sərhəddi sözü azərbaycan dilində

sərhəddi

Yazılış

  • sərhəddi • 95.3659%
  • Sərhəddi • 4.6341%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Konrad sərhəddi
Konrad sərhəddi (ing. Conrade discontinuity) — seysmik dalğaların sürətinin artması ilə müəyyən edilən yer qabığının qranit (yuxarı) və bazalt (aşağı) təbəqələrini ayıran şərti sərhəd. Konrad sərhəddindən keçərkən uzununa seysmik dalğaların sürəti təxminən 6-dan 6,5 km/s-ə qədər kəskin şəkildə artır. Bir sıra yerlərdə səth izlənilmir və seysmik dalğaların sürətləri dərinliyə doğru tədricən artır. Bəzən, əksinə, sürətlərin kəskin artmasının bir neçə səthi izlənilir. Konrad sərhəddi materik qabığının müxtəlif bölgələrində 15–20 km dərinlikdə izlənilir, lakin okean qabığının altında rast gəlinmir. == Yaranması == 1925-ci ildə Alp dağlarında zəlzələni tədqiq edərkən sərhədin mövcudluğunu təyin etmiş Avstriya geofiziki V. Konradın şərəfinə adlandırılmışdır. Bununla belə, 1960-cı illərdən başlayaraq bu nəzəriyyə geoloqlar arasında fəal şəkildə mübahisə edilir, çünki Konrad sərhəddin dəqiq geoloji əhəmiyyəti hələ də aydınlaşdırılmayıb. Kola dərin quyunun qazılması zamanı da müəyyən edilməmişdir. Amfibolit fasiyasından qranulit fasiya metamorfizminə keçidi təmsil etməsi ehtimalını Vredefort strukturunun yuxarı mərkəzi hissəsinin və onu əhatə edən Kaapvaal kratonunun müşahidələri ilə təsdiq edilmişdir.
Avropa-Asiya sərhəddi
Avropa-Asiya sərhədi — Avropa və Asiya arasındakı sərhəd çox vaxt Ural dağlarının şərq ətəyi və Muğalcar, Emba çayı, Xəzər dənizinin şimal sahili, Kumo-Manıç çökəkliyi və Kerç boğazı olaraq götürülür. Rusiya ərazisində sərhədin ümumi uzunluğu təxmini 5524 km-dir (bunun 2000 km Ural silsiləsi boyunca, 990 km Xəzər dənizi boyunca yerləşir.). Bəzi mənbələrdə Avropa sərhədinin tərifinin fərqli bir versiyası var: Ural silsiləsi, Ural çayı və Qafqaz silsiləsinin suayrıcısı. Avropanın ayrılması özü məntiqin və coğrafi şərtliliyin deyil, tarixin nəticəsidir. == Tarix == Eramızdan əvvəl VI əsrdən etibarən Avropa və Asiyanın sərhəddi indiyə qədər qərbdən şərqə doğru əhəmiyyətli bir hərəkətlilik yaşamışdır. Qədim yunanlar bunu Aralıq dənizinin orta hissəsinə qədər uzatmışdılar. Daha sonra e.ə. 524–457-ci illərdə Kerç boğazı və Don çayı sərhəd sayılmağa başlanılır. Ptolemeyin böyük elmi nüfuzu bu fikrin möhkəm qurulmasının və XVIII əsrə qədər dəyişməməsinin səbəbi idi. 1730-cu ildə İsveç alimi Filipp İohann fon Stralenberq dünya elmi ədəbiyyatında Avropa ilə Asiya arasında sərhəd çəkmək fikrini ilk dəfə əsaslandırır.
Persia sərhəddində döyüş
Persia sərhəddində döyüş – maday və fars hərbi qüvvələri arasında ikinci qarşılaşma. Döyüş, Persia üçün ciddi qələbə sayılmasa da, cənub-qərbi Asiyada Mdiyanın hərbi təsirinin yox olmasına ciddi işarə olmuşdur. Bu döyüş I Kambizin şəxsən iştirak etdiyi ilk döyüş olmaqla yanaşı, həm də onun oğlu II Kirlə eyni cəbhədə – madaylara qarşı döyüşdüyü ilk döyüşdür. Farsların Persiaya müstəqillik qazandırmağı qarşılarına məqsəd qoyduqları bu döyüş madaylar və farslar arasında baş tutmuş ən ağır döyüş olmaqla iki gün davam etmişdir. Döyüş farsların cənuba doğru yürüşlərini genişləndirməyə imkan yaratmaqla yanaşı, madaylarla üçüncü toqquşma üçün də ruhlandırmışdır. Döyüş əsasən Dəməşqli Nikolay tərəfindən işıqlandırılsa da, Hirbə döyüşündən bəhs edən tarixçilərin əksəriyyəti bu döyüş haqqında da informasiya vermişlər. Lakin Herodot Persia sərhəddində baş vermiş bu döyüşdən bəhs etməmişdir. Əksər tarixçilər bir cəhətə diqqəti çəkirlər ki, Herodot madaylar və farslar arasında baş vermiş yalnız iki döyüş – birinci və sonuncu döyüşlərdən bəhs etmişdir. Bu döyüş iki qonşunun sərhəddində baş verən ilk böyük döyüş idi. Kir maday ordusunu geri çəkilməyə və qaçmağa məcbur etdi.
Sərhəddin Abdullayev
Sərhəddin Qubaddin oğlu Abdullayev (14 aprel 1939, Piral, Qusar rayonu) — Azərbaycan fiziki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Nəzəri fizika kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. Sərhəddin Abdullayev 14 aprel 1939-cu ildə Qusar rayonunun Piral kəndində anadan olub. 1948-1958-ci illərdə Piral kənd orta məktəbində orta təhsil alıb. 1958-1963-cü illərdə Bakı Dövlət Universiteti fizika fakültəsində təhsil alıb. 1963-1964-cüillərdə – Quba rayonunun Qımıl kənd orta məktəbində fizika müəllimi kimi çalışıb. 1964-1967-ci illər – Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında aspirantura təhsili alıb. 1970-ci ildə BDU-da “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1970-ci il 8 oktyabr – BDU-nun Elmi Sovetinin qərarı ilə (protokol №8)fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinin verilməsi. 1974-cü il 16 may – Ali Attestasiya komissiyasının qərarı (protokol №6/ПТ) ilə nəzəri fizika kafedrası üzrə dosent elmi adı verilib. 1996-cı ildə AMEA-nın fotoelektronika İnstitutunda “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

"sərhəddi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərhəddi nədir? #sərhəddi sözünün mənası #sərhəddi nə deməkdir? #sərhəddi sözünün izahı #sərhəddi sözünün yazılışı #sərhəddi necə yazılır? #sərhəddi sözünün düzgün yazılışı #sərhəddi leksik mənası #sərhəddi sözünün sinonimi #sərhəddi sözünün yaxın mənalı sözlər #sərhəddi sözünün əks mənası #sərhəddi sözünün etimologiyası #sərhəddi sözünün orfoqrafiyası #sərhəddi rusca #sərhəddi inglisça #sərhəddi fransızca #sərhəddi sözünün istifadəsi #sözlük