sərəncam sözü azərbaycan dilində

sərəncam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sərəncam • 64.5599%
  • Sərəncam • 34.7364%
  • SƏRƏNCAM • 0.7036%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sərəncam
Sərəncam — hər hansı məsələləri həll etmək üçün, səlahiyyətli vəzifəli şəxs tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda olaraq sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” sözləri ilə davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun, təsdiq olunsun və s. şəklində şərh edilir.
Kəlam-i Sərəncam
Kəlam-i Sərəncam (fars. کلام سرانجام‎, azərb. Mülahizə nitqi‎) və ya sadəcə Sərəncam — Əhl-i Haqqın əsas dini mətni. Bu mətn XV əsrdə Sultan Sahaqın fəlsəfəsi əsasında yazılmışdır. Əhl-i Haqqın pərəstişkarları Kəlam-i Sərəncamın ilah tərəfindən insanlara göndərildiyinə inanır. Orijinal mətn kürd dilinin gorani ləhçəsində yazılmışdır.
Heydər Əliyevin sərəncamı ilə yaradılmış təhsil müəssisələrinin siyahısı
İcra Sərəncamı 12711
12711 saylı İcra Sərəncamı — Amerika prezidenti Corc HV Buş tərəfindən 11 aprel 1990-cı ildə tərtib edilmişdir. O 5 iyun 1989-cu il və 11 aprel 1990-cı il tarixləri arasında ABŞ-də olmuş Çin vətəndaşlarının və onların birbaşa himayəsində olan şəxslərin deportasiyasını təxirə saldı, 2 illik vətənində yaşamaq tələbindən imtina etdi və 1 yanvar 1994-cü ilə qədər onlara iş icazəsi verdi.O, 1989-cu ildə Tiananmen Meydanı etirazlarını yatırtmasına və həmin ilin 4 iyununda baş vermiş qırğına cavab olaraq Çin Xalq Respublikasına (ÇXR) qarşı beynəlxalq reaksiyanın bir hissəsi kimi verilib. 1992-ci ildə Çin Tələbə Mühafizəsi Qanunu qəbul edildikdən sonra bu, daimi hala gətirildi.
İzahedilməmiş Sərvət Sərəncamı
İzahedilməmiş Sərvət Sərəncamı (ing. Unexplained wealth order) — Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbiylə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək demək olar ki, mümkünsüzdür.Yeni "İzahedilməz Sərvət Sərəncamı" onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir. Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 87.30 dəfə / 1 mln.
2002 ••••••••• 61.67
2003 ••••••• 43.70
2004 ••••••• 48.85
2005 ••••••••••••••• 107.29
2006 •••••••••• 68.70
2007 ••••••••••••••• 103.81
2008 •••••••••••••••• 112.55
2009 •••••••••• 65.91
2010 •••••••• 54.28
2011 •••••••••• 65.89
2012 •••••••••• 66.00
2013 ••••••••••• 74.83
2014 •••••••••••• 85.46
2015 •••••••••••••• 95.78
2016 •••••••••••••••• 112.28
2017 ••••••••••••••••• 120.80
2018 •••••••••••••••••••• 143.38
2019 ••••••••••••••••••• 130.61
2020 ••••••••••••••• 101.71

sərəncam sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Əmr, göstəriş. Səməndər qayda-qanunu bilmədiyi üçün sərəncam gözləyirdi. B.Bayramov. □ Sərəncam çəkmək – bir şeyi həll etmək, qaydaya salmaq üçün sərəncam vermək, göstəriş vermək, tədbir görmək. İnmirə məhəlləsində bir ittifaq düşərdisə, tez [Əmi] özü gedərdi, işlərinə diqqətlə baxardı, sərəncam çəkərdi. N.Nərimanov. [Müdir:] İndi ki, deyirsən mən kəndli qızıyam, sözümüz yoxdur, gətir, ərizəni ver, görək bir sərəncam çəkə bilərikmi? – demiş və nəhayət, Zeynəbi məktəbə götürmüşdür. Qantəmir. // Həll etmək, xitam vermək. [İbrahim kişi:] Gərək, Mehralı, elə günü bu gün işə sərəncam çəkək. S.Rəhman. Sərəncam olmaq – göstəriş verilmək. Nahar tədarükü oldu sərəncam; Qoyuldu süfrəyə qımız, gümüş cam. A.Səhhət. Sərəncam vermək – göstəriş vermək, əmr vermək. Kağızlar qalaq-qalaq; Miz üstünə sərilir; Qol çəkilir anbaan; Sərəncamlar verilir. N.Xəzri. 2. Aqibət, son, nəticə, axır. Yaxşı görünür surəti məhvəşlərin, əmma; Yaxşı nəzər etdikdə sərəncamı yamandır. Füzuli. 3. Sərəncamında – əlində, ixtiyarında. Belə hallarda düşüncə və kədəri dostlara danışmaq və onların sərəncamında olan imkanlardan istifadə etmək lazımdır. M.S.Ordubadi. Opera əsərinin tərkibinə daxil olan bütün bu saydığımız cəhətlər göstərir ki, opera bəstələyən kompozitorun sərəncamında çox geniş ifadə imkanları vardır. Ə.Bədəlbəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / sərəncam

sərəncam sözünün sinonimləri (yaxın mənalı sözlər)

sərəncam sözünün rus dilinə tərcüməsi

  • 1 распоряжение, приказ

    Azərbaycanca-rusca lüğət / sərəncam
  • 2 сущ. 1. распоряжение (указание о выполнениии чего-л.). Sərəncam vermək дать распоряжение, sərəncam gözləmək ждать распоряжения 2. устар. последствия. Sərəncamı yamandır последствия бывают плохими (тяжёлыми) 3. приказ, указание, указ. Sərəncam imzalamaq подписать указ; sərəncamında kimin, nəyin в распоряжении кого, чего (в ведении кого-л., чего-л.). Nazirliyin sərəncamında в распоряжении министерства; sərəncamında olmaq быть в распоряжении; sərəncamına kimin, nəyin в распоряжение кого, чего (для использования по усмотрению кого-л., под чьё-л. начальство); sərəncamına gəlmək kimin, nəyin прибыть в распоряжение кого, чего; sərəncamına göndərmək направлять, направить в распоряжение кого, чего

    Azərbaycanca-rusca lüğət / sərəncam

sərəncam sözünün inglis dilinə tərcüməsi

  • 1 i. order; direction; disposal; command; bir kəsin ~ında olmaq to be* at smb.’s command / disposal; bir kəsin ~ına vermək to put* at smb.’s disposal; ~a riayət etmək to obey orders; həkimin ~ı doctor’s order; ~ vermək to order (d., d.+to inf.); to make* arrangements pl.

    Azərbaycanca-ingiliscə lüğət / sərəncam

sərəncam sözünün fransız dilinə tərcüməsi

  • 1 is. disposition f, ordre m, ordonnance f ; ~ almaq recevoir un ordre ; ~ vermək donner l’ordre de ; ~ına (ında) à la disposition, à la discrétion ; ~ına vermək mettre à la disposition de ; ~ında olmaq être à la disposition de. .

    Azərbaycanca-fransızca lüğət / sərəncam

sərəncam sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. серенжем, буйругъ, эмир; sərəncam vermək серенжем гун, буйругъ гун; 2. эхир, эхир кьил, нетижа; 3. sərəncamında серенжемда, гъиле, ихтиярда.

    Azərbaycanca-ləzgicə lüğəti / sərəncam

sərəncam sözünün türk dilinə tərcüməsi

sərəncam sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) aqibət, axır, nəhayət; 2) hökm, ixtiyar; 3) əmr, göstəriş, fərman.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

əmr, göstəriş, buyuruq.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"sərəncam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərəncam nədir? #sərəncam sözünün mənası #sərəncam nə deməkdir? #sərəncam sözünün izahı #sərəncam sözünün yazılışı #sərəncam necə yazılır? #sərəncam sözünün düzgün yazılışı #sərəncam leksik mənası #sərəncam sözünün sinonimi #sərəncam sözünün yaxın mənalı sözlər #sərəncam sözünün əks mənası #sərəncam sözünün etimologiyası #sərəncam sözünün orfoqrafiyası #sərəncam rusca #sərəncam inglisça #sərəncam fransızca #sərəncam sözünün istifadəsi #sözlük