Meşə sərvətləri
Meşə sərvətləri – iqtisadi və mədəni cəhətdən cəmiyyətin meşəyə olan tələbatını ödəmək üçün meşənin məhsulundan və faydalı xüsusiyyətindən istifadə edilir.
Meşə sərvətlərinə oduncaq, texniki, ərzaq, yem, dərman bitkiləri, həmçinin meşənin qoruyucusu və ictimai əhəmiyyəti daxildir. Oduncaq sərvətləri-xidməti, səhiyyə və digər meşəqırma işləri vaxtı əldə edilir. Texniki sərvətlərə quttaperça, mantar qabığı, tinnidlər (gönü aşılamaq üçün), müxtəlif üzvi rəngləyicilər və s. aiddir. Meşənin ərzaq sərvətlərinə – meyvə, giləmeyvə, göbələk, qoz, yem otları, həmçinin vəhşi heyvan və quşlar daxildir. Bura həmçinin meşə ərazisində yerləşdirilən arıların məhsulu aid edilir. Yem sərvətlərinə meşə sahəsindən əldə edilən ot, çırpı, yem məqsədilə toplanan meyvələr (palıd qozası və s.) daxildir. Meşənin dərman sərvətləri farmakologiyada geniş istifadə olunur. Dərman preparatlarının 40%-dən çoxu dərman bitkilərindən hazırlanır.