sərdabəsi sözü azərbaycan dilində

sərdabəsi

Yazılış

  • sərdabəsi • 93.1034%
  • Sərdabəsi • 6.8966%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Saltaq sərdabəsi
Sаltаq sərdаbəsi — Qəbiristаnlığın mərkəzində dаşdаn tikilmiş sərdаbə хüsusilə diqqəti cəlb еdir. О, хаçşəkilli plаnlı оlub kiçik həcmli dаşlаrdаn əhəng məhlulu qаtılmış gəclə tikilmişdir. Sərdаbənin tаvаnı tаğvаri fоrmаdа tаmаmlаnmışdır. Оnun girişi хаricə dоğru çıхıntılıdır. Qаpının tikintisində bişmiş kərpicdən də istifаdə еdilmişdir. Bişmiş kərpiclərin ölçüsü 23 х 23 х 5 sm; 20 х 10 х 5 sm-dir. Sərdаbənin içərisi gəclə suvаnmış, lаkin bəzi yеrlərdə uçub tökülmüşdür. Оnun içərisində tахtа tаbut və insаn skеlеtinin qаlıqlаrı vаrdır. Tаbutun tахtаlаrı əldə düzəldilmiş dördkünc-yаstı mıхlаrlа bərkidilmişdir. Lаkin tахtаlаrın üzərində müаsir mıхlаrа dа təsаdüf оlunur ki, bu dа оnlаrın vахtilə bərpа еdildiyini göstərir.
Sivilizasiya sərdabəsi
Sivilizasiya sərdabəsi (ing. Crypt of Civilization) – 1937-1940-cı illərdə ABŞ-nin Corciya ştatında yerləşən Oqltorp Universitetində tikilən möhürlü, havakeçirməz otaq. 57 m3 həcmə malik otaqda bir çox artefakt və sənəd saxlanılır və 8113-cü ildə açılması planlaşdırılır. Otağın yaradılma məqsədi hazırkı dövrün mədəniyyətini gələcək dövrlərə çatdırmaqdır. Sivilizasiya sərdabəsi gələcək nəslə mədəniyyəti çatdırmaq üçün edilən ən yaxşı cəhd kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. Zaman kapsulası funksiyası daşıyan otağı yaratmaq ideyası universitetin keçmiş rektoru Tornvell Yakobsa məxsusdur. T.Yakobs keçmiş mədəniyyətlərin gələcək nəsillərə çox az məlumat buraxdığından şikayətçi idi. Buna görə də bu cür otağın yaradılmasını çox istəyirdi. Otaq dünyada ilk zaman kapsulu hesab olunur. Yakobs bu işdə ona kömək etməsi üçün ABŞ kinematoqrafı, fotoqrafı və ixtiraçısı Tomas Pitersə müraciət etmişdir.
Yurdçu sərdabəsi
Yurdçu sərdabəsi — Kəngərli rayonunun Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə. Abidə dördkünc formalı olub, şimal-cənub istiqamətində yönəlmişdir. Divarlar boyunca gil məhlul istifadə olunmadan altı cərgə üst-üstə iri sal daşlar hörülmüşdür. Sərdabənin uzunluğu 3 metr, eni 1,6 metr, hündürlüyü 1,8 metrdir. Şərq və qərb divarlarının hərəsində iki, şimal divarında isə 40x40x40 ölçüdə bir taxça vardır. Giriş yolu xaricdən bütöv daş pilitə ilə qapadılmışdır. Sərdabənin içərisindəki skelet sağ böyrü üstə, yarı bükülü, sağ əli başının altına doğru qatlanmış vəziyyətdə idi. Skeletin arxasında boz, qırmızı, qonur rəngli 4 ədəd küp yerləşdirilmişdir. Qablardan arxada heyvan sümükləri var. Sərdabədən tunc və gümüşdən yüksək sənətkarlıqla hazırlanmış bəzək əşyaları (üzük, sırğa, bilərzik, sancaq, pilək, asma, müxtəlif minerallardan düzəldilmiş muncuqlar), silahlar (nizə ucluqları, dəmir xəncər) və sair tapılmışdır.
Axund Əbil sərdabəsi
Axund Əbil sərdabəsi — Novxanı kəndində yerləşən qəbirstanlığında qəbirlərin əhatəsində yerləşən sərdaba. Sərdabə kürsü üzərində inşa edilmişdir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili səkkiz bucaqlı piramida şəkilli günbəzlə tamamlanır. Abşeronda səkkiz bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri 3.80 x 3.80 m-dir. Tikilinin təxminən 1850-1870-ci illərdə inşa edilməsi ehtimal edilir. Burada kəndin axundu Axund Əbil dəfn olunmuşdur.
Pir Hüseyn sərdabəsi
Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi — Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztinli türbə. XV əsrə aid müsəlman abidəsi. Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir. Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Başqa sözlə kitabədə yazılıb ki, "Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah ... Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir.
Mumiya: Əjdaha imperatorunun sərdabəsi
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... Mumiya: Əjdaha imperatorunun sərdabəsi — Internet Movie Database saytında.
Mumiya: Əjdahalar imperatorunun sərdabəsi (film, 2008)
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... Mumiya: Əjdaha imperatorunun sərdabəsi — Internet Movie Database saytında.

"sərdabəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərdabəsi nədir? #sərdabəsi sözünün mənası #sərdabəsi nə deməkdir? #sərdabəsi sözünün izahı #sərdabəsi sözünün yazılışı #sərdabəsi necə yazılır? #sərdabəsi sözünün düzgün yazılışı #sərdabəsi leksik mənası #sərdabəsi sözünün sinonimi #sərdabəsi sözünün yaxın mənalı sözlər #sərdabəsi sözünün əks mənası #sərdabəsi sözünün etimologiyası #sərdabəsi sözünün orfoqrafiyası #sərdabəsi rusca #sərdabəsi inglisça #sərdabəsi fransızca #sərdabəsi sözünün istifadəsi #sözlük