* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Birinin başına gələn hadisə, qəziyyə, əhvalat, macəra. Başına gələn sərgüzəşti danışmaq. – Belə kiçik yaşda olan bir qızın nə kimi faciəli bir sərgüzəşti ola bilərdi. S.Hüseyn. [Qaraca qızın] başına gələn fəlakətlər, acı sərgüzəştlər daha çoxdur. S.S.Axundov. Mən Güneyqışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / sərgüzəşt2 f. birisinin başına gələn əhvalat; macəra, vaqiə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sərgüzəşt1 Farsca sər (baş) və güzəşt (keçən) sözlərindən əmələ gəlib (başa gələn əhvalat). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sərgüzəşt2 SƏRGÜZƏŞT İlyas köksünü ötürdü, qəmli bir səslə öz sərgüzəştini söyləyirdi (M.Hüseyn); MACƏRA Mənim dərdim ayrıdır, xanım! – deyə başı macəralar görmüş, ilk sevgilisi Qayanı itirmiş Alagöz hıçqırıb ağladı (S.Rəhimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / sərgüzəşt2 сущ. 1. приключение (неожиданный случай). Qəribə bir sərgüzəşt удивительное приключение, maraqlı sərgüzəşt интересное приключение 2. приключения, похождения. Sərgüzəştlərlə dolu həyat жизнь, полная приключений; sərgüzəştlər həvəskarı искатель приключений
Azərbaycanca-rusca lüğət / sərgüzəşt1 I. i. adventure; ~ axtaran (kişi) adventurer, (qadın) adventuress; ~ sevən adventurous II. s. adventure; ~ romanı adventure novel, novel of adventure
Azərbaycanca-ingiliscə lüğət / sərgüzəşt