Səlimin sözü azərbaycan dilində

Səlimin

Yazılış

  • Səlimin • 98.2759%
  • səlimin • 1.7241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beyhan Sultan (I Səlimin qızı)
Beyhan Sultan (d. 1497 - ö. 1559) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı. == Həyatı == Beyhan Sultan 1497-ci ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. Uşaqlıq illəri ailəsiylə birlikdə Trabzonda keçən Beyhan Sultan 1509-cu ildə anası və digər azyaşlı bacılarıyla birlikdə, Kəfə sancaqbəyi təyin edilən qardaşı Şahzadə Süleymanın yanına - Krıma yollandı. Atasının taxta çıxmasının ardından İstanbula çağırıldılar və 1513-cü ilin aprelində atası digər bütün rəqiblərini aradan qaldıraraq İstanbula qayıtdı. Gəldikdən dərhal sonra Şahzadə Süleyman Manisa sancaqbəyliyi ilə paytaxtdan göndərildi. Beyhan Sultan isə atasının istəyilə yeniçəri ağası Fərhad ağayla nigahlanaraq İstanbulda qaldı. Toy mərasiminin ardından Fərhad Paşa 1516-cı ildə Rumeli bəylərbəyi təyin edildi və bu ünvanla Yavuz Sultan Səlimin bir çox səfərlərinə qatıldı.
Fatma Sultan (II Səlimin qızı)
Fatma Sultan (d. 1548, Manisa - ö. sentyabr 1580, İstanbul) (Osmanlı türkcəsi: فاطمة سلطان) - II. Səlimin və Nurbanu Sultandan doğulan qızıdır. Manisada atası II. Səlimin şahzadəliyi dönəmində dünyaya gəlmişdir. 1574-cü ildə Osmanlı Sədrəzəmi Kanijalı Siyavuş Paşa ilə evlənmişdir. 1580-ci ildə bir qız uşağı dünyaya gətirmiş, ancaq çox keçmədən əvvəlcə qız uşağı, daha sonra isə Fatma Sultan özü vəfat etmişdir. Məzarı atası Sultan Səlimin türbəsindədir. == Övladları == Sultanzadə Sinan bəy (d. 1575 - ö. 1599) Sultanzadə Mustafa Paşa (ö.
Fatma Sultan (I Səlimin qızı)
Fatma Sultan (d. 1499 - ö. 1573) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı. == Həyatı == Fatma Sultan 1499-cu ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. 10 yaşınadək ailəsiylə birlikdə Trabzon sarayında qalan Fatma Sultan, daha sonra qardaşının təyin olunduğu Kəfə və Manisa sancaqbəyliyində anası və digər azyaşlı bacılarıyla birlikdə yaşamağa başladı. Bu əsnada atası Şahzadə Səlim qardaşlarıyla olan mübarizədə qalib gələrək taxtı ələ keçirmişdi. Fatma Sultan 1516-cı ildə atasının istəyilə keçmiş Bosniya bəylərbəyi İsgəndər Paşanın oğlu Antakya sancaqbəyi Mustafa Paşa ilə nigahlandı. Cütlüyün bu nigahdan Sultanzadə Osmanşah bəy adlı oğlu olduğu bilinir. Ancaq cütlüyün evliliyi xoşbəxt deyildi.
Gövhərxan Sultan (II Səlimin qızı)
Gövhərxan Sultan (d. 1544, Bursa - ö. 1622, İstanbul) — 11. Osmanlı sultanı II Səlimin qızı. == Həyatı == Gövhərxan Sultan 1544-cü ildə Bursada dünyaya gəlmişdir. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Əsməhan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nigahlandı. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəldi: Sultanzadə Mustafa bəy (ö.
Xədicə Sultan (I Səlimin qızı)
Xədicə Sultan (d. 1495 — ö. 1538) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı. == Həyatı == Xədicə Sultan 1495-ci ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. Uşaqlıq illəri ailəsiylə birlikdə Trabzonda keçən Xədicə Sultan atasının istəyilə 1509-cu ildə Əyriboz sancaqbəyi İsgəndər Paşayla nikahlandı. Ancaq Amasiyadakı yeniçəri ayaqlanmasında rolu olduğunu düşündüyü İsgəndər Paşanı 18 avqust 1516-cı ildə edam etdirdi. Beləcə, Xədicə Sultan hələ 21 yaşında ikən dul qaldı. İlk evliliyindən Mehmed, Süleyman, Əli, Qara Osmanşah və Nəfisə xanım Sultan adlı 5 övladı dünyaya gəlsə də, bunlardan yalnız osmanşah bəy haqqında məlumat var. Belə ki, dayısı Sultan Süleymanın taxta çıxmasının ardından Moreya, İnəbaxdı və Tesseliya sancaqbəylikləri ona verilmiş və ölümünədək bu bölgələrini idarə etmişdir.
Şah Sultan (II Səlimin qızı)
Şahıhuban Sultan və ya Şah Sultan (d. 1544 - ö. sentyabr 1580) — Osmanlı sultanı II Səlimin qızı. == Həyatı == Şah Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Əsməhan və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nigahlandı. Mərasimin ardından bacıları kimi İstanbulda qalan Şah Sultana İbrahim Paşa sarayı təsis edildi.1566-cı ildə babasının vəfatıyla atası və digər ailə üzvləri İstanbula gəldi. Bu tarixdən etibarən anası Nurbanu Sultan və bacılarıyla birlikdə Osmanlı hərəminin güclü simalarından birinə çevrildi.
Şah Sultan (I Səlimin qızı)
Şah Sultan və ya Şahı-Huban (1507, Manisa – 1572, Konstantinopol) — I Səlim və Ayşə Hafsa Sultan qızı, Qanuni Sultan Süleymanın bacısıdır. Uşaqlığını böyük qardaşı Süleyman ilə birlikdə Manisada keçirmişdir. == Həyatı == Şah Sultan sonradan 1539-cu ildə sədrəzəmlik vəzifəsinə gələn Lütfi Paşa ilə 1523-cü ildə evlənmişdir. Əri Lütfi Paşanın çox sərt və qatı ürəkli bir adam olduğu ifadə edilməkdədir. Yola getmədikləri üçün 1541-ci ildə boşanmış nəticədə əri sədrəzəmlik vəzifəsini itirmişdir. 19 il davam edən bu evlilikdən Əsməhan Baharnaz Sultan və Nəslihan Sultan adında iki qız uşaqları dünyaya gəlmişdir. == Dinə bağlılığı və vəfatı == Şah Sultanın Sümbüli təriqətinə mənsub olduğu və Qoca Mustafa Paşa Sümbüliyə zaviyəsinin Şeyxi Mərkəz Musa Müslihiddin Əl-Gərmiyaniyə mənsub olduğu bilinməkdədir. Kimi qaynaqlarda da onun həm Mövləvi, həm də Mərkəz Əfəndinin müridəsi olduğu deyilməkdədir. 1572-ci ildə vəfat etmişdir. 1556-cı ildə Memar Sinan tərəfindən tikilən Şah Sultan Məscidi onun adına tikilən əhəmiyyətli əsərlərdən biridir.
Ayşə Sultan (II Səlimin qızı)
Ayşe Sultan (Osmanlı türkcəsi: عائشه سلطان ; 1548, Manisa) — II Səlimin qızı. Onun haqqında çox az məlumat var. Bir neçə mənbə onun varlığını göstərir. Bir mənbə onun Qılınc Əli Paşa ilə evliliyini qeyd edir. Öləndə Aya Sofiyada atasının yanında dəfn edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2006 •••••••••••• 0.45
2007 •••••• 0.21
2009 •••••••••••••••••••• 0.80
2010 •••••••••• 0.36
2011 ••• 0.09
2012 ••••••••••• 0.43
2013 ••••••••••••••••••• 0.73
2014 ••••••••••••• 0.51
2016 ••••• 0.17
2018 •••• 0.15
2020 ••••••• 0.27

"səlimin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səlimin nədir? #səlimin sözünün mənası #səlimin nə deməkdir? #səlimin sözünün izahı #səlimin sözünün yazılışı #səlimin necə yazılır? #səlimin sözünün düzgün yazılışı #səlimin leksik mənası #səlimin sözünün sinonimi #səlimin sözünün yaxın mənalı sözlər #səlimin sözünün əks mənası #səlimin sözünün etimologiyası #səlimin sözünün orfoqrafiyası #səlimin rusca #səlimin inglisça #səlimin fransızca #səlimin sözünün istifadəsi #sözlük