Səmayə sözü azərbaycan dilində

Səmayə

Yazılış

  • Səmayə • 97.7029%
  • səmayə • 1.9908%
  • SƏMAYƏ • 0.3063%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səmayə Musayeva
Musayeva Səmayə Məmməd qızı (1 noyabr 1944, Qax rayonu) — Azərbaycan aktrisası. == Həyatı == Musayeva Səmayə Məmməd qızı 1 noyabr 1944-cü ildə Qax rayonunda anadan olmuşdur.1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnistutunun «Musiqili-komediya aktyorluğu» fakultəsini bitirmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əmək fəaliyyətinə başlamışdır. Bir çox televiziya tamaşalarına və kino-filimlərə çəkilmişdir. Teatrda işlədiyi müddət ərzində Fikrət Əmirov «Gözün aydın»da Gülər, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Rəqs müəllimi, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Ballı, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Gülxanım, Süleyman Ələsgərovun, İsi Məlikzadə «Hərənin öz ulduzu»nda Xurma, Səid Rüstəmov, Süleyman Rüstəm «Durna»da Lalə, Nisə, Zülfüqar Hacıbəyov «50 yaşında cavan»da Mələk, Süleyman Ələsgərov, Şıxəli Qurbanov “Özümüz bilərik”Səlimə, Səid Rütəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin»də Səlbi, Şəfiqə Axundova, Novruz Gəncəli “Ev bizim sir bizim” Mələk, Emin Sabitoğlu, Sabit Rəhman “Hicran” Fatı (ikinci qruluş 1993), Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Nənəmin şahlıq quşu” Güllü, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Ceyran, Ramiz Mustafayev «Volqalı canan»da Təşəkkür, Zakir Bağırov, Şamxal Məcidov “Qaynana”da Mülayim, Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Boşanaq evlənərik” Zeynəb, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə»də Ruqiyə, V. Dolidze, A. Saqarelli “Xanuma” Nənə kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. 2000-ci ildə «Əməkdar artist» fəxri adını almışdır. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səmayə Piriyeva
Səmayə Piriyeva (tam adı: Səmayə Aslan qızı Piriyeva; 17 iyun 1945, Qazıməmməd) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü; Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı (1999–2000). == Həyatı == Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Səmayə Piriyevanın bir övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Səmayə Piriyeva Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1.1 il sonra isə o, Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilib.
Səmayə Quliyeva
Səmayə Əli qızı Quliyeva — Sovet Azərbaycan patofizioloqu, tibb elmləri doktoru, professoru, Azərbaycan SSR əməkdar həkimi. == Həyatı == Səmayə Quliyeva 1 iyun 1927-ci ildə Bakı, Azərbaycanda doğulmuşdur. Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun patofiziologiya kafedrasının müdiri olaraq çalışmışdır. Tədqiqatı, əsasən, allergiyaya, eksperimental onkologiyaya və Naftalan nefti probleminə həsr olunmuşdur. Respublika Patofizioloqlar Cəmiyyətinin sədri də olmuşdur.
Səmayə Sadıqova
Səmayə Seyfulla qızı Sadıqova — aktrisa. == Həyatı == Səmayə Sadıqova M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. 1955-ci ildən 1977-ci ilə kimi bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. 1995-2000-ci illərdə S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir. Sumqayıt Dram Teatrında çalışdığı illərdə ona "Əməkdə fərqlənmə"yə görə medalı və Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilmişdir. 1993-cü ildə Aqşın Babayevin "Oğul" tamaşasında yaratdığı Ana obrazına görə ilin ən yaxşı aktrisası olub, Teatr Xadimlər ittifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Səmayə Əliyeva
Səmayə Əliyeva (1934 və ya 1937, Tütəpeştə, Lənkəran rayonu – 18 oktyabr 2013, Lənkəran) — Sosialist Əməyi Qəhrəmanı (1966); Azərbaycan prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). == Həyatı == Səmayə Dadaş qızı Əliyeva 1934-cü ildə Lənkəranın Tütəpeştə kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Rayondakı Dövlət Maşın Sınaq Stansiyasında manqa başçısı, briqadir və sahə aqronomu vəzifələrində çalışmışdır. 1966-cı ildə çaybecərmə sahəsində göstərdiyi yüksək nəticələrə görə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Bir neçə çağırış SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Dəfələrlə ÜLKGİ və Azərbaycan Kommunist Partiyası qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü olub. Səmayə Əliyeva 2002-ci ildən Azərbaycan prezidentinin fərdi təqaüdçüsü idi. 2013-cü ilin oktyabr ayında Lənkəranda vəfat etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.26 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 3.43
2003 •••••••••••••• 2.76
2004 ••••••••• 1.68
2005 •••• 0.67
2006 ••••••• 1.35
2007 ••• 0.42
2008 ••••••••••••• 2.68
2009 •••••••••• 2.08
2010 •••••••••••••••••••• 3.99
2011 ••••••••••••• 2.66
2012 ••••••••••••••• 3.01
2013 ••••••• 1.31
2014 •••••••••• 2.06
2015 ••••••••• 1.87
2016 •••••••••••••••••••• 4.16
2017 •••••••• 1.63
2018 •••••••• 1.65
2019 ••••••••• 1.67
2020 ••••••• 1.33

səmayə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

göyə aid olan, səmaya məxsus olan.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

səmaya məxsus, göyə aid, səmaya aid.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"səmayə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səmayə nədir? #səmayə sözünün mənası #səmayə nə deməkdir? #səmayə sözünün izahı #səmayə sözünün yazılışı #səmayə necə yazılır? #səmayə sözünün düzgün yazılışı #səmayə leksik mənası #səmayə sözünün sinonimi #səmayə sözünün yaxın mənalı sözlər #səmayə sözünün əks mənası #səmayə sözünün etimologiyası #səmayə sözünün orfoqrafiyası #səmayə rusca #səmayə inglisça #səmayə fransızca #səmayə sözünün istifadəsi #sözlük