* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] 1. İşi-gücü və müəyyən yeri olmayıb orada-burada dolaşan, heç bir işlə məşğul olmayan; avara, veyil. [Zeynalı] belə sərsəri həyata kefdən … ayılmayan bəzi arqadaşları … sürükləmişdi. S.Hüseyn. // İs. mənasında. Dəyibdir Zakirə eşqin əsəri; Kimi dəli deyir, kimi sərsəri. Q.Zakir. [Fərhad Sitarəyə:] Sən Nəsrəddin şahın hərəmi, mən səfalət içində çapalayan bir sərsəri, elə deyilmi? C.Cabbarlı. 2. zərf Sərsəricəsinə, dəlicəsinə. Tamam içəridən çıxır və sərsəri, qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov. □ Sərsəri olmaq – dəli olmaq, ağlını itirmək. Aşığınam canü dildən, ey pəri! Dərdi-fərağından oldum sərsəri. Aşıq Pəri. 3. Sahibsiz, yersiz-yurdsuz, avara. [Səfil uşaq] gündüz diləndiyi bir parça çörəyi şəhərin sərsəri itlərinə paylayırdı. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / sərsəri2 ə. 1) avara, dərbədər, veyil; 2) başdansovdu, laqeydcəsinə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sərsəri3 SƏRSƏRİ ..dışanda bir dəstə sərsən durmuşdu (Çəmənzəminli); ABDAL (kl.əd.) Xətayiyəm bir haləm; Əlif üstündə daləm; Sufiyəm təriqətdə; Həqiqətdə abdaləm (Xətayi); DƏRBƏDƏR Biri orda dərbədərdir, daş üstünə baş qoyur (S.Rüstəm); HƏRCAYİ Beləsi Mədinə kimi saf və təmiz ürəkli arvadın yox, hərcayinin, bədxasiyyətin əlinə düşsə, kim bilir başına nə oyun açar (M.İbrahimov); QƏLƏNDƏR (kl.əd.) Çün dün)-qələndəri bəkuşəm; Yüz min tərəfə saçıldı xuşəm (Füzuli); QƏLLAŞ (arx.) Dost keçinib, yüzə gülən qəllaşi; Bahasıdır, satmaq gərək bir pula (Xətayi); AVARA (bax) SƏFİL (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / sərsəri2 I прил. 1. бродячий, скитальческий. Sərsəri həyat бродячая жизнь 2. безумный, неистовый. Sərsəri gülüş безумный смех, sərsəri niyyət безумное намерение II сущ. бродяга, скиталец; sərsəri olmaq сходить, сойти с ума
Azərbaycanca-rusca lüğət / sərsəri1 I. i. 1. wanderer, vagabond, vagrant; 2. bax dəli I II. s. vagrant; ~ həyat a vagrant life
Azərbaycanca-ingiliscə lüğət / sərsəri1 is. errant m, -e f, vagabond m, gueu||x m, -se f ; ~ gəzmək errer vi, vagabonder vt, flâner vt
Azərbaycanca-fransızca lüğət / sərsəri1 [fars.] прил. 1. серсери (кар-кеспи, амукьдай чка авачиз, са карни тийиз къекъвераг хьиз гьакӀ гьатнавай); авара; 2. нареч. серсердаказ, дилидаказ; дилидаз хас тир тегьерда; sərsəri olmaq серсер(и) хьун, семе хьун, дили хьун, акьул къекъуьн; 3. сагьибсуз, иесисуз, авара.
Azərbaycanca-ləzgicə lüğəti / sərsəri