sənədləri sözü azərbaycan dilində

sənədləri

Yazılış

  • sənədləri • 97.1998%
  • Sənədləri • 2.7891%
  • SƏNƏDLƏRİ • 0.0112%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Panama sənədləri
Panama sənədləri (ing. Panama Papers) — Panamanın Mossack Fonseca hüquq firmasının 214.488 ofşor hesabından sızmış 11.5 milyon gizli sənəd. Sənədlər Mossack Fonseca müştərilərinin çirkli pulları yumağa, sanksiyalardan yan ötməyə, vergilərdən yayınmağa necə nail olduqlarını göstərir.Məlumatlar hazırkı və sabiq 12 dövlət və hökumət başçısı ilə əlaqalədir. Bunların arasında öz ölkələrini talan etməkdə ittiham olunan diktatorlar da var. Burada həmçinin dövlət başçılarının və başqa siyasətçilərin 60-dan çox qohumu və yaxın adamının da adları keçir. Sızmadan aşkara çıxıb ki, 500-dək bank, onların filial və şöbələri təxminən 15 min 600 “balıqqulağı” (shell) tipli şirkəti Mossack Fonseca-da qeydiyyatdan keçirib.
Paradise sənədləri
Paradise sənədləri (ing. Paradise Papers) — əsasən ofşor maliyyəsi sahəsində aparıcı bir şirkətdən baş vermiş sızma 13,4 milyon sənəddən ibarətdir.
Əfqanıstan sənədləri
Əfqanıstan sənədləri — ABŞ-nin Əfqanıstandakı müharibəsi ilə əlaqədar Əfqanıstanın Bərpası üzrə İdarənin baş inspektoru (SIGAR) tərəfindən hazırlanmış və İnformasiya Azadlığı haqqında Akt tələbinin ardınca 2019-cu ildə "The Washington Post" tərəfindən çap olunan müsahibələr toplusu. Bu sənədlər "SIGAR"ın müharibədə bilavasitə rol oynamış general və diplomatlardan tutmuş humanitar təşkilatların əməkdaşlarına və əfqan məmurlarına qədər 400-dən artıq insandan alınmış müsahibələr əsasında apardığı daxili araşdırmanın nəticəsidir. Əfqanıstan sənədləri Pentaqon və ABŞ Dövlət Departamentinin uzun illər müharibənin gedişi barədə yalan məlumat verdiklərini sübut etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == The Afghanistan Papers: A Secret History of the War. New York: Simon & Schuster. August 31, 2021. ISBN 978-1-9821-5900-9.
Naxçıvan Əlyazma Sənədləri
Naxçıvan Əlyazma Sənədləri — Kəngərli sülaləsinə məxsus sənədlər (17 – 19 əsrlər). == Haqqında == Sülalənin ayrı-ayrı üzvləri tərəfindən yazılan və onlara ünvanlanan məktub, reskript, fərman, qəbalə və s.-dən ibarətdir. Sənədlərin mövcudluğu məlum olan kimi (1935) Gürcüstandan Naxçıvana dərhal elmi heyət göndərilmiş, onlar başqa sənədlərlə birlikdə Tiflisə aparılmış, qısa müddətdə araşdırılmış və 1936-cı ildə kitab haılnda çap olunmuşdur. Kitabın redaktoru məşhur şərqşünas, akademik N. Y. Marrın oğlu Y. N. Marrdır. Burada təkcə Azərbaycanın deyil, İran, Türkiyə və Rusiyanın da ictimai-iqtisadi və siyasi tarixinə dair materiallar vardır. Təəssf ki, gətirilmiş 300-dən çox sənədin yalnız 25-i şərqşünas K. N. Smirnovun tərcüməsi və şərhləri ilə üzə çıxarılmış, qalanlarının taleyi isə hələlik naməlumdur. Kitab 2 hissədən ibarətdir. Birinci hissəyə 3 fəsil – Kəngərli tayfası (1 – 7 saylı sənədlər); naxçıvanlıların İran şahı Kərim xan Zəndə iki ərizəsi (8 – 9 saylı sənədlər); Naxçıvanda tərəflər arasında bağlanmış iki qəbalə (10 – 11 saylı sənədlər), ikinci hissəyə isə 2 fəsil – feodal münasibətləri, torpaq mülkiyyəti və maliyyə məsələləri (12 – 21 saylı sənədlər); Səfəvi dövrü sənədləri (22 – 25 saylı sənədlər) daxildir.
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivi
Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi (qısaca: ARDKFSA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə kinooçerklər, sənədli filmlər, kinoxronikalar, fotoşəkillər mühafizə olunur. == Tarixi == 1930-cu ildə yaradılmış Oktyabr İnqilabı Arxivinin kino-foto sənədlər şöbəsi 1943-cü ildən Azərbaycan SSR Mərkəzi Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(MDKFFSA) kimi müstəqil fəaliyyətə başlayır. 1968-cı ilə qədər buraya səs yazılarıda daxil edilirdi. 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(ARDKFFSA) adlanır. Arxivdə 1858-2005-ci illərə aid 339760 saxlama vahidi kino və fotosənəd qorunur. == Haqqında == XIX əsrin II yarısından 2006-cı ilədək Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələr arxivin fondlarında saxlanılan 320 mindən çox foto və 20 minə yaxın saxlama vahidi kino sənədlərində əks olunur. Bu sənədlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından, "Azərbaycantelefilm" yaradıcılıq birliyindən, Azərbaycan Dövlət Teleradio Şirkətindən, respublika, şəhər və rayon qəzetləri redaksiyalarından, habelə ayrı-ayrı görkəmli dövlət, ictimai, siyasi, elm və mədəniyyət xadimlərindən qəbul edilmişdir. Ən ilkin sənədlər (1861-1895) Bakı şəhərinin tarixinə (şəhərin ümumi görünüşünə, ayrı-ayrı binalara, küçələrə, şəhərin panoramına aid fotoşəkillər) və Bakıda neft sənayesinin inkişafı tarixinə (1879-1917-ci illərdə neft mədənlərinin görüntüləri, neftin çıxarılması və emalı üsullarını özundə əks etdirən kadrlar və s.) aiddir. Arxivdə XX əsrin əvvəllərində baş vermiş inqilabi hərəkata (1918-1920), Azərbaycanda Aprel işğalına (1920), işğaldan sonra Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına aid fotoşəkillər və kinoxronikalar, 70 illik Sovet hakimiyyəti dövründə Bakının neft akademiyasına çevrilməsini, müharibə illərində (1941-1945) və sonrakı dövrdə neftçıxarma və neftayırma sənayesinin inkişafı, o cümlədən, dünyada ilk dəfə olaraq dənizdə(Neft daşlarında) neft çıxarılmasını əks etdirən çoxlu kinoxronika və fotoşəkillər mühafizə olunur.
Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi

Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Sənədləri Arxivi
Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Sənədləri Arxivi (qısaca: ARDETSA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri == Tarixi == Azərbaycan SSR Dövlət Elmi-Texniki və Tibbi Sənədlər Arxivi Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 24 iyul tarixli qərarı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 11 mart tarixli qərarına əsasən arxivdə saxlanılan tibbə aid sənədlər sonradan Azərbaycan Respulikası Dövlət Arxivinə verilmiş və hazırda o, Azərbaycan Respublikası Dövlət Elm vəTexnika Sənədləri Arxivi kimi fəaliyyət göstərir. Arxivdə 1870-2005-ci illərə aid 149 fond üzrə 180.573 iş saxlanılmaqdadır. == Direktorlar == Şahsuvar Həşimov-1969 -2019 Fazil Abbasov-2019-Hal-hazıradək == Haqqında == Arxivdə saxlanılan şəxsi fondların çoxsaylı sənədləri təsdiq edir ki, ötən illər ərzində Azərbaycanda geniş məzmunlu elmi tədqiqat işləri aparılmış, hər bir alim öz fəaliyyəti zamanı dünyanın müxtəlif elm xadimləri və elmi müəssisələri ilə əlaqədə olmuşdur. Buna görə də bu dövrdə qiymətli elmi tədqiqat işləri aparmaqla yanaşı, həm də yeni elmi müəssisələr yaradaraq ona rəhbərlik etmiş, yeni elmi istiqamətlərin yaradıcısı kimi çıxış etmiş alim və mühəndislərin şəxsi fondlarında cəmləşmiş sənədlər Azərbaycan tarixinin müxtəlif mərhələlərində həyata keçirilmiş elmi ideyaların müasir tələblər baxımından öyrənilməsi üçün əsas mənbə ola bilər. Arxivdə yaradılmış elmi məlumat aparatı əsasən mövzu və annotasiyalı kataloqlardan, siyasi, xalq təsərrüfatı, tarixi və elmi əhəmiyyətli elmi-texniki və bununla bağlı olan idarəçilik sənədlərinin siyahılarından, fond və mövzu xülasələrindən, mövzu siyahılarından ibarətdir. == Sahələri == Neft hasilatı və neft maşınqayırıma sənayesi; Neftayırma və neftkimya sənayesi; Energetika; Nəqliyyat tikintisinin inkişafı; Su təsərrüfatı; Tikinti işləri; Ərzaq sənayesi; Texnika elmləri; Neft-kimya prosesləri və neftayırma sənayesi.Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə edilən elm və texnika sənədlərinin fondları respublikada xalq təsərrüfatının sahələri üzrə qruplaşdırılımışdır. === Maliyyələşməsi === Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşir.
Azərbaycan Respulikası Dövlət Elm və Texnika Sənədləri Arxivi

ABŞ diplomatik sənədlərinin açıqlanması
ABŞ diplomatik sənədlərinin açıqlanması 2010 il noyabrın 28-də baş vermişdir. "Wikileaks.org" saytının ABŞ Dövlət Departamentinin məxfi sənədlərini kütləvi dərc etməsi. Birləşmiş Ştatların xarici ölkələrdəki səfirliklərinin məktub, teleqram və yazışmalarını açıqlayan sayt artıq 251288 sənədi dərc etmişdir. Onların 15500-dən artığı ABŞ-nin dünya ölkələrindəki 274 səfirlik və diplomatik nümayəndəliklərinin Vaşinqtona yolladığı məlumatlarda Vaşinqtondan aldığı xəbərlərdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 65.31 dəfə / 1 mln.
2002 ••••••• 27.41
2003 •••••••••••• 50.79
2004 •••••••••••••••••• 75.12
2005 •••••••••••••••• 66.13
2006 •••••••••••••••••••• 86.72
2007 •••••••••••••••• 68.71
2008 •••••••••••••••••• 76.25
2009 ••••••••••••••••••• 78.87
2010 ••••••••••••••••• 73.53
2011 ••••••••••••• 52.85
2012 ••••••••••••• 56.36
2013 •••••••••••••• 58.79
2014 •••••••••••••• 58.69
2015 ••••••••••••••• 63.28
2016 ••••••••••••••• 64.56
2017 ••••••••••••••• 60.97
2018 ••••••••••••••••••• 79.56
2019 •••••••••••••••• 68.85
2020 •••••••••••••• 57.55

"sənədləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sənədləri nədir? #sənədləri sözünün mənası #sənədləri nə deməkdir? #sənədləri sözünün izahı #sənədləri sözünün yazılışı #sənədləri necə yazılır? #sənədləri sözünün düzgün yazılışı #sənədləri leksik mənası #sənədləri sözünün sinonimi #sənədləri sözünün yaxın mənalı sözlər #sənədləri sözünün əks mənası #sənədləri sözünün etimologiyası #sənədləri sözünün orfoqrafiyası #sənədləri rusca #sənədləri inglisça #sənədləri fransızca #sənədləri sözünün istifadəsi #sözlük