Aişə Səniyəpərvər Sultan
Aişə Səniyəpərvər Sultan (1761 – 11 dekabr 1828, İstanbul) — 27. Osmanlı sultanı I Əbdülhəmidin üçüncü xanımı.
== Həyatı ==
Doğum tarixi tam olaraq bilinməsə də, 1761-ci ildə dünyaya gəldiyi düşünülür. Bəzi mənbələrdə bolqar əsilli, bəzi mənbələrdə isə çərkəz əsilli olduğu qeyd olunur. Saraya nə vaxt alındığı məlum olmasa da, 1775-ci ildə Sultan Əbdülhəmidə təqdim edildiyi bilinir. Bu müddət ərzində 4 övladı dünyaya gəlmişdir: Şahzadə Əhməd, Əsma Sultan, Şahzadə Mustafa və Fatma Sultan. Ancaq bir oğlu və bir qızı uşaq yaşlarında vəfat etmişdir.
1789-cu ildə ərinin vəfatı ilə Köhnə saraya göndərildi. Sultan Səlimin səltənəti dönəmində oğlunun taxta çıxarılması uğrunda mübarizə apardı. Nəticədə çıxan Qabaqçı Mustafa üsyanıyla Sultan Səlim devrildi və oğlu IV Mustafa taxta çıxarıldı.