Səfiəddin sözü azərbaycan dilində

Səfiəddin

Yazılış

  • Səfiəddin • 96.1039%
  • SƏFİƏDDİN • 2.5974%
  • səfiəddin • 1.2987%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səfiəddin Urməvi
Səfiəddin Urməvi (təq. 1216[…], Urmiya – 1294, Bağdad) – Mənşəcə Güney Azərbaycandan olan, Şərq aləmində istedadlı musiqiçi və mahir xəttat kimi böyük şöhrət qazanmış alim. == Həyatı == Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur. İbtidai təhsilini öz vətənində almış, musiqi savadının əlifbasını və udda çalmağı da burada öyrənmişdir. Sonradan Ərəb Xilafətinin paytaxtına, bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dəvrünün ən yaxşı universitetlərindən sayılan "Müstənsəriyyə"də təhsilini davam etdirmişdir. O, burada fəlsəfənin, məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin əsasları ilə tanış olur. Musiqi sənətini öyrənməkdə davam edən Səfiəddin xəttatlıqda da böyük uğur qazanır. Təsadüfi deyil ki, əvvəlcə o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət tapır və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət olunur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttat təyin olunur. Kitabların üzünü köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi təhsilini davam etdirməkdən yayındırmır, əksinə zəngin kitab xəzinəsində o, öz biliyini artırır, eləcə də saraydakı qəbullar zamanı ud çalması ilə hamının rəğbətini qazanır.
Şeyx Səfiəddin
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, اردبیل – 12 sentyabr 1334, اردبیل) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. == Həyatı == Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.
Şeyx Səfiəddin türbəsi
Şeyx Səfi kompleksi (fars. آرامگاه شیخ صفی‌الدین اردبیلی‎) — İranın Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksi. Kompleks Səfəviyyə Sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş kompleks ətrafında formalaşmışdır. Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq etmişlər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilmişdir. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxana ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilmişdir. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (həmin məzarların bir çoxu Pəhləvilərin hakimiyyəti zamanında dağıdılmışdır) dəfn edilmişdir. Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı vardır.
Şeyx Səfiəddin Ərdəbili
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, اردبیل – 12 sentyabr 1334, اردبیل) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. == Həyatı == Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.25 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 •••• 0.67
2005 •••••••••••••••••••• 3.37
2006 •••••• 0.90
2007 •••• 0.63
2010 •• 0.27
2012 ••••• 0.69
2013 0.15
2014 •• 0.17

səfiəddin sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

dinin təmizliyi, saflığı; dininə sədaqətli adam.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

dinin safı, dinin təmizi; dinin seçilmişi.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#səfiəddin nədir? #səfiəddin sözünün mənası #səfiəddin nə deməkdir? #səfiəddin sözünün izahı #səfiəddin sözünün yazılışı #səfiəddin necə yazılır? #səfiəddin sözünün düzgün yazılışı #səfiəddin leksik mənası #səfiəddin sözünün sinonimi #səfiəddin sözünün yaxın mənalı sözlər #səfiəddin sözünün əks mənası #səfiəddin sözünün etimologiyası #səfiəddin sözünün orfoqrafiyası #səfiəddin rusca #səfiəddin inglisça #səfiəddin fransızca #səfiəddin sözünün istifadəsi #sözlük