Səfəvilərin sözü azərbaycan dilində

Səfəvilərin

Yazılış

  • Səfəvilərin • 97.0339%
  • səfəvilərin • 2.1186%
  • SƏFƏVİLƏRİN • 0.8475%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səfəvilərin sikkələri
Səfəvilərin sikkələri - Səfəvilər dövründə istehsal edilmiş və dövriyyədə olmuş gümüş pullar. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan və ekspozisiyasında nümayiş olunan Səfəvilər dövrünə (907-1169 = 1502 - 1755) aid gümüş (şahi, abbası, muhəmmədi, larin) və mis sikkələr (qazıbəyi) - uyğun dövrün Azərbaycan zərbxanaları (Təbriz, İsfahan, Şamaxı, Dərbənd, Naxçıvan,Ərəş, Zəyəm, Marağa, Ərdəbil, Şabran, İrəvan, Ordubad, Tiflis, Gəncə və s.) və pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edən faktiki tapıntılardır. Səfəvi sikkələrinə hicri-qəməri təqvimə müvafiq zərb ili (rəqəmlərlə),zərbxana, Səfəvi hökmdarlarının şərəfli titulları və müxtəlif dini ifadələr (İslam inancı ifadələri, 12 imam adları, dini şeirlər və s.) həkk edilmişdir.2014-cü ildə rus dilində nəşr edilmiş yeddi fəsildən ibarət “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi” əsərində (elmi redaktor: akademik Nailə Vəlixanlı; rəyçilər: AMEA-nın müxbir üzvü, professor İlyas Babayev, t.ü.e.d.,professor Şahin Fərzəliyev, mətnin texniki yığımı və tərtibatı: “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin əməkdaşları - t.ü.f.d. Aygün Məmmədova, böyük laborant Gülnar İsmayılova. Bakı: Ziya NPM, 232 s.) əsərində muzeyin fond materialarrına istinadən XVI – XVIII əsrin əvvəllərində Səfəvilər dövlətində pul təsərrüfatı, Azərbaycan Respublikası ərazisində aşkarlanan Səfəvi sikkələrinin topoqrafiyası, qızıl, gümüş, mis sikkələrin metroloji, tipoloji xüsusiyyətləri, zərb texnikası və d. məsələlər araşdırılmış, xarici ticarət əlaqələri nəticəsində Səfəvilər dövlətinə daxil olan Avropa sikkələri (Venesiya və d. qızıl dukatları,Burqundiya, Prussiya, Saksoniya, Avstriya, Moraviya, Tirol və Polşa gümüş talerləri)haqqında məlumat verilmişdir. Şəkil 1. Səfəvilər. I İsmayıl (907 – 930 = 1502 - 1524), Təbriz, 907 = 1502, gümüş şahi, 9,1 q Şəkil 2.
Səfəvilərin vəzirləri
Səfəvilərin vəzirlərinin siyahısı — I İsmayıldan III Abbasa qədər Səfəvilərin vəzirlərinin siyahısı. Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Roger Savory. Iran under the Safavids. Cambridge: Cambridge University Press, 1980, X+277 p. ISBN 0521224837 Roemer, H.R. The Safavid period // The Cambridge History of Iran, Volume 5: The Timurid and Safavid periods.
Səfəvilərin topçubaşılarının siyahısı
Səfəvilərin topçubaşılarının siyahısı — Səfəvi imperiyasının artilleriya korpusuna rəhbərlik edən komandanların siyahısı. Topçubaşı artilleriya batareyasına (topxana) nəzarət edirdi və onun səlahiyyətində olan məsələlərə artilleriya bölmələrini lazimi hissələrlə təmin etmək də var idi. Topçubaşına yardım edən və ona tabe olan aşağı rütbəli qərərgah da var idi. Topçubaşı terminindən bəzən imperiyanın müxtəlif vilayət və şəhərlərindəki lokal artilleriya bölmələrinin komandanları üçün də istifadə edilmişdir. Həmzə bəy (1507) Mahmud bəy (1516) Ustad Şeyxi bəy (1528-1529) Şeyx Əli (1538-1529) Dərviş bəy (1551-1552) Süleyman bəy (1556-1557) Murad xan (1580-1581) Qeyçiqarı xan (1605-1606) Bərxudar bəy (1610) Murtəzaqulu bəy (1637-1638) Murad bəy (1642) Murad bəy (1642) Məhəmməd bəy (1649 Hüseynqulu xan Qələndər Soltan Çulə Çağatay (1660-1661) Nəcəfqulu bəy (1669-1679) Məhəmməd Hüseyn bəy (1679-?) Musa bəy (1692) Əbdülrəzzaq bəy (1693-1695) Əbdülrəzzaq bəy (1693-1695) Əbdi Ağa (1697-1695) Əliqulu xan (1711-1714) Mohebbəli xan (1716-1721) Əhməd xan (1721) Məhəmmədəli xan (1722) Onun oğlu (adı məlum deyil, 1722) {{efn|Məhəmmədəli xanın 1722-ci ilin iyununda vəzifəsindən kənarlaşdırılmasından sonra onun əvəzinə bu vəzifəyə 7 yaşlı oğlu təyin edilmişdir.
Səfəvilərin vəzirlərinin siyahısı
Səfəvilərin vəzirlərinin siyahısı — I İsmayıldan III Abbasa qədər Səfəvilərin vəzirlərinin siyahısı. Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Roger Savory. Iran under the Safavids. Cambridge: Cambridge University Press, 1980, X+277 p. ISBN 0521224837 Roemer, H.R. The Safavid period // The Cambridge History of Iran, Volume 5: The Timurid and Safavid periods.
Səfəvilərin əhalini şiələşdirməsi
Səfəvilərin əhalini şiələşdirməsi — Səfəvi imperiyasının əhalisini (bəzən güc tətbiq etməklə) şiələşdirmə siyasəti. XVI əsrdən başlamış və XVIII əsrə qədər davam etmiş, proses nəticəsində Orta Şərqin müəyyən bir hissəsində şiəliyin dominant olduğu bölgələr meydana çıxmışdır. Prosesə Səfəvi imperiyasının sünni qonşuları, xüsusən Osmanlı ilə olan düşmənçilik münasibətləri təsir etmişdir. Bu prosesin sonu On iki imam şiəliyinin digər şiə cərəyanları olan Zeydilik və İsmaililik üzərində hegomonluğu ilə nəticələndi. Bu iki şiə cərəyanı buna qədər müəyyən dövrlərdə şiə dünyası daxilində hakim olmuşdular. 1501-ci ildə Səfəvi imperiyasının yaradılması ilə On İki imam şiəliyi imperiyanın rəsmi məzhəbi elan edildi və bu məqam İslam tarixində dönüm nöqtələrindən biri hesab edilir. Bu prosesin birbaşa nəticəsi kimi müasir İran və Azərbaycan (həm şimali, həm də cənubi Azərbaycan) şiəliyə keçid etdilər və bu hələ də belə qalmaqdadır. Bu ölkələr hələ də böyük şiə əhalisinə malikdirlər və dünyada əhalisinin şiəliyi nisbətinə görə birinci İran, ikinci isə Azərbaycan gəlməkdədir. Ərəblərin işğallarından və islamlaşdırma proseslərindən sonra Səfəvi imperiyasının yarandığı bölgənin sakinləri əsasən sünni məzhəbinin Şafi və Hənəfi qollarına mənsub idilər. Səfəvi sülaləsinin özü də əvvəllər Şafi sünni olmuşdular.
Səfəvilərin Gürcüstan hakimlərinin siyahısı
Səfəvilərin Gürcüstan hakimlərinin siyahısı — Səfəvi imperiyasına tabe olan Gürcüstan torpaqlarını idarə edən Səfəvi canişinlərinin, hakimlərinin vassal xanlarının siyahısı. Bu siyahıda Səfəvi Gürcüstanının fərdi hakimləri göstərilmişdir. Bu əyalət iki şərqi Gürcüstan çarlığına bölünürdü — Kartli və Kaxetiya çarlığı. Bura həmçinin, Samtsxe knyazlığının da bir hissəsi daxil idi. Tiflis Səfəvi hakimiyyətinin mərkəzi idi. Bura həmçinin Kartlinin paytaxtı və Səfəvi zərbxanasının yerləşdiyi şəhər idi. Bölgədəki Səfəvi hakimiyyəti gürcü Baqrationi sülaləsindən hakimlərin təyin edilməsi vasitəsiylə həyata keçirilirdi. Bu hakimlər bəzən islamın şiə məzhəbinə keçirilirdi. Tiflisdə I Şah İsmayılın hakimiyyətinin əvvəlindən Səfəvi qarnizonu cəmləşdirilmişdi. Davud xan (XI David) Səfəvi tərəfindən təyin edilən ilk Səfəvi hökmdarıdır.
Səfəvilərin Təbriz bəylərbəyilərinin siyahısı
Təbriz bəylərbəyilərinin siyahısı ― Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Təbriz bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı. "Təbriz bəylərbəyliyi" adlanan inzibati vahid XVI əsrin əvvəllərində formalaşdırılmışdır. Geosiyasi cəhətdən olduqca strateji əhəmiyyətə malik region qərbdən Osmanlı impersiyası, şimaldan Çuxursəəd, Qarabağ və Şirvan bəylərbəylikləri ilə, cənubdan və şərqdən isə bir sıra İran əyalətləri ilə həmsərhəd idi. Bununla yanaşı, iqtisadi həyatın canlı, ictimai proseslərin də olduqca dinamik olduğu Təbriz bəylərbəyliyi Səfəvi dövlətinin mərkəzi idarəetmə strukturunun daim diqqət mərkəzində olmuşdur. Yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur.
Səfəvilərin Avropa səfarəti (1599–1602)
Səfəvilərin Avropa səfarəti (1599–1602) — Şah I Abbas tərəfindən Osmanlı imperiyasına qarşı Avropadakı bəzi qüvvələr ilə müttəfiq olmaq üçün göndərilmiş diplomatik heyət. Demək olar ki, yarandıqları ilk dönəmdən etibarən Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi. Müharibə fasilələrlə bir əsrə yaxın idi ki, davam etməkdə idi. Sonuncu dəfə 1590-cı ildə imzalanmış İstanbul müqaviləsi Səfəvilər üçün ağır şərtlərlə imzalanmışdı və I Abbas itirdiyi torpaqları geri qaytarmaq barədə planlar qurmaqda idi. Heyətin qarşısında qoyulmuş ən böyük məqsəd Osmanlıya qarşı Səfəvi imperiyası ilə ittifaq bağlayacaq, onunla eyni zamanda Osmanlı imperiyasına müharibə elan edəcək qüvvələr tapmaq idi. Səfarət heyəti bir səfirdən və onun 4 katibindən ibarət idi. Heyətin səfiri Hüseynəli bəy Bayat, onun birinci katibi Oruc bəy, onun oğlu Sultanəli bəy, Hüseyn Əli bəyin qardaşı oğlu Əliqulu bəy və başqa iki nəfərdən ibarət idi. Heyətə ingilis macərapərəst Ser Antoni Şirli idi. O, 1599-cu ilin mayında 25 nəfər başqa ingilislə birlikdə Venesiyadan gəlmiş və Şah I Abbasın sevimlisi olmuşdu. Buna qədər də, İngiltərə ilə Səfəvilər arasında bir neçə əlaqə olmuşdu.
Səfəvilərin Avropa səfarəti (1609–1615)
Səfəvilərin Avropa səfarəti (1609–1615) — Səfəvi şahı Şah I Abbas tərəfindən 1609-cu ildə Avropaya göndərilmiş elçilik nəzərdə tutulur. Diplomatik nümayəndə heyətinin göndərilməsində məqsəd Osmanlı imperiyasına qarşı Avropa dövlətlərinin dəstəyini qazanmaq idi. Heyətə ingilis olan Robert Şirli rəhbərlik etmişdir. Səfəvi imperiyası artıq bir əsrə yaxın idi ki, Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi, beləliklə onlar Osmanlı imperiyasına qarşı Avropanın dəstəyini qazanmaq üçün cəhd etmək qərarına gəldilər. Ərazi üzərində düşmənlikdən əlavə olaraq, Osmanlı ilə Səfəvi imperiyaları arasında dini zəmində olan düşmənçilik də mövcud idi. Beləki, Səfəvi imperiyası şiəliyin müdafiəçiləri kimi çıxış edirdilərsə, Osmanlı imperiyası da sünniliyin müdafiəçiləri kimi çıxış edirdilər. Səfəvilər xüsusilə Katolik Avropanın (Habsburqlar, İtaliya və İspaniya) dəstəyini qazanmaqla, Fransa-Osmanlı yaxınlaşmasını balanslamaq niyyətində idilər. Bu zaman Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idilər. Bu müharibə 1603–1618-ci illərdə davam etmişdir. Bu səfarət heyəti Səfəvilərin 1599–1602 Avropa səfarətinin ardı mahiyyətindədir.
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi — 1614-cü ildə Qızılbaş ordusunun İmamqulu xanın komandanlığı altında müasir Bəndər-Abbas bölgəsində yerləşən Kambarao (və ya Gembrun) qalasını ələ keçirməsi nəzərdə tutulur. Qala Portuqaliyaya məxsus idi. 1507-ci ildə portuqaliyalı Afonsu d' Albukerki Hörmüz adasına hücum edərək oranı ələ keçirdi. Bu adanın ələ keçirilməsi ilə Hindistan ilə Avropa arasında körfəz üzərindən gedən ticarətə nəzarət etmə imkanı Portuqaliyanın əlinə keçdi. I Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyası Hörmüzü ələ keçirmək barədə düşünürdü. Onun əsas məqsədi ümumiyyətli portuqaliyalıları buralardan vurub çıxarmaq idi. Osmanlı əleyhinə Portuqaliya və İspaniya əleyhinə ittifaq qurmaq üçün çalışdığına görə Abbas bu hücumu ertələmişdi, ittifaq alınmadıqdan və qızılbaşlar tək başına Osmanlı ordusunu darmadağın etdikdən sonra Portuqaliya əleyhinə hərbi əməliyyat reallıq oldu. 1614-cü ildən etibarən isə Abbas bütün qəzəbini İran körfəzindəki portuqaliyalılara və ispaniyalılara qarşı yönləndirdi. 1613-cü ildə Fars körfəzindəki kiçik limanlardan birindən olan bir neçə ərəb taciri Hörmüz adasının portuqaliyalı qubernatoru Luis da Qama tərəfindən pis rəftar edildi. Bu tacirlər Hörmüzün bir məhəlləsində kartazsız ələ keçirildilər.

Oxşar sözlər

#səfəvilərin nədir? #səfəvilərin sözünün mənası #səfəvilərin nə deməkdir? #səfəvilərin sözünün izahı #səfəvilərin sözünün yazılışı #səfəvilərin necə yazılır? #səfəvilərin sözünün düzgün yazılışı #səfəvilərin leksik mənası #səfəvilərin sözünün sinonimi #səfəvilərin sözünün yaxın mənalı sözlər #səfəvilərin sözünün əks mənası #səfəvilərin sözünün etimologiyası #səfəvilərin sözünün orfoqrafiyası #səfəvilərin rusca #səfəvilərin inglisça #səfəvilərin fransızca #səfəvilərin sözünün istifadəsi #sözlük