* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Səmimilik, açıqürəklilik; səmimi münasibət. Ailədəki səmimiyyət. Səmimiyyət göstərmək. – Bu nəğmələr dərin-dərin; Geniş-geniş ürəklərin; Səmimiyyət nəğməsidir. M.Müşfiq. Oğlanın sözlərindəki səmimiyyəti hiss edən Məşədibəy bir qədər arxayınlaşıb sükuta qərq oldu. M.Hüseyn. 2. Səmimiyyətlə şəklində zərf – səmimi olaraq, səmimi; açıq ürəklə, saf qəlblə. Səmimiyyətlə cavab vermək. – [Mansur] …hər dəfə əlimi əlinə aldıqda səmimiyyətlə sıxardı. Çəmənzəminli. Məmmədov böyük bir səmimiyyətlə arvadın əlini sıxdı. H.Seyidbəyli.
Azərbaycan dilinin izahlı lüğəti / səmimiyyət1 mehribanlıq — istiqanlılıq — ürəyiaçıqlılıq — sədaqət
Azərbaycan dilinin sinonimlər lüğəti / səmimiyyət1 SƏMİMİYYƏT – CİDDİYYƏT Səmimiyyət olmayan yerdə sənət yoxdur (M.İbrahimov); Birdən-birə qızın üzündə yaranmış ciddiyyət bu suallardan xoşlanmadığını göstərdi (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / səmimiyyət2 сущ. 1. искренность, непритворность 2. душевность, сердечность, задушевность
Azərbaycanca-rusca lüğət / səmimiyyət1 i. sincerity, frankness; tam ~lə in all sincerity; Səmimiyyətlə danışsaq... Frankly speaking..., Speaking in all sincerity...
Azərbaycanca-ingiliscə lüğət / səmimiyyət1 is. sincérité f, cordialité f ; ~ və dostluq şəraiti atmosphère f de cordialité et de sincérité
Azərbaycanca-fransızca lüğət / səmimiyyət1 [ər.] сущ. 1. семимивал, рикӀ ахъавал, рикӀин ачухвал; мегьрибанвал; 2. səmimiyyətlə нареч. семимидаказ, рикӀин сидкьидай, рикӀин михьивилелди; мегьрибанвилелди).
Azərbaycanca-ləzgicə lüğəti / səmimiyyət