* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf [fars.] Yersizyurdsuz, sərsəri, avara. Sərgərdan adam. – Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. O, avara, səfil və sərgərdan həyat sürürdü. Ə.Vəliyev. // Başını itirmiş, çıxış yolu tapa bilməyən. Yazıq Ələsgərəm, sərgərdan canım; Qurban sizin kimi dosta, gözəllər!… Aşıq Ələsgər. Boynu çiynində, qoltuğunda əli; Zarü-məhzun, məlulisərgərdan. C.Cabbarlı. □ Sərgərdan gəzmək (dolanmaq) – veyillənmək, işsiz-gücsüz, bikar gəzmək, avaralanmaq. Ey soran halım mənim, mən bir dili-sədparəyəm; Eşq səhrasında sərgərdan gəzən avarəyəm. M.V.Vidadi. Ömrü olduqca sərgərdan dolandı; Hər saatı min il olub uzandı. A.Səhhət. Sərgərdan qalmaq – əli hər şeydən çıxmaq, yersizyurdsuz qalmaq, işindən, yurdundan avara düşmək. Baş tülək deyilsən, çolpa balasan; Sərgərdan qalarsan, tora düşərsən. Aşıq Ələsgər. [Kəndli:] …Biz 40 gün nə üçün avara, sərgərdan qalaq? Qantəmir. Sərgərdan qoymaq (eləmək) – işdən-gücdən eləmək, işindən ayırıb avara qoymaq. Bu dərdlər oyar məni; Al qana boyar məni; Ögeydən ana olmaz; Sərgərdan qoyar məni. (Bayatı). Bir nəzər qıl mənə, ey çeşmi-xumar; Eyləyibdir məni sərgərdan zülfün. M.P.Vaqif. [Mirzə:] Evi bərbad olmuş məni işimdən, gücümdən avara, sərgərdan eləyib, gətirib buraya. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / sərgərdan2 f. «başı çiynində» avara, boş-boşuna, işsiz-gücsüz, sərsəri.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sərgərdan1 Farsca sər (baş) və gərdan (dolanmaq) sözlərindən əmələ gəlib, “başını dolandıran” deməkdir. Gərdan və gərdiş kökdaş sözlərdir, gərdən isə “boyun” mənasını əks etdirir. Bəlkə də gərdən (elə bu da boylanmaq, dolanmaq mənasına uyğun gəlir) və gərdan, gərdiş sözləri arasında qohumluq axtarmağa dəyər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sərgərdan1 1. потерявший голову, не находящий выхода из положения; 2. блуждающий, скитающийся;
Azərbaycanca-rusca lüğət / sərgərdan2 I сущ. скиталец II прил. скитальческий. Sərgərdan həyat скитальческая жизнь ◊ sərgərdan qalmaq оказаться не у дел; остаться ни с чем; sərgərdan qoymaq kimi: 1. оставить ни с чем кого 2. оторвать от дела кого; sərgərdan gəzmək (dolanmaq) слоняться, гулять без дела
Azərbaycanca-rusca lüğət / sərgərdan1 I. i. idler; roamer; wanderer II. s. wandering, roaming; idle III. z.: ~ gəzmək to wander, to roam; to idle
Azərbaycanca-ingiliscə lüğət / sərgərdan1 [fars.] прил. кӀвал-югъ (амукьдай чка, кӀвалах) авачир, серсери, авара; // кьил-кьилел алачир; sərgərdan gəzmək (dolanmaq) са карни тийиз гьакӀ куьчеда гьатун, буш-буш камар ягъун, аваравал авун; sərgərdan qalmaq кӀвал-югъ (кӀвалах) авачиз амукьун, вири гъиляй акъатун, авара хьун; sərgərdan qoymaq (etmək) авара авун (тун), кӀвалахдивай авун, гьакӀ куьчеда ттун.
Azərbaycanca-ləzgicə lüğəti / sərgərdan