoqrafiyası #səbir rusca #səbir inglisça #səbir fransızca #səbir sözünün istifadəsi #sözlük