səhmdarlar sözü azərbaycan dilində

səhmdarlar

Yazılış

  • səhmdarlar • 86.2876%
  • Səhmdarlar • 13.3779%
  • SƏHMDARLAR • 0.3344%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səhmdarlar müqaviləsi
Səhmdarlar müqaviləsi — səhmdarlar arasında bağlanmış və müəyyən edilmiş hüquqları tənzimləyən müqavilə növüdür. Bu müqavilənin tərəfləri yalnız səhmdarlar ola bilər və bu növ müqavilənin səhmdar cəmiyyət və səhmdar arasında bağlanması mümkün deyil. Belə müqavilələr istər anqlo-sakson, istərsə də kontinental hüquq sistemlərinə mənsub ölkələrdə mövcuddur. Onlar bir tərəfdən iştirakçıların (səhmdarların) qanunla nəzərdə tutulmuş hüquq və öhdəliklərini daha dolğun və birmənalı şəkildə təsbit etmək, digər tərəfdən isə cəmiyyətin fəaliyyəti ilə bağlı mövcud iştirakçılar, habelə onlarla potensial investorlar arasında yaranan spesifik əlaqələri tənzimləmək məqsədini daşıyırlar. Səhmdarlar müqaviləsi səhmdar cəmiyyətinin standart təsis sənədlərindən (təsis müqaviləsi, nizamnamə) fərqli olaraq, konfidensial xarakter daşıyır və yalnız həmin müqavilənin tərəfləri üçün hüquq və öhdəliklər yaradır. Beləliklə, səhmdarlar müqaviləsi istər cəmiyyətin bütün mövcud iştirakçıları, istərsə də cəmiyyətin müəyyən iştirakçılar qrupu (məsələn, yalnız majoritar və ya bir neçə minoritar səhmdarlar) arasında bağlana bilər. Bu növ müqavilələrdə tərəf kimi mövcud səhmdarlarla yanaşı cəmiyyətin kapitalında pay əldə etmək niyyətində olan üçüncü şəxslər də çıxış edə bilərlər. Məhz bu hallar təcrübədə daha geniş yayılmışdır. Belə ki, cəmiyyətə səhmdar qismində yeni investor cəlb olunduqda, onun hüquq və mənafelərinin təmin olunmasına rəsmi surətdə zəmin yaratmaq üçün onunla cəmiyyətin mövcud səhmdarları arasında iştirak payının əldə edilməsindən əvvəl səhmdarlar müqaviləsi imzalanır. Həmin müqavilədə yeni investorun cəmiyyətin müşahidə şurasında təmsil olunmaq hüququ, cəmiyyətdə iştirak müddəti, iştirakına xitam verilməsi (çıxış strategiyası), iştirakçı olduğu müddət ərzində cəmiyyətə rəqabət təşkil edən digər şirkətlər ilə hər hansı münasibət qurmaqdan çəkinmək öhdəliyi və bu kimi digər şərtlər öz əksini tapa bilər.

"səhmdarlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səhmdarlar nədir? #səhmdarlar sözünün mənası #səhmdarlar nə deməkdir? #səhmdarlar sözünün izahı #səhmdarlar sözünün yazılışı #səhmdarlar necə yazılır? #səhmdarlar sözünün düzgün yazılışı #səhmdarlar leksik mənası #səhmdarlar sözünün sinonimi #səhmdarlar sözünün yaxın mənalı sözlər #səhmdarlar sözünün əks mənası #səhmdarlar sözünün etimologiyası #səhmdarlar sözünün orfoqrafiyası #səhmdarlar rusca #səhmdarlar inglisça #səhmdarlar fransızca #səhmdarlar sözünün istifadəsi #sözlük