sərniş sözü azərbaycan dilində

sərniş

Yazılış

  • sərniş • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"RMS Titanik"in sərnişinləri
Vayt Star Layn şirkətinin Olimpik sinfinə aid, ikinci gəmisi olan RMS Titanic-də, İngiltərənin Sauthempton limanından yola çıxaraq Nyu-Yorka, ümumilikdə 2224 nəfər səfər edirdi. Bu saya gəminin şəxsi heyəti də daxil idi. İlk səfəri, 14 aprel 1912-ci ildə, aysberqə çırpılaraq, 1500-dən çox insanın həlak olması ilə nəticələnmişdir. == Sərnişinlər == RMS Titanikdə səyahət edən 1317 nəfər sərnişin var idi. Onlardan, 324 nəfəri "birinci sinif sərnişinləri", 285 nəfəri, "ikinci sinif sərnişinləri", 708 nəfəri isə "üçüncü sinif sərnişinləri" idi.
Sərnişin
Sərnişin (fr. passager) — ekipajın üzvü olmayan və nəqliyyat vasitəsində şifahi və ya yazılı müqavilə ilə daşınan şəxs. Sərnişinin müqavilə ilə daşınması gediş biletinin alınması və baqaja qəbzlə onun yükünün təhvil verilməsi ilə müşayiət olunur. Biletlə hərəkət edən sərnişin bir qayda olaraq məcburi surətdə sığortalanır. Bir qayda olaraq sərnişin özü ilə ödənişsiz şəkildə əl baqajı və körpə uşaq apara bilər. Gedişi ödəməyən sərnişin nəzarətçilər tərəfindən cərimə edilir.
Sərnişin avtobusu
Sərnişin avtobusu daha uzun məsafəli yollarda istifadə olunan bir avtobus növüdür. Bu tipli avtobuslar uzun məsafəli nəqliyyatlarda istifadə edilən ümumi bir yoldur. Sərnişin avtobuslarında tualet, televizor, internet, yerüstü baqaj yeri və yemək masası ola bilər.
Sərnişin konveyeri
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. == Terminologiya == O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. == İstifadə sahəsi == Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.
Sərnişin məşuqlar (film, 2013)
Sərnişin məşuqlar (isp. Los amantes pasajeros) — rejissor Pedro Almodovarın filmi. Filmin premyerası 8 mart 2013-cü ildə baş tutmuşdur. == Məzmun == Peninsula şirkətinə məxsus Aerobus 340 Madriddən Mexikoya aviareys yerinə yetirir. Uçuş zamanı ciddi texniki nasazlıq aşkar edilir. Sərnişinlər məhkum olduqlarına xəbər tutduqda öz maskalarını çıxarmağa başlayırlar — öz sirlərini, qüsur və nöqsanlarını açmağa başlayırlar. Təyyarənin bortunda var: Faxas, Xossera və Uyo adlı üç gey-stüard, əsas pilot Alex Asero xoşbəxt ailə başçısı və biseksual stüard Xoserranın məşuqu, baxıcı Bruna — kişilərin ondan çox qorxduqları üçün hələ də bakirədir. Ümumilikdə filmin əsas süjeti indiki Avropa cəmiyyətinə ünvanlanmış satiradır. Təyyarənin düşməsi isə İspaniyanın iqtisadi böhranını simvolizə edir.
Sərnişin təyyarəsi
Sərnişin təyyarələri, ümumiyyətlə, yalnız sərnişin daşımaq üçün nəzərdə tutulub. Bunlar həm sərnişin kimi, həm də sərnişinlərin baqajlarını və qismən digər materialların daşınmasında istifadə olunur. Sərnişin təyyarəsi termini, əsasən hava yolları tərəfindən istifadə edilən yüksək tutumlu və yüksək performanslı təyyarələr üçün nəzərdə tutulur. Bununla birlikdə, yüngül təyyarələr də az sayda sərnişini qısa məsafələrə daşımaq üçün çox vaxt istifadə olunur. Sərnişin təyyarələri, vaxta qənaət etdiyinə görə, xüsusilə beynəlxalq səyahətlərdə tez-tez üstünlük verilən nəqliyyat vasitələrindən biridir.
Sərnişinlər (film, 2016)
Sərnişinlər (ing. Passengers) — ABŞ istehsalı elmi fantastika və macəra filmi. Baş rollarda Kris Prett və Cennifer Lourens yer almışdır. Film dünya üzrə 303 milyon dollardan çox gəlir əldə etmişdir. == Mövzu == Minlərlə insanı daşıyan "Avalon" ulduz gəmisi, 120 il davam edən "Homestead Colony" adı verilən uzaq bir müstəmləkə planetinə səyahət edir. Sərnişinlər və bütün qrupları yatmaq kapsulundadır, lakin gəmi böyük asteroid sahəsindən keçən zaman, gəmidə bir qəza baş verir. Bu nasazlığa görə gəminin sərnişinlərindən biri Jim Preston (Chris Pratt) oyanması lazım olan vaxtdan 90 il tez oyanır. == Rollarda == Kris Prett, Jim Preston, mexanik. Cennifer Lourens, Aurora Lane, Kosmos səyahətinin hekayəsini danışmaq istəyən Nyu Yorkdan bir yazıçı. Michael Sheen, Arthur, robot barmen.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 •••••••••••• 0.09
2012 ••••••••••• 0.09
2013 •••••••••••••••••• 0.15
2017 •••••••••••••••••••• 0.16

"sərniş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərniş nədir? #sərniş sözünün mənası #sərniş nə deməkdir? #sərniş sözünün izahı #sərniş sözünün yazılışı #sərniş necə yazılır? #sərniş sözünün düzgün yazılışı #sərniş leksik mənası #sərniş sözünün sinonimi #sərniş sözünün yaxın mənalı sözlər #sərniş sözünün əks mənası #sərniş sözünün etimologiyası #sərniş sözünün orfoqrafiyası #sərniş rusca #sərniş inglisça #sərniş fransızca #sərniş sözünün istifadəsi #sözlük