* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 ərəb. səqir – kiçik, balaca, azyaşlı, kəbir – böyük, yaşlı, qoca Uşaqdan (kiçikdən) böyüyədək. Dastanlarda fəqirən-səğirən şəklində də rast gəlinir. Şəhər əhli səqirən-kəbirən yas keçirib, bu nakam qızı dəfn elədilər. (“Leyli və Məcnun”) * Leylini geyindirib, yetmiş yeddi qələm zinət verdilər. Qazanlar asıldı. Ocaqlar yandı. O günü fəqirən-səğirən hər kim vardı, toy məclisinə gəlmişdi. (“Leyli və Məcnun”)
Azərbaycan dastanlarının leksikası / səqirən-kəbirən