Səltənət sözü azərbaycan dilində

Səltənət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Səltənət • 72.1951%
  • səltənət • 26.8293%
  • SƏLTƏNƏT • 0.9756%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səltənət Quliyeva
Səltənət Məhəmməd bəy qızı Quliyeva (Məmmədbəyova) (1907, Bakı – 1979, Bakı) — vokalçı (lirik soprano), aktrisa, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Səltənət Quliyeva 1907-ci ildə Bakıda anadan olub. Qızlıq soyadı Məmmədbəyovadır. Oxumağa kiçik yaşlarında başlayan S.Quliyeva onu dinləyən Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Radiosuna dəvət edilib. O, dörd ildən artıq müddətdə burada solist-müğənni olaraq fəaliyyət göstərib. Bəstəkarın tövsiyəsi ilə 1930–1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində təhsil alıb. 1937–1948-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.1938-ci ildə Musiqili Komediya teatrı müstəqil fəaliyyətə başlayan zaman Səltənət Quliyeva biir ilə yaxın truppaya kömək edib. O, bu teatrda Gülçöhrə ("Arşın mal alan", Üzeyir Hacıbəyov) rolunu oynayıb. Sənətçi Azərbaycan bəstəkarlarının operetta və operalarında, həm də dünya klassiklərinin əsərlərində səs qurumuna, bədii-psixoloji səciyyələrinə görə müxtəlif xarakterli obrazların partiyalarını oxuyub. O, 1979-cu ildə Bakıda vəfat edib.
Allahın səltənəti qəlbimizdədir
"Allahın səltənəti qəlbimizdədir" (rus. Царство Божие внутри вас) Lev Tolstoyun yazdığı əxlaqi-mənəvi, qeyri-bədii əsərdir.Fəlsəfi bir traktat olan kitab ilk dəfə 1894-cü ildə Almaniyada, vətəni Rusiyada qadağan olunduqdan sonra nəşr edilmişdir. Bu kitab otuz illik Tolstoy təfəkkürünün son nöqtəsidir və xristianlığın ümumbəşəri sevgiyə yönəlmiş təfsiri əsasında cəmiyyət üçün yeni bir mütəşəkkillik yaradır. "Allahın səltənəti qəlbimizdədir", anti-zorakılıq və xristian anarxist hərəkatının tərəfdarları üçün əsas mətndir. == Fon == Kitabın adı Luka 17: 21- dən başlayır. Kitabda Tolstoy, İsa Məsih tərəfindən öyrədildiyi kimi, zorakılıqla qarşılaşdıqda qeyri- zorakı müqavimət prinsipindən danışır. Məsih "digər yanağını çevir dedikdə", Tolstoy Məsihin zo müdafiə olunduqda belə zorakılığı ortadan qaldırmaq və intiqam almaqdan imtina etməyi iddia edir. Tolstoy, əhatə dairəsini məhdudlaşdırmağa çalışan Roma və orta əsr alimlərinin şərhini rədd edir: "Allahın əmrində insanları öldürməməlisiniz yazıla-yazıla siz necə insanları qətlə yetirirsiniz?" Tolstoy müharibə aparan bütün hökumətlərin xristian prinsiplərinə hörmətsizlik etməsi ilə bağlı fikir söyləyib. Rus Pravoslav Kilsəsi zamanında — Rusiya dövləti ilə birləşən və dövlətin siyasətini tam dəstəkləyən bir təşkilat olduğu üçün Tolstoy təlimlərini Məsihin həqiqi İncili olduğuna inanmaqdan, xüsusən də Dağdakı Xütbədən ayırmağa çalışırdı. Tolstoy anti-zorakılığın həllini millətçi bəlaların həllində və kilsənin riyakarlığını görmək üçün bir vasitə kimi müdafiə etdi.
Neft və milyonlar səltənətində
Neft və milyonlar səltənətində — Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun povesti. Əsərin məzmunu Bakı neft kapitalistlərinin həyatından, məişətindən alınmışdı. İnqilaba qədərki Bakıda neft fontanları hesabına milyonlar əldə edən, birdən-birə varlanan lütfəlilərin, cəlilağaların həyat tərzi povestin əsasını təşkil edir. Müəllif doğru olaraq belə nəticəyə gəlir ki, pula hərislik, nəfsin qurbanı olmaq eyni zamanda əxlaqın korlanmasına, müvəqqəti xoşbəxtliyin faciəyə çevrilməsinə səbəb olur. Əsərin əsas qəhrəmanları olan Cəlil ağa da, Lütfəli bəy də öz yaxalarını bu faciədən qurtara bilmirlər. Nə qədər ki, Cəlil ağa pulun insan mənəviyyatını, əxlaqını korlama qabiliyyətinə bələd deyildi, burjua cəmiyyətinin pozucu, məhvedici, insanı alçaldan xüsusiyyətlərini başa düşmürdü, öz namuslu zəhməti ilə sakit bir həyat sürürdü. Ancaq Lütfəli bəy kimi alçaq təbiətli bazar adamı ilə ilk tanışlıq tədricən Cəlil ağanı mənəviyyatca korlayır, bazar əxlaqı, bazar mühiti onu öz toruna salmağa başlayır. Nəhayət, o, canından əziz tutduğu ailəsinə də xəyanət edir. Povestin əsasında 1916-cı ildə eyniadlı film çəkilmişdir.
Neft və milyonlar səltənətində (film, 1916)
Neft və milyonlar səltənətində tammetrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Sosial kinodram neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırmışdır.Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin (Vladimir Lenin) taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli (Hüseyn Ərəblinski) kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir. Filmdə əsas rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K. M. Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y. S. Orlitskaya, Y. V. İvanovski, Vladimir Vyazemski və N. M. Dobrınin ifa edirlər. == Məzmun == Bakı şəhərinin yaxınlığında yaşayan yoxsul bir dul qadın (Y. S. Orlitskaya) başqalarının yanında qulluqçuluq etməklə ailəsini güclə dolandırır. Ana məktəb yaşına çatmış oğlunu mədrəsəyə qoyur. Lakin az sonra onu mədrəsədən çıxarırlar. Əlacsız qalan qadın oğlunu tacir Həsənin (Vladimir Vyazemski) yanında işə düzəldir.
Neft və milyonlar səltənətində (film)
Neft və milyonlar səltənətində tammetrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Sosial kinodram neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırmışdır.Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin (Vladimir Lenin) taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli (Hüseyn Ərəblinski) kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir. Filmdə əsas rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K. M. Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y. S. Orlitskaya, Y. V. İvanovski, Vladimir Vyazemski və N. M. Dobrınin ifa edirlər. == Məzmun == Bakı şəhərinin yaxınlığında yaşayan yoxsul bir dul qadın (Y. S. Orlitskaya) başqalarının yanında qulluqçuluq etməklə ailəsini güclə dolandırır. Ana məktəb yaşına çatmış oğlunu mədrəsəyə qoyur. Lakin az sonra onu mədrəsədən çıxarırlar. Əlacsız qalan qadın oğlunu tacir Həsənin (Vladimir Vyazemski) yanında işə düzəldir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2003 ••••••••••••• 0.79
2004 ••••••••••• 0.67
2005 ••••••••••• 0.67
2006 •••• 0.23
2007 •••• 0.21
2008 •••••••••••• 0.73
2009 •••••••••••••••••••• 1.28
2010 •••••• 0.36
2011 •••••••••••••• 0.86
2012 ••••• 0.26
2013 •••••••••••• 0.73
2014 ••••••••••• 0.69
2015 ••• 0.17
2016 ••••••••• 0.52
2019 ••••••••• 0.56
2020 ••••••••• 0.53

səltənət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Padşahlıq, hökmdarlıq. Səltənətə keçmək. Səltənət əlindən çıxmaq. Səltənət sürmək. – …İbrahim xan Qarabağa qayıdanda qardaşı Mehralı bəylə arasında səltənət davası düşmüşdü. Çəmənzəminli. Həddindən artıq təkəbbürlü və lovğa olan şah səltənət adamlarının tələbinə görə özünü daha da təkəbbürlü və qaşqabaqlı göstərməyə çalışırdı. P.Makulu. 2. Dövlət, hökumət. [Müsyö Jordan:] Parij dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, Kral avara düşüb. M.F.Axundzadə. Toğrulun təzədən səltənət başına gətirilməsi üçün xəlifənin də razılığı alınmışdır. M.S.Ordubadi. // məc. Var, dövlət, yaxud ən əziz, ən qiymətli şey, adam haqqında. [Araz:] Sağlamlıq və zəhmət ən böyük səltənətdir. A.Şaiq. Gözümün qarası, ciyərimin parası, taxtım, bəxtim, səltənətim, taci-sərim, qönçə gülüm, bülbülüm Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu. 3. məc. Obrazlı təşbehlərdə: bir şeyin hakim, hökmran, çox bol olduğu yer haqqında. Neft səltənəti. İşıq səltənəti. – Qarşımıza daha böyük bir dağ çıxdı. Bu dağı da aşdıq; çiçəklər səltənəti deyilməyə layiq bir açıqlığa çıxdıq. A.Şaiq. Nə sonsuzdur bu yerlərdə səltənəti qarın, buzun! R.Rza.

    Azərbaycan dilinin izahlı lüğəti / səltənət

səltənət sözünün sinonimləri (yaxın mənalı sözlər)

səltənət sözünün rus dilinə tərcüməsi

  • 1 1. верховная власть; 2. царство;

    Azərbaycanca-rusca lüğət / səltənət
  • 2 сущ. устар. 1. престол (трон монарха как символ его власти). Səltənət davası борьба за престол, səltənəti ələ keçirmək захватить престол, səltənəti əlindən çıxmaq лишиться престола, səltənətə keçmək взойти на престол 2. владычество, верховная власть 3. перен. благо (то, что служит удовлетворению каких-л. человеческих потребностей). Sağlamlıq ən yaxşı səltənətdir здоровье – лучшее благо 4. край, страна. Azərbaycan neft səltənətidir Азербайджан – край нефти, küləklər səltənəti край ветров 5. царство (государство во главе с царём). Keçmişdə bir səltənətdə, bir bilinməz məmləkətdə … в некотором царстве, в некотором государстве (из сказок), “Zülmət səltənətində işıq” “Луч света в тёмном царстве” (Н. Добролюбов)

    Azərbaycanca-rusca lüğət / səltənət

səltənət sözünün inglis dilinə tərcüməsi

səltənət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. пачагьвал, гьукумдарвал; səltənət sürmək пачагьвал авун; 2. пачагьлугъ, девлет, гьукумат; // пер. девлет ва я лап азиз, лап къиметлу кас (затӀ); 3. пер. тешпигьра: са затӀ гзаф авай, бул авай чкадин гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / səltənət

səltənət sözünün türk dilinə tərcüməsi

səltənət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) padşahlıq, hökmdarlıq; 2) dövlət, hökumət; 3) m. dəbdəbə, təntənə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

sultanlıq, hökumət, dövlət; hökmdarlıq; ölkə.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"səltənət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səltənət nədir? #səltənət sözünün mənası #səltənət nə deməkdir? #səltənət sözünün izahı #səltənət sözünün yazılışı #səltənət necə yazılır? #səltənət sözünün düzgün yazılışı #səltənət leksik mənası #səltənət sözünün sinonimi #səltənət sözünün yaxın mənalı sözlər #səltənət sözünün əks mənası #səltənət sözünün etimologiyası #səltənət sözünün orfoqrafiyası #səltənət rusca #səltənət inglisça #səltənət fransızca #səltənət sözünün istifadəsi #sözlük