sərzəniş sözü azərbaycan dilində

sərzəniş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sərzəniş • 76.1905%
  • Sərzəniş • 19.0476%
  • SƏRZƏNİŞ • 4.7619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

sərzəniş sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Qaxınc, danlaq, tənə, məzəmmət; başa qaxma. Məmməd bəy Ağabəyimin sərzənişinin mənasını anladı. Çəmənzəminli. [Arif:] Artıq yetişir bu sərzənişlər; Əfv eylə, qüsurə baxma, Xavər! H.Cavid. □ Sərzəniş etmək – danlamaq, tənə etmək, məzəmmətləmək. [Əmiri-topxanə:] Yəqinimdir ki, bu söz Bağır xana əsər edəcək, çünki dünən səlami-ammdə şah ona qəzəbnak olub sərzəniş edibdir ki, çaxır içib, məst olub, namaz qılmağa məscidə daxil olubdur. M.F.Axundzadə. 2. Sərzənişlə şəklində zərf – töhmətlə, tənə ilə, məzəmmətlə. [Yaşlı kişi:] Başını sərzənişlə bulayıb, Şirinnaz töhmətedici bir baxışla mənə baxdı. S.Hüseyn. Bülənd üzünü döndərib sərzənişlə qıza göz yetirdi. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / sərzəniş

sərzəniş sözünün sinonimləri (yaxın mənalı sözlər)

sərzəniş sözünün rus dilinə tərcüməsi

sərzəniş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. къехуьн, тегьне, гъуьнтӀ, меземмет; ччиниз ягъун; // sərzəniş etmək тегьне авун, талба авун, меземмет авун, ахмурун; 2. sərzənişlə нареч. тегьнедалди, туьнбуьгьдалди, туьгьметдалди, меземметдалди.

    Azərbaycanca-ləzgicə lüğəti / sərzəniş

sərzəniş sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. danlaq, məzəmmət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"sərzəniş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərzəniş nədir? #sərzəniş sözünün mənası #sərzəniş nə deməkdir? #sərzəniş sözünün izahı #sərzəniş sözünün yazılışı #sərzəniş necə yazılır? #sərzəniş sözünün düzgün yazılışı #sərzəniş leksik mənası #sərzəniş sözünün sinonimi #sərzəniş sözünün yaxın mənalı sözlər #sərzəniş sözünün əks mənası #sərzəniş sözünün etimologiyası #sərzəniş sözünün orfoqrafiyası #sərzəniş rusca #sərzəniş inglisça #sərzəniş fransızca #sərzəniş sözünün istifadəsi #sözlük