Sərxanlı sözü azərbaycan dilində

Sərxanlı

Yazılış

  • Sərxanlı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sərxanlı
Sərxanlı (əvvəlki adı: Sarxanlı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarxun kənd inzibati ərazi dairəsi tərkibindəki Sarxanlı kəndi Sərxanlı kəndi adlandırılmışdır.
Səyavuş Sərxanlı
Səyavuş Sərxanlı — Şair, publisist, 1971-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1977–1985), "Məmməd Araz" (1991), "Nəcəf Nəcəfov" (2000), Ümumittifaq N.Ostrovski (1980) mükafatları laureatı. == Həyatı == Sərxanlı Səyavuş Əli oğlu 1942-ci il fevralın 28-də Şəmkir rayonunun Sərxan kəndində (indiki Şəmkir şəhəri salınan ərazidə) dəmirçi ailəsində anadan olmuşdur. Nizami adına Şamxor şəhər orta məktəbini qızıl medalla bitirib N.Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutuna daxil olmuşdur. Lakin öz arzusu ilə təhsili yarımçıq buraxıb istehsalat və mədəniyyət sahələrində çalışmışdır: taun əleyhinə səyyar mübarizə dəstəsində (Şamxor-Ağcabədi), 23 saylı Yevlax tikinti idarəsində fəhlə, Nizami adına Şamxor şəhər orta məktəbində çilingər-montyor, Şamxor şəhər pionerlər evi uşaq xorunun dirijoru, mədəniyyət evi dram dərnəyinin rəhbəri, "Ulduz" rayon qəzetində korrektor olmuşdur. ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1962–1967). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, ilk qələm təcrübələrini "Qırmızı Şamxor" rayon qəzetində çap etdirmişdir. Lakin 1961-ci ildə "Azərbaycan gəncləri" qəzetində Xalq şairi Nəbi Xəzrinin təqdi-matı ilə "Cığır" və "Səslədi məni" şeirlərinin dərc olunması onun poetik yaradıcılığında dönüş yaratmışdır. Poetik tərcümə ilə də məşğuldur. "Ulduz" jurnalında ədəbi işçi, nəsr, poeziya şöbəsinin müdiri işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin göndərişi ilə Moskvaya – SSRİ Yazıçılar Birliyinin M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ali ədəbiyyat kurslanna təhsil almağa getmişdir (1980).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.34 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.18
2007 •••••••• 0.42
2009 ••••••••••••••••• 0.96
2010 •••••••••• 0.54
2011 •••••••• 0.43
2012 •• 0.09
2013 •••••••••••••••••• 1.02
2014 •••••• 0.34
2015 •••••• 0.34
2016 ••• 0.17
2017 ••• 0.16
2019 ••• 0.14
2020 ••• 0.13

Oxşar sözlər

#sərxanlı nədir? #sərxanlı sözünün mənası #sərxanlı nə deməkdir? #sərxanlı sözünün izahı #sərxanlı sözünün yazılışı #sərxanlı necə yazılır? #sərxanlı sözünün düzgün yazılışı #sərxanlı leksik mənası #sərxanlı sözünün sinonimi #sərxanlı sözünün yaxın mənalı sözlər #sərxanlı sözünün əks mənası #sərxanlı sözünün etimologiyası #sərxanlı sözünün orfoqrafiyası #sərxanlı rusca #sərxanlı inglisça #sərxanlı fransızca #sərxanlı sözünün istifadəsi #sözlük