səfəra sözü azərbaycan dilində

səfəra

Yazılış

  • səfəra • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Səfəralı hamamı
Hacı Səfəralı hamamı — Novxanı kəndində yerləşən Hacı Səfəralı hamamının tikintisi 1907-ci ildə başa çatıb. Ərazisinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin planlaşdırılmasında bir çox mane yaradıb. Buna baxmayaraq, hamamın yerini təyin etdikdə islamın bütün qayda-qanunları ciddi şəkildə qorunub saxlanılıb. Hamamın içini planlaşdırmaq xüsusilə çətinlik yaradıb. Bununla belə, vacib tələb olunan qaydalara uyğun, ənənəyə sadiq layihələşdirilib və tikilib. Burada geniş giriş zalı və tualet, əhalinin sayına uyğun soyunub-geyinmə bölməsi nəzərdə tutulub. Soyunub-geyinmə otağı ilə çimmə zalının arasındakı kamera istiliyi rejimdə saxlamağa xidmət edir. Kvadrat şəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissəylə əlaqəli idi. Suqızdırma otağı başqa hamamlardakindan fərqli olaraq genişliyi ilə seçilir. Hamamı su ilə təchiz edən quyu da burada yerləşdirilib.
Hacı Səfəralı məscidi
"Hacı Səfəralı" məscidi — Azərbaycanın Abşeron rayonunun Novxanı qəsəbəsində məscid. == Tarixi == Məscid 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən inşa edilmişdir. Məscid ilk vaxtlar kiçik bir təkyədən ibarət olmuşdur. 1904-cü ildə kənd sakini Hacı Səfəralı buranı genişləndirərək böyük bir məscid tikdirmişdir. Məscidə qərb tərəfdən birbərtəbəli mədrəsə bitişikdir. İbadətgahlara qarşı mübarizə Səfəralı məscidindən də yan keçməmiş, XX əsrin 30-cu illərində məscid bağlanmışdır. Repressiyalara baxmayaraq, novxanılılar məscidin tam məhv edilməsinə icazə verməmiş, məscidin taxıl anbarına çevrilməsinə nail olmuşdurlar. 60 illik fasilədən sonra – 1988-ci ildə məscid kənd dindarları tərəfindən bərpa edilib istifadəyə verilmişdir. Müstəqillik illərində məscid Abşeronun memarlıq ənənələrinə uyğun təmir edilmiş, əlavə olaraq iki minarə tikilmişdir. Məscidin ərazisi abadlaşdırılmış, dindarlara lazım olan bütün texniki məsələlər yüksək səviyyədə həll olunmuş, yenidənqurma işləri 2007-ci ildə başa çatdırılmışdır.
Qaçaq Səfəralı
Qədirli Səfəralı Nəcəfqulu oğlu (Qaçaq Səfəralı) — qaçaq, xalq qəhrəmanı. == Həyatı == Qaçaq Səfəralı 1867-ci ildə Cəbrayıl qəzasının Yağlıvənd kəndində anadan olmuşdur. Rus istilasına qarşı uzun illər mübarizə aparmış, 1891-ci ildə Sibirə sürgün edilmişdir. On ilə yaxın bir müddətdən sonra Sibirdən qaçmağı bacarmışdır. Həbsxanadan qaçdıqdan sonra mübarizəsini davam etdirmiş, ömrünün son günlərini İranda keçirmişdir. == Mənbə == Tağı Kərimlinin "Yağlıvəndin repressiya qurbanları" kitabı.
Səfərabad məhəlləsi
Səfərabad məhəlləsi — Gəncənin nisbətən cavan məhəllələrindən biri. Məhəllə, Qəmbər Hüseyinli, Leytenant Şmidt, Ağa Mirzə Həmidov, Nizami küçəsinin Atatürk prospekti ilə Qızıl Əskər küçəsi olan hissəni əhatə edirdi. Səfərabad məhəlləsi qərbdən Toyuqçular məhəlləsi, şimal qərbdən Zeynal bəy və Həsən bəy Ağa Həsən oğlanlarının bağ yerləri Haxlı məhəlləsi şimaldan Tatabad məhəlləsi şərqdən Sofulu məhəlləsi cənubdan Qala düzü ilə əhatələnib. == Haqqında == Səfərabad - Səfər tərəfindən əsası qoyulmuş kənd, yaşayış yeri deməkdir. Məhəllənin adı buzxanaçı Səfər adlı bir şəxsin şərəfinə qoyulub. Onun bu ərazidə böyük bağları var imiş. Səfərabad məhəlləsində 1804-cü ilin mayında 23 ev 73 nəfər (38 kişi + 35 qadın) adam yaşayırdı. 1916-cı ildə isə bu rəqəm müvafiq olaraq 45 və 160 idi. Burada keçmiş məhəllə qəbiristanlığında yerləşən Hacı Seyyid Bağır ağa Müctəhidzadənin qəbir abidəsi və Səfərabad məscidi də yerləşir. Nəsib bəy, Həmid bəy Yusifbəylilər, Çingiz Cuvarlı kimi şəxsiyyətlər Səfərabad məhəlləsində yaşayıblar.
Səfərabad məscidi
Səfərabad məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən tarixi məscid. Məscid Səfərabad məhəlləsində yerləşir. == Tarixi == Gəncə şəhərində yerləşən Səfərabad məscidi XX əsrin əvvəllərində günbəzsiz formada tikilib. Məscidin SSRİ dövründə fəaliyyətini dayandırılıb. Müstəqillikdən sonra isə 2006 cı ildən binada sağlamlıq mərkəzi yerləşir.
Səfərabad qəbiristanlığı
Səfərabad qəbiristanlığı — Gəncədəki Səfərabad məhəlləsinin qəbiristanlığı idi. Hazırda həmin ərazidə qəbiristanlığın yeganə yadigarı olan Hacı Seyyid Bağır ağa Müctəhidzadənin qəbir abidəsi yerləşir. Sovet hakimiyyəti illərində Səfərabad qəbiristanlığı yerlə-yeksan edilmişdir.
Səfərad yəhudiləri
İbri dilində "Sfarat", İspaniya mənasına gəlməkdədir. İspaniya xaricində Portuqaliya, İtaliya, Şimali Afrika, İstanbul, Anadolu, Egey Adaları və Bizans İmperiyası ndan qalan Yəhudilər in də hamısı bu adla xatırlanar. 16. əsrdə bütün bu qruplar, Judeo-Espegnol və ya "Ladino" deyilən və İspaniyanın Kastilya ləhcəsinə əlavə edilmiş; Türkcə, İbranice hətta Yunancadan gələn sözlər və deyimlər olan dil danışırdılar. Bu dil bu günlərdə unudulmağa başlanmışdır. 1492də İspaniyadan atılan Yəhudilər, İspaniya mənşəli olduqları üçün özlərinə "Sefarad" adını qoymuşlar.
Səfəralı Məmmədov
Səfəralı Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır. 1983-cü ildə ordudan tərxis edilir. Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur. 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür. Subay idi. == Döyüşlərdə iştirakı == Səfəralı Məmmədov Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi.

"səfəra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səfəra nədir? #səfəra sözünün mənası #səfəra nə deməkdir? #səfəra sözünün izahı #səfəra sözünün yazılışı #səfəra necə yazılır? #səfəra sözünün düzgün yazılışı #səfəra leksik mənası #səfəra sözünün sinonimi #səfəra sözünün yaxın mənalı sözlər #səfəra sözünün əks mənası #səfəra sözünün etimologiyası #səfəra sözünün orfoqrafiyası #səfəra rusca #səfəra inglisça #səfəra fransızca #səfəra sözünün istifadəsi #sözlük