Səlmas sözü azərbaycan dilində

Səlmas

Yazılış

  • Səlmas • 95.6522%
  • səlmas • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səlmas
Salmas (fars. سلماس‎, az.-əbcəd سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.Aratta Dövləti Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da, bəzi tədqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi. Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir.
Camalabad (Səlmas)
Camalabad (fars. جمال اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 292 nəfər. yaşayır (50 ailə).
Dərab (Səlmas)
Dərab (fars. ‎‎داراب‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər. yaşayır (39 ailə).
Həftvan (Səlmas)
Həftvan (fars. هفتوان‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının şimal sahilində yerləşir. Dəniz səviyyəsindən 1 392 metr təşkil edir. Məlhəm Urmiya şəhərindən 70 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 6 313 nəfər yaşayır.
Kəhriz (Səlmas)
Kəhriz (fars. كهريز‎‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər. yaşayır (64 ailə).
Mirabad (Səlmas)
Mirabad (fars. ميراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər. yaşayır (24 ailə).
Məlhəm (Səlmas)
Məlhəm (fars. ملحم‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 405 metr təşkil edir. Məlhəm Urmiya şəhərindən 65 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4 576 nəfər. yaşayır.
Qəzrabad (Səlmas)
Qəzrabad (fars. قذراباد‎‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 120 nəfər. yaşayır (25 ailə).
Süsənabad (Səlmas)
Süsənabad (fars. سوسن اباد‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 167 nəfər. yaşayır (38 ailə).
Vərik (Səlmas)
Vərik (fars. وريك‎‎‎‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 177 nəfər. yaşayır (32 ailə).
Zəngü (Səlmas)
Zəngü (fars. ‎زنگو‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər. yaşayır (38 ailə).
Şirani (Səlmas)
Şirani (fars. شيراني‎‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 280 nəfər. yaşayır (45 ailə).
Hüsaməddin xan Səlmasi
Hüsaməddin xan Xosrov xan oğlu Səlmasi (?-?)—arif, alim. == Həyatı == Hüsaməddin xan Xosrov xan oğlu Xoy vilayətinin Səlmas şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Hüsaməddin xan Səfirülarifeyn Pərviz xanın nəvəsidir. Azərbaycanın məşhur Zəhəbiyyə silsiləsindəndir. Onun ata-babaları Salmas mahalında yaşam sürən Lək tayfasının başçıları olublar. Hüsaməddin xan Səlmasi Azərbaycanın tanınmış ariflərindəndir. Bir risalənin müəllifi idi. Bəzi kitabları Təbrizdə çap olunub.
Mirzə Həsən xan Səlmasi
Mirzə Həsən xan Mirzə Mehdi xan oğlu Səlmasi (1844-1911)—XIX əsr Azərbaycan şairi. == Həyatı == Mirzə Həsən xan Mirzə Mehdi xan oğlu 1844-cü ildə Xoy vilayətinin Səlmas şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Həsən xan Səlmasi Nasirəddin mirzənin yanında xidmət etmiş, pişxidmət vəzifəsinə yüksəlmişdi. Mirzə Həsən xan Səlmasi şair idi. Xosrovi təxəllüsü ilə qəlb oxşayan şeirlər yazırdı. Mirzə Həsən xan Səlmasi 1911-ci ildə vəfat edib.
Nimtac xanım Səlmasi
Nimtac xanım Səlmasi (1869-?)—Cənubi Azərbaycan şairəsi. == Həyatı == Nimtac xanım Səlmasi 1869-cu ildə Cənubi Azərbaycanın Salmas bölgəsinin Ləkistan mahalının Sultan Əhməd kəndində anadan olmuşdu. Atası Məsudi-divan ləqəbli Məsud xan Ləkistanın sərkərdələrindən idi. Babası Hacı Vəzir Ləkistani Salmasın məşhur şəxsiyyətlərindən sayılırdı. Anası "Ağa xanım" ləqəbli Nərgiz xanım idi. 1919-cu ildə Şəkkak əşirətinin başçısı İsmayıl ağa Simitko dəstələri Urmiyada toplaşdığı zaman Salmas əhalisi özünü müdafiə etməyə hazırlaşıb. Həmin vaxt Salmasın Ləkistan mahalının əhalisi çox çətinliklər 15 min güllə əldə edib və öz silahlılarına təlim keçiblər. Digər tərəfdən Simitko onları güllələri təhvil verməyə çağırıb və bildirib ki, əgər təslim olmasanız qadın və uşaqların qətl ediləcəyi qaçılmazdır. Nəhayət 1919-cu il dekabrın 19-da Ləkistan əhalisi ilə talançı Simitko qoşunu arasında savaş başladı. Ləkistanlı kişi və qadınlar hamısı savaşa qoşuldu və böyük qəhrəmanlıq göstərdilər.
Səid Səlmasi
== Həyatı == Səid Məşədi Xəlil oğlu Haqverdiyev Cənubi Azərbaycanda yetişmiş tərəqqipərəst şairlərdəndir. Dilməqan şəhərində doğulmuşdur. Mədrəsədə oxumuş, ömrünün çox hissəsini Avropa ölkələrinə səyahətdə keçirmişdir.Osmanlı şəhərlərinə də səfərləri olmuşdur. Farsca, fransızca yaxşı savadı var imiş. Səyahət Səid Səlmasinin istər mədəni və istərsə məfkurəvi inkişafına çox böyük təsir etmişdir. Bir müddət Bakıda yaşamışdır. Vətəninə qayıtdıqdan sonra tərəqqi və mədəniyyət yolunda var qüvvəsi ilə çalışmış, öz xərci ilə Səlmasda məktəb açmış, "Şəfəq" adlı qəzet nəşr etdirmişdir. 1905-ci il inqilabı nəticəsində Cənubi Azərbaycanda əmələ gələn azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. Bakıda "Füyuzat" jurnalında yeni ruhda şeirlər çap etdirmişdir. Azərbaycan dilində ilk dəfə sonet yazan şairdir.1909-cu ildə Xoy şəhərinə mətbəə apararaq, orada yeni kitabların nəşrilə məşğul olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2004 ••••••••• 0.34
2006 •••••••••••• 0.45
2009 ••••• 0.16
2010 ••••• 0.18
2011 ••• 0.09
2012 ••••••• 0.26
2013 •••• 0.15
2014 ••••• 0.17
2015 •••••••••••••••••• 0.68
2018 •••••••••••• 0.45

Oxşar sözlər

#səlmas nədir? #səlmas sözünün mənası #səlmas nə deməkdir? #səlmas sözünün izahı #səlmas sözünün yazılışı #səlmas necə yazılır? #səlmas sözünün düzgün yazılışı #səlmas leksik mənası #səlmas sözünün sinonimi #səlmas sözünün yaxın mənalı sözlər #səlmas sözünün əks mənası #səlmas sözünün etimologiyası #səlmas sözünün orfoqrafiyası #səlmas rusca #səlmas inglisça #səlmas fransızca #səlmas sözünün istifadəsi #sözlük