sərxoşluq sözü azərbaycan dilində

sərxoşluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sərxoşluq • 91.6944%
  • Sərxoşluq • 7.6412%
  • SƏRXOŞLUQ • 0.6645%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sərxoşluq
Alkoqolizm — spirtli içkilərin istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı alkoqol asılılığı diaqnozunun təyin olunmasının 6 meyarını müəyyənləşdirilib. Əsas və ilk meyar insanın içki qəbuluna nəzarət edə bilməməsidir. İkinci meyara görə, insan içki qəbul etmək istəyi hiss edir. Bu istək özünü həm açıq şəkildə büruzə verə, həm də gərginliyin aradan qaldırılması, istirahət bəhanəsi altında gizlənə bilər. Bu istək nəticəsində insan öz ailəsini, qanunları və sosial davranış normalarını unudur. Üçüncü əlamət isə orqanizmin spirtli içkiyə asanlıqla "dözməsi"dir. Əgər insan üç şüşə araq içsə və sərxoş olmaması ilə öyünürsə, bu, təhlükəli sindromdur. Məsələ burasındadır ki, orqanizm son gücünə qədər qana daxil olan etil spirtini emal etməyə çalışır, amma gec və ya tez son mərhələ çatır və mexanizm pozulur. Nəticədə alkoqol əqli zəifliyə səbəb olur.

sərxoşluq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Sərxoş adamın halı; keflilik. Çünki içmək onu xarab elədi, o qədər içirdi ki, bir saat da sərxoşluqdan ayıq olmurdu. E.Sultanov. Zeynal sərxoşluğundan müvazinətini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn. 2. Daima içib keflənməyə adət etmə, içki düşkünlüyü. Vaxtını sərxoşluqda keçirmək.

    Azərbaycan dilinin izahlı lüğəti / sərxoşluq

sərxoşluq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 məstlik — keflilik — dəmlik — nəşəlilik — xumarlıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / sərxoşluq
  • 2 SƏRXOŞLUQ Saqiya, mən ta əzəldən düşmənəm sərxoşluğa; Mey içib uçmaq nədir bilməz bu könül boşluğa (S.Rüstəm); BƏDMƏSTLİK Kim bilsin dünyada minlərcə məxluq bədməstlik mərəzindən qurtara bilməyib.. (C.Məmmədquluzadə); KEFLİLİK Pristav Əlinin kefliliyini görüb, onu söyüb-saydıqdan sonra Cavda tərəf yönəldi (Çəmənzəminli); MƏSTLİK Məstlikdir səbəbi-hürməti ger səhbanım (S.Ə.Şirvani); SƏRMƏSTLİK.

    Azərbaycan dilinin sinonimlər lüğəti / sərxoşluq

sərxoşluq sözünün antonimləri (əks mənalı sözlər)

sərxoşluq sözünün rus dilinə tərcüməsi

  • 1 пьянство, опьянение, хмель

    Azərbaycanca-rusca lüğət / sərxoşluq
  • 2 сущ. 1. пьянство (постоянное и неумеренное потребление спиртных напитков). Vaxtını sərxoşluqda keçirmək проводить время в пьянстве 2. опьянённость, опьянелость (состояние опьянённого); sərxoşluq etmək пьянствовать, предаваться пьянству

    Azərbaycanca-rusca lüğət / sərxoşluq

sərxoşluq sözünün inglis dilinə tərcüməsi

sərxoşluq sözünün fransız dilinə tərcüməsi

sərxoşluq sözünün ləzgi dilinə tərcüməsi

"sərxoşluq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərxoşluq nədir? #sərxoşluq sözünün mənası #sərxoşluq nə deməkdir? #sərxoşluq sözünün izahı #sərxoşluq sözünün yazılışı #sərxoşluq necə yazılır? #sərxoşluq sözünün düzgün yazılışı #sərxoşluq leksik mənası #sərxoşluq sözünün sinonimi #sərxoşluq sözünün yaxın mənalı sözlər #sərxoşluq sözünün əks mənası #sərxoşluq sözünün etimologiyası #sərxoşluq sözünün orfoqrafiyası #sərxoşluq rusca #sərxoşluq inglisça #sərxoşluq fransızca #sərxoşluq sözünün istifadəsi #sözlük