səs sözü azərbaycan dilində

səs

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səs • 94.3571%
  • Səs • 4.9406%
  • SƏS • 0.7023%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səs mühəndisliyi
Bir səs mühəndisi (səs mühəndisi və ya səsyazma mühəndisi və səs rejissoru olaraq da bilinir) , səs yazma və ya canlı bir performans istehsal etməyə, balans, dinamika və səs effektləri, miksləmək, səs mənbələrini balanslaşdırmağa və tənzimləməyə kömək edir. Səs mühəndisləri — mikrofonların yerləşdirilməsi, səviyyələrin tənzimlənməsi üzərində işləyirlər. Hər hansı bir layihənin fiziki qeydləri bir mühəndis tərəfindən aparılır. Səs mühəndisliyi getdikcə musiqi alətləri və texnologiyasının film, radio, televiziya, musiqi və video oyunları üçün səs çıxarmaq üçün istifadə edildiyi bir yaradıcı peşə olaraq görülür. Səs mühəndisləri ayrıca musiqi konsertləri, teatr, idman oyunları və korporativ tədbirlər üçün bir miks konsol və səs gücləndirici sistemdən istifadə edərək səs yoxlamasını həyata keçirir və canlı səsləri miksləyir.
Səs prodüseri
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir. Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir. Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.
Səs prodüserliyi
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir. Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir. Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.
O Səs Türkiyə
O Səs Türkiyə — bir çox ölkədə "Voice Of" adı ilə yayımlanan və 10 Oktyabr 2011-ci ildə Türkiyədə Show TV-də yayımlanmağa başlayan, 2012-2013 və 2013-2014 sezonu üçün Star TV ilə razılaşan 2014-dən bəri TV8 və istehsalçı qurum kimi Acun Medya-nın, təqdimatı və aparıcılığı Acun Ilıcalının etdiyi, mahnı (səs) yarışması proqramıdır. Yayımlandığı ildən bir çox Azərbaycanlı iştirakçılar arasında olmuş hətta mərhələ də adlamışlar.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Səs (1993)
Səs (dəqiqləşdirmə)
Səs
Səs (qəzet)
"Səs" qəzeti — 1991-ci il yanvarın 11-dən Azərbaycanda nəşr olunan qəzet. Hal-hazırda Səs Media Qrupa daxildir. "Səs" qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub.
Səs Azərbaycan
Səs Azərbaycan — Dünyanın 50-dən çox ölkəsində yayımlanan The Voice televerilişinin lisenziyalı Azərbaycan versiyası. Azərbaycan Televiziyası ilə yayımlanıb. Şounun aparıcısı Tural Əsədovdur. Şounun ilk mövsümünün yayımına 2015-ci ildə başlanılmışdır. Səs Azərbaycan şousunun münsiflər heyəti 22 sentyabr 2015-ci ildə bəlli oldu. Münsiflər heyətinə Azərbaycanın xalq artistləri Faiq Ağayev və Mübariz Tağıyev ilə yanaşı əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva da daxildir. Səs Azərbaycanın ilk mövsümünün qalibi Mübariz Tağıyevin komandasından olan Emiliya Yaqubova oldu. İkinci yer Faiq Ağayevin komandasından Hüseyn Abdullayev, üçüncü yer Tünzalə Ağayevanın komandasından Samirə Əfəndiyeva və dördüncü yer isə Manananın komandasından Səmra Rəhimli oldu. Qaydalar Şounun münsiflər heyəti "Görmədən dinləmələr" turu zamanı öz komandalarını formalaşdıracaq. Bu turun mahiyyəti ondan ibarətdir ki, münsiflər ifaçıların səsini eşitsələr də, onları görə bilməyəcəklər.
Səs altı
Subsonik və ya Səs altı, Aerodinamikada səs sürətindən aşağı sürətləri ifadə etmək üçün istifadə olunan termindir (təxminən Mach 0 - 0.8). Həm də yavaş uçan təyyarələrə subsonik təyyarələr deyilir. Republic F-84 Thunderjet buna nümunədir.
Səs bağı
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs dalğaları
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Səs gücləndiricisi
Amplifikator (Fransızca: amplificateur, qısaca ampli), musiqi sistemlərində yüksəldici olaraq istifadə edilir. Cihazlardan (CD player, ikmi) çıxan səs siqnallarını gücləndirərək dəs ucaldıcıya göndərmə vəzifəsini yerinə yetirir. Müxtəlif struktura və bu strukturaya uyğun xüsusiyyətlərə əsaslanan sinifləndirmə mövcuddurr, amma əsl sinifləndirmə tranzistorlu quruluşda olanlar və vakum borulu, yəni əvvəlcədən Azərbaycan dilində istifadə edildiyi formada, lampalı formada olanlar arasındadır. 2 və 4 kanallı olaraq mövcuddur. Bunlarla birlikdə son illərdə genişlənən hibrid strukturlu forma da vardır. Yəni bunlara əlavə olaraq inteqral formada, giriş/güc ayrı kasadalar halında istehsal olunan ve monoblok formasında əsas formadan əlavə sinifləndirmə mevcuddur. Çıxış kaskadı formasına görə amplifikator sinifləndirmələri bu formadadır Sinif A: Çıxış kaskadında daim cərəyan olur. Bu səbəblə çox elektrik enerjisi istifadə edir. Bunun qarşılığında ən saf, təmiz səsə sahib olduğu qəbul edilmişdir. Səsdəki maneələr nəzəri olaraq ən aşağı səviyyədədir Sinif B: Çıxış kaskadları işi sıra ilə yerinə yetirir.
Səs kimyası
Səs kimyası və ya sonokimya — möhkəm akustik dalğaları öyrənir. Маргулис М.А. Основы звукохимии. Химические реакции в акустических полях. — М.: Высшая школе, 1984. — 272 с. — 300 экз. – The Chemical and Physical Effects of Ultrasound by Prof.
Səs mühəndisi
Bir səs mühəndisi (səs mühəndisi və ya səsyazma mühəndisi və səs rejissoru olaraq da bilinir) , səs yazma və ya canlı bir performans istehsal etməyə, balans, dinamika və səs effektləri, miksləmək, səs mənbələrini balanslaşdırmağa və tənzimləməyə kömək edir. Səs mühəndisləri — mikrofonların yerləşdirilməsi, səviyyələrin tənzimlənməsi üzərində işləyirlər. Hər hansı bir layihənin fiziki qeydləri bir mühəndis tərəfindən aparılır. Səs mühəndisliyi getdikcə musiqi alətləri və texnologiyasının film, radio, televiziya, musiqi və video oyunları üçün səs çıxarmaq üçün istifadə edildiyi bir yaradıcı peşə olaraq görülür. Səs mühəndisləri ayrıca musiqi konsertləri, teatr, idman oyunları və korporativ tədbirlər üçün bir miks konsol və səs gücləndirici sistemdən istifadə edərək səs yoxlamasını həyata keçirir və canlı səsləri miksləyir.
Səs qəzeti
"Səs" qəzeti — 1991-ci il yanvarın 11-dən Azərbaycanda nəşr olunan qəzet. Hal-hazırda Səs Media Qrupa daxildir. "Səs" qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub.
Səs sürəti
Səs sürəti — havada, dəniz səviyyəsində və 21 °C temperaturda 343,2 m/s və ya 1235,5 km/saata bərabərdir. Səs sürəti tezliklə əlaqədar olaraq dəyişmir, hər tezlikdə səs eyni sürətdə hərəkət edir. Havanın temperaturuna, sıxlığına görə səsin yayılma sürəti dəyişir. Soyuq havada səs sürəti dəyişir. Soyuq havada səs sürəti aşağı düşür. Səs isti havadan soyuq havaya keçərkən yayılma istiqamətini dəyişdirir. Səsin havadakı sürəti təxmini olaraq aşağıdakı düstur ilə hesablanır: c h a v a = ( 331 . 5 + ( 0 . 6 ⋅ ϑ ) ) m s − 1 {\displaystyle c_{\mathrm {hava} }=(331{.}5+(0{.}6\cdot \vartheta ))\ \mathrm {ms^{-1}} \,} Düsturdakı ϑ {\displaystyle \vartheta \,} (teta) istiliyin Selsi (°C) şkalası ilə ifadəsidir. Hər hansı bir sahədə külək arxadan əsərsə səs yerə doğru istiqamətlənir.
Səs telləri
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs tembri
Tembr (fr. timbre) — səsin "rəng"i, musiqi səsinin gurluğu, yüksəkliyi və notun uzunluğu ilə yanaşı əlamətlərindən biri.Tembr səsin çalarıdır, eyni yüksəkliyə malik iki səsi fərqləndirməyə imkan verir. Tembrə görə biz musiqi alətlərinin səslərini fərqləndiririk, tanış adamların səsini tanıyırıq. Tembr ikinci subyektiv qiymətləndirmədir. Səsin tembri obertonlar çoxluğu ilə təyin olunur. Bu və ya digər səsə məxsus obertonların müxtəlif sayı ona xüsusi çalar – tembr verir. Bir tembrin digərindən fərqi təkcə obertonların sayı ilə deyil, onların intensivliyi ilə də şərtlənir. Tembr səs tezliklərinin hansı oblastlarında oberton toplularının (formantların) yaranmasından da asılıdır. Tembrinə görə eyni gurluqlu və not uzunluqlu səsləri fərqləndirirlər. Səsin tembri səsin rəngi deməkdir.Yəni ki, eyni yüksəkliyə, eyni ucalığa malik olan səslərin bir birindən fərqlənməsidir.Səs tembrinin əsas keyfiyyəti onun xarakterindən asılıdır.
Səs tipi
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Səs bağları
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs növləri
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Səs növü
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Səs teli
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs tipləri
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Etimadsızlıq səsverməsi
Etimadsızlıq səsverməsi və ya Etibar səsi, bir qrup insanın bir hökumətə və ya liderə güvənib səs verməməsidir. Əslində, hökumətdə və ya idarədə olan bir insanın artıq bu vəzifəyə gələ bilməyəcəyini təyin edən bir bəyannamə və ya səsvermədir.
Gizli səsvermə
Gizli səsvermə - səsvermənin iradə ifadəsinə nəzarəti kənar edən səsvermə növü. İradə ifadəsinin sərbəstliyi bülletenlər, kürəciklər, yaxud xüsusi səsvermə maşınları vasitəsilə təmin olunur. Bülleten vasitəsilə gizli səsvermə daha geniş yayılmışdır. Bu halda seçici bülleteni xüsusi otaqda, yaxud kabinədə doldurur və seçki qutusuna atır. == Ədəbiyyat == R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Gəncliyin səsləri
Gənclərin Səsi dünyanın hər yerindən olan uşaqlara məlumat və fikir mübadiləsi aparmağa kömək etmək üçün UNICEF tərəfindən yaradılmış təşkilatdır. Gənclərin Səsi 1995-ci ildə Sosial İnkişaf üzrə Ümumdünya Sammitində 81 ölkədəki uşaqların mesajlarını dünya liderlərinə çatdırmaq üçün yaradılıb. 1997-ci ildə gənclərə uşaq hüquqları və inkişaf məsələlərini müzakirə etmək imkanı vermək üçün “Gənclərin Səsi” rəsmi müzakirə lövhələri (“Görüş yeri” adlanır) yaradılmışdır. Müxtəlif insanların iştirakına imkan yaratmaq üçün ingilis, fransız və ispan dillərində paralel forumlar yaradılmışdır. Eyni zamanda testlər, oyunlar və foto gündəliklər vasitəsilə gənclərə uşaq hüquqları ilə bağlı dəqiq və əlçatan məlumatların çatdırılması üçün “Öyrənmə məkanı” yaradılıb. Müəllimlərə və digər gənc liderlərə fikir mübadiləsi aparmaq və Gəncliyin Səslərindən öyrənmə vasitəsi kimi istifadə etmək yollarını tapmaq üçün forum kimi “Müəllim yeri” də yaradılmışdır. 2002-ci ildə "Gənclərin səsləri" tamamilə yenidən işlənmişdir. Dünyanın hər yerindən olan sayt istifadəçiləri ilə mümkün dəyişiklikləri müzakirə etdikdən sonra administratorlar veb-saytı üç bölmədə yenidən təşkil etdilər: “Kəşf et”, “Speak Up” və “Take action”. "Gənclərin Səsi" öz internet səhifəsindən əlavə, iki ayda bir "Gənclər Nə Deyir" adlı xəbər bülleteni də dərc edir. 2005-ci ildə Gənclərin Səsi dünyanın hər yerindən ərəb dilli gəncləri hüquqlar haqqında müzakirələrə cəlb etmək üçün ərəb güzgü saytını əlavə etdi.
Gəncənin səsi (qəzet)
"Gəncənin səsi" qəzeti == Tarixi == 1920-ci ildə “Qırmızı Gəncə” adı ilə nəşrə başlayan, sonralar “Zərbə” (1929-1935), “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Kirovabad kommunisti” və nəhayət, “Gəncənin səsi” adı ilə fəaliyyət göstər 2011-ci ildən böyük və rəngli formada çıxan qəzet bu gün 2000 tirajla ayda bir dəfə olmaqla çap olunur.
Koreyanın Səsi
Koreyanın səsi (kor. 조선의 소리 방송) — radiostansiyası Koreya Xalq Demokratik Respublikasının rəsmi kütləvi informasiya vasitəsidir, KXDR-nın Mərkəzi Komitəsinin televiziya və radio verilişləri üzrə struktur bölməsidir. Radiostansiyanın çağırış siqnalı "Sərkərdə Kim İr Sen haqqında mahnı"nın ilk misrasıdır. == Tarixi == Radiostansiya əvvəllər "Pxenyan radiosu", "Mərkəzi Koreya radiosu", 1982-ci ildən "Koreyanın səsi" adlandırılmışdır. Radiostansiya ilk dəfə olaraq 1945-ci ilin 14 oktyabrında "Pxenyan radiosu" kimi fəaliyyətə başlamışdır, 2002-ci ildən "Koreyanın səsi" adlandırılır. Radiostansiyada ilk xarici dildə verilişlər 1947-ci il 16 martdan yayımlanan Çin dilində olmuşdur. Yapon dilində verilişlər 1950-ci ildən, İngilis dilində 1951-ci ildən, Fransız və Rus dillərində 1963-cü ildən, İspan dilində 1965-ci ildən, Ərəb dilində 1970-ci ildən, Alman dilində 1983-cü ildən yayımlanmağa başlanmışdır Həftəlik yayımlanan verilişlərin həcmi 1960-cı ildə 159 saat, 1970-ci ildə 330 saat, 1980-ci ildə 597 saat, 1990-cı ildə 534 saat, 1994-cü ildə 529 saat, 1996-cı ildə 364 saat təşkil edirdi. 15 aprel 2011-ci ildə "Koreyanın səsi" radio stansiyasının internet saytı fəaliyyətə başlamışdır.
Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsi radiosundan Azərbaycan xalqına müraciəti
Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Azərbaycanın Cumhuriyyət günü Amerikanın səsi radiosuna müsahibə zamanı Azərbaycan xalqına müraciət etmişdi. Soyuq müharibə dövrü bu, Azərbaycan xalqına müraciət üçün Məhəmməd Əmin Rəsulzadəyə verilən yeganə imkan idi. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin səs yazısı 60 ildir "Amerikanın səsi"nin arxivində qorunub saxlanır.
Mənim səs-küylü evim
Səs-küylü ev (ing. The Loud House) – Kris Savino tərəfindən Nickelodeon üçün hazırlanan cizgi-serialı. Cizgi-serial, 10 qız övladları olan ailənin orta övladı olan 11 yaşlı uşaq – Lincoln Loud adlı bir uşağın xaotik gündəlik həyatı ətrafında dönür. Cizgi-film Kris Savinonun ana vətəni olan Miçiqan, Royal Woods şəhərində keçməkdədir. Serial 2013-ci ildə illik Animasiya Qısa Proqramına daxil edilən iki dəqiqəlik bir qısa film kimi şəbəkəyə yerləşdirilib. 2014-cü ildə isə bu cizgi-serial daha da inkişaf etməyə başladı. Epizodlar Burbank, Kaliforniyadakı Nikelodeon Animasiya Studiyasında istehsal olunur. Həmçinin, Nickelodeon ilə yanaşı Canadian Studios Jam Filled Entertainment tərəfindən də animasiya olunur. Cizgi-serial böyük bir ailədə böyüyən Kris Savinonun öz uşaqlığına əsaslanır və onun animasiyası əsasən qəzet komik lentlərindən əsirlənir. Nickelodeon 2016-cı ildə, ilk olaraq Mənim səs-küylü evim cizgi-serialının iki önizləmə epizodunu öz veb saytına yerləşdirir.
Naxçıvanın səsi
Naxçıvanın səsi - 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamış radio. “Naxçıvanın Səsi” Radiosu: “Naxçıvanın səsi” radiosu 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamışdır. Yarandığı ilk günlərdə radio yalnız Naxçıvan şəhərində və şəhərətrafı kəndlərdə yayımlanırdı. Radio hazırda muxtar respublika ərazisində 100.3 FM tezliyində yayımlanır. “Naxçıvanın səsi” radiosu hər gün səhər saat 08:00-dan gecə saat 00:00-dək 16 saat efirdə yayım həyata keçirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Artıq “Naxçıvanın səsi” radiosu təhsillə bağlı radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərir. "Naxçıvanın səsi" radiosuna fəaliyyətinin 7-ci ilində - 31 iyul 2008-ci il tarixdə Naxçıvan MR Televiziya və Radio Şurası tərəfındən müsabiqədənkənar xüsusi razılıq lisenziyası verilmişdir.
Oğuz səsi (qəzet)
Oğuz səsi — Şahbuz rayonunda nəşr olunan qəzet. Qəzet 1936-cı ildə "Sosializm maldarlığı" adı ilə nəşr olunmağa başlayıb. Yarandığı ilk günlərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olub. Qəzet o dövrkü sovet cəmiyyətində sosializm ideyalarının təbliğinə, sosialist iqtisadiyyatının yaranmasına, yeni mənəvi-əxlaqi dəyərlərin meydana gəlməsinə xidmət edib. 1963-cü ildə Şahbuzun bir rayon kimi ləğv edilməsinə qədər "Sosializm maldarlığı" adı ilə nəşr olunan qəzet 3 il sonra – rayon yenidən yaradılanda "Qabaqcıl" adı ilə nəşr olunmağa başlayıb. 1991-ci ilin sentyabrından isə yeni ictimai-siyasi vəziyyətlə – yəni sovet quruluşunun ləğv olunması ilə qəzetin adı dəyişdirilərək "Oğuz yurdu" qoyulmuşdur, 1992-ci ildə isə qəzetin adı müəyyən səbəblərdən yenidən dəyişdirilmiş və "Oğuz səsi" adı ilə nəşrinə başlanılmışdır. Qəzetin ilk redaktoru Rəzzak Babayev, sonrakı redaktorları Abbas Rəcəbli, Müseyib Mehdiyev, Mənaf Xudiyev, Bayram Qurbanov, Əsəd Quliyev, Əhməd Əhmədov, Aslan Bağırov, Elşən Məmmədov, Tahir Fərzəliyev, İmran Məmişov olmuşdur. Bir vaxtlar rayonda savadsızlığın ləğv olunması uğrunda ciddi mübarizə aparan qəzetin sonradan böyük müəlliflər ordusunun yaranmasında, alimlərin, şairlərin, yazıçıların yetişməsində özünəməxsus rolu olmuşdur. Allahverdi Həziyev, Güllü Məmmədova, Xeyrulla Abbasov, Əhməd Məmmədov, Xanlar Səfərəliyev, Çərkəz Məhərrəmov, Şirzad Quliyev, Şəhla Nəbiyeva, Bağdagül Əsgərova, Minayə Abdullayeva və başqaları qəzetin ən tanınmış yazarlarıdır. Uzun illər qəzetin tərkibində "Qönçə", hazırda isə "Məmməd Araz" adı ilə fəaliyyət göstərən ədəbi birlikdə onlarla şair yetişmiş, onların şeirləri xüsusi almanaxlarda dərc edilmişdir.
Qanımızın səsi (kitab)
Qayalarda qalan səs (film, 1995)
Film-tamaşada hadisələr bir mağarada baş verir. Qumru (Lətifə Cahandarqızı) əri Qulu (Vaqif Əsədov) ilə birgə düşməndən qaçaraq bu mağarada gizlənmişdir. Lakin onun əri artıq öldürülmüşdür. Qumru tez-tez mağaranı tərk edərək düşməndən ərinin qisasını almaqdadır. Film-tamaşa boyu Qumru ərinin ruhu ilə danışır. Sonda isə Qumrunun özü də düşmən gülləsinə tuş gəlir. Film-tamaşada Qumru və Qulunun timsalında Azərbaycan xalqının başına gətirilən bəlalar əks etdirilməyə çalışılır.
Qeybdən gələn səs (film, 2002)
Film-tamaşa repressiya qurbanı olmuş dahi şairimiz Mikayıl Müşfiqin həyatının son aylarını əks etdirir.
Quzuların səssizliyi (film)
Quzuların səssizliyi (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir. Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə "Oskar" mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər... Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur.
Quzuların səssizliyi (film, 1991)
Quzuların səssizliyi (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir. Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə "Oskar" mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər... Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur.
Ramiz Bağırov (səs rejissoru)
Ramiz Bağırov (27 sentyabr 1938, Bakı – 22 fevral 2018, Bakı) — Azərbaycan Televiziyasının Ali dərəcəli səs rejissoru. Ramiz Sadıq Saleh oğlu Bağırov 27 sentyabr 1938-ci ildə Bakı şəhərində tanınmış Azərbaycan SSR-ın əməkdar artisti Sadıq Saleh Bağırovın ailəsində dünyaya gəlmişdir. Əmək fəaliyyətinə Azərbaycan Televiziyasında (AzTV) səs operatoru kimi başlamişdir. Daha sonra Ali dərəcəli səs rejissoru vəzifəsinə qədər yüksəlmişdir. O, 50 ilə yaxın Azərbaycan Televiziyasında (AzTV) fəaliyyət ğöstərmişdir. Ramiz Sadıq Saleh oğlu Bağırov 22 fevral 2018-ci ildə vəfat etmişdir. Aparıcı Saleh Bağırov un atasıdır Aktyor, əməkdar artist Pərviz Bağırov un qardaşıdır Abşeron mahnıları (1969, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru. "Kommunist" (1969, qısametrajlı sənədli televiziya filmi) – rejissor Elmi mərkəz (1975, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru. Zibeydə nənə (1975, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru. Azərbaycan elləri (1976, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru.
Samitlərin səslənməsi
Danışıq səslərinin fərqli xüsusiyyətlərinə görə iki növə bölünür:sait səslər və samit səslər. Sait səslər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Samit səslərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. Dilimizdə 25 samit səs var ki,onlar yazıda 23 hərflə ifadə olunur. Samit hərflər:[b];[c];[ç];[d];[f][g];[ğ];[h];[x];[j];[k];[q];[l];[m];[n];[p];[r];[s];[ş];[t];[v];[y];[z]. Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür: 1. Cingiltili samitlər 2. Kar samitlər Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir. Cingiltili samitlərin tələffüzündə isə səs telləri də iştirak edir və onlar küydən və avazdan ibarət olur. Dilimizdəki cingili və kar samitlərin çoxu cütlük təşkil edir.
Shangri-La (səsyazma studiyası)
Shangri-La — Kaliforniyanın Malibu şəhərində yerləşən səsyazma studiyası. Hazırkı Sahibi prodüser Rik Rubindir. Əvvəlcə aktrisa Marqoya məxsus olan bu obyekt 1970-ci illərdə The Band tərəfindən icarəyə götürüldü və sonradan Bob Dilanın səsyazma studiyasına çevrildi. Martin Skorzezenin "The Last Waltz" sənədli filmində göstərilən qrupun müsahibələri Shangi-Lada lentə alınıb. Əmlak 2011-ci ildə Rik Rubin tərəfindən alınıb.
Səssiz Gecələr Festivalı
Səssiz gecələr (ukr. Німі ночі) və ya Səssiz Film və Müasir Musiqi Festivalı – hər il iyun ayının üçüncü həftəsonunda Ukraynanın Odessa şəhərində keçirilən film festivalı. İvan və Yuri Lipa Xeyriyyə Fondu və Ukrayna Dövlət Film Agentliyi tərəfindən təşkil olunur. İlk festival 18 iyun 2010-cu ildə Korobçinski adına İncəsənət Mərkəzində baş tutmuşdur. Festival avropalı sənətçilər və ukraynalı musiqiçilər tərəfindən ifa olunan müasir musiqi parçaları vasitəsilə beynəlxalq səssiz kino klassiklərini populyarlaşdırmaq və Aleksandr Dovjenko, Dziqa Vertov, İvan Kavaleridze, Heorhiy Stabovyi və s. kimi ukraynalı şəxslərin avanqard filmlərinin müasir incəsənət kontekstini bərpa etmək məqsədilə keçirilir. Festival açıq hava altında keçirilir və iki gün boyunca Odessa yaxta-klubunun limanında keçirilir. Festivalın məkanı kimi Odessa şəhərinin seçilmə səbəbi ilk Ukrayna filmlərinin bu şəhərdə çəkilməsidir.
Səsyazma prodüseri
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir. Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir. Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.
Muğanın səsi
"Muğanın səsi" (2020-ci ilə qədər "Suqovuşan") — Sabirabad rayonunda nəşr olunan qəzet. Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu veriləndə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul edilib. Qəzetə "Pambıq cəbhəsində" adının verilməsi də dövlət siyasətindən irəli gəlib. Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasətinin ortaya atıldığı bir vaxtda Muğan düzündə pambıqçılığın inkişaf etdirilməsi, bütün qüvvələrin bu strateji əhəmiyyətli məhsulun istehsalının artırılması naminə səfərbərliyə alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsində "Pambıq cəbhəsində" qəzetinin üzərinə mühüm vəzifələr düşürdü. Bir il sonra rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verildi. Qəzet isə hələ də iki səhifə həcmində A-3 formatında çıxır, materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu. 1948-ci ilə kimi 777 nömrəsi çıxıb. İndiki İsmət Qayıbov küçəsi 16 (o vaxtkı "İnqilab") yerləşən qəzet kiril əlifbası ilə 1000 tirajla buraxılmışdır. Qəzetin 50-ci illərdə redaktoru olmuş mərhum Paşa Nuriyev qeyd edir ki, 1962-ci ildə "Pambıq cəbhəsində"nin fəaliyyətinə xitam verilib. Azərbaycan KP MK-nın qərarına əsasən yaradılan Sabirabad rayonlararası "Muğan" qəzeti Əli Bayramlı – indiki Şirvan şəhərini və Saatlı rayonunu da əhatə edirdi.
Səs Media Qrup
SƏS Media Qrup və ya "Səs" Media Qrupu — Azərbaycanda fəaliyyət göstərən hökumətəmeyilli media-qrup. Təsisçisi və rəhbəri Bəhruz Quliyevdir. Səs İnformasiya Agentliyi və ya qısaca SİA 2008-ci il iyulun 23-də Azərbaycan Respublikası Vergilər Nazirliyi, Bakı şəhər Vergilər Departamenti, Dövlət Qeydiyyat İdarəsində qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, ingilis, rus və türk dilində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və online sistem ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı xəbərlər və analitik yazılar, rəylər əksini tapır. SİA Azərbaycanın bütün bölgələrində xüsusi müxbirlər təyin edib. O cümlədən Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-nin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Əlaqələr qurduğu qurumlar sırasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirlik və konsulluqlar, diplomatik missiyalar, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının Azərbaycandakı nümayəndəlikləri, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən diaspor qurumları, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var. Agentliyin bülletenlərinin yayılmasında Azərbaycanın aparıcı iqtidar və hökumətəmeyilli mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir.

səs sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qulağa gələn, eşidilən səda; eşitmə orqanının qavradığı şey; ün, səda. Uzaqdan səs gəlir. Zurna səsi. Top səsi. – Həyətdə Cəfər əminin fiti və tənbəl-tənbəl atılan addımlarının səsi eşidilirdi. H.Nəzərli. // Danışma, oxuma, qışqırma və s. zamanı səs tellərinin titrəməsindən hasil olan və ucalığı, səslənməsi ilə fərqlənən səda. Nazik səs. Səsini ucaltmaq. Səsindən tanımaq. Yanıqlı səs. – Salam, yoldaş katib, icazə verin, əlinizi sıxım, – deyə, kim isə xoş bir səslə daldan Şirzada müraciət etdi. M.İbrahimov. Sonra qızın dizlərinin heyi kəsildi, yıxılmamaq üçün ovçunun qoluna söykəndi, zəif bir səslə yalnız: – Məni evə apar, laçınım, – dedi. Ə.Məmmədxanlı. □ Səsi batmaq – hər hansı bir səbəbə görə səsi tutulmaq, eşidilməz olmaq. [Fərhad bəyin] ağzı qurumuş, səsi batmışdı. Qantəmir. Elə bil birdən səsim batdı. Ə.Məmmədxanlı. 2. Səs tellərinin müğənnilik (vokal) qabiliyyətini göstərən səslənmə dərəcəsi. Zil səs. Gur səs. Səsini yoxlamaq. – [Xədicə] …mahnı oxuyub səsini mənə eşitdirirdi. S.Hüseyn. 3. Bəzi cansız şeylərin çıxardığı və onlar üçün səciyyəvi olan səda. Küləyin səsi. Selin səsi. Dalğaların səsi. – Quşların nəğməsi, suların səsi; İnsandan uzaq olmasaydı əgər. M.Dilbazi. [Məzlum] radioqəbuledici cihazın səsini aldı. S.Vəliyev. 4. fiz. Hava və ya başqa mühit zərrəciklərinin titrəyiş hərəkəti. Səs nəzəriyyəsi. Səs sürəti. Akustikanın səs bəhsi. 5. dilç. İnsan nitqinin aydın dərk edilən elementi; sövt. Burun səsləri. Diş səsləri. 6. məc. Gurultu, patıltı; gurultu-patıltı; səssəda. Səsi sonra çıxacaq. □ Səs qopmaq (düşmək) – şayiə yayılmaq, xəbər yayılmaq, gurultu qopmaq. İkindi çağı idi. Obada “Dursunu ayı basmış” deyə səs qopdu. A.Şaiq. Kəndə səs düşdü. R.Rza. 7. məc. Mülahizə, rəy, mühakimə, fikir. Kütlənin səsi. Xalqın səsinə qulaq asmaq. 8. Dövlət və ictimai idarələrdə hər hansı bir məsələnin həllində öz fikrini bildirmək hüququ. Həlledici səs. Məşvərətçi səs. □ Səs vermək – 1) çağırışa cavab vermək, hay vermək. Eşidir, amma səs vermir. – Gəlirəm, anacan, – deyə, qız yuxarıdan anasına səs verir. Ə.Məmmədxanlı; 2) seçki zamanı bir məsələni, işi həll edərkən səsvermədə iştirak etmək, səsini bu və ya başqa adamın və ya bir işin lehinə vermək. Döyüşdə sınanmış mərd əsər kimi; Ellər vəhdətinə səs verək bu gün. M.Rahim. Səsə qoymaq – bir məsələnin və ya bir namizədin nə dərəcədə məqbul olub-olmadığını səsvermə yolu ilə müəyyən etmək. Yenə bir neçə yerdən səs gəldi ki, gündəlik təsdiq olunsun. Buna baxmayaraq, Nəcəf demokratiyanı gözləyərək səsə qoydu. M.İbrahimov. Şəhərli gənc, Xanlar Qasımoğlunun sədr olmasını səsə qoydu. Mir Cəlal. ◊ Səs çıxarmadan – sakitcə, səssiz, susaraq, dinmədən. Nəriman səs çıxarmadan ötənin qıçından tutdu və yerə çırpıb boğazladı. Mir Cəlal. Səs çıxmamaq – cavab verməmək, səssiz-səmirsiz oturmaq, danışmamaq, dinləmək, susmaq. Əvvəlcə heç kimdən səs çıxmadı. M.Hüseyn. Odunçuoğlu elə bil [tarçını] eşitmir, heç kəsin üzünə baxmır, başını aşağı dikib, yerindən qımıldanmır, ondan bir səs çıxmırdı. Ə.Məmmədxanlı. Səsə düşmək – bax dilə-ağıza düşmək 1-ci mənada. Sözüm dilə düşdü, mən səsə düşdüm; Dilimin ucundan qəfəsə düşdüm. B.Vahabzadə. Səsi kəsilmək – susmaq, dinməmək, kirimək. Nə qədər ki gəlir təndə nəfəsim; Bülbüli-şeydatək kəsilməz səsim. Q.Zakir. Ol xoruzu öldürübən atdılar; Ta ki kəsilsin səsi asudəcə. A.Səhhət. Səsinə səs vermək – çağırışa cavab vermək, həmrəylik göstərmək. Xalqın ən yaxşı oğulları Zərdabinin səsinə səs verir və onun ətrafına yığışırdı. M.İbrahimov. Məsmə qadınlar arasında … səsinə səs verənlər olduğunu görüb cürətləndi. Mir Cəlal. Səsini çıxartmamaq – susub qalmaq, dinməmək, danışmamaq, susmaq. Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşcadan oxumağa başladı. S.S.Axundov. [Veysəl:] Yatanların oyanmasından qorxub səsini çıxartmadı. Ə.Vəliyev. Səsini içinə (içəri) salmaq (çəkmək) – tam sükut etmək, səsini çıxartmamaq, tamamilə susmaq. Aşıq Sənan səsini içəri saldı. “Abbas və Gülgəz”. Şahin əvvəlcə üz-gözünü turşudub ufuldadı, sonra səsini içinə çəkdi. İ.Şıxlı. Səsini səsinə qatmaq – 1) səsinə səs vermək, birgə hərəkət etmək, həmrəy olmaq; 2) bax səs-səsə vermək. Molla da bunun yanında əyləşib, səsini qatır onun səsinə, başlayır ağlamağa. “M.N.lətif.” Səs-səsə vermək – bir yerdə ağız-ağıza verərək oxumaq, yaxud danışmaq, qışqırmaq. Uşaqlar sözlərini qurtarmamış üçü də səs-səsə verib ağlaşdılar. Çəmənzəminli. …Körpə uşaqlar quş kimi səs-səsə vermişdilər. Mir Cəlal. Qulağına səs gəlmək – eşitmək. Bir gün Mirzə Səfər rastabazardan ötərkən qulağına səs gəldi: Mirzə Səfər! Mirzə Səfər! Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / səs

səs sözünün etimologiyası

  • 1 Tarixən bu mənada ün kəlməsi işlədilib. Görünür, səs kəlməsi də səda, səmir sözləri kimi alınmadır. Küy sözü də səs kəlməsinin sinonimidir. Başqa bir mülahizəyə görə, səs sözü susmaq feili ilə kökdaş olub və öz sözümüzdür. Hətta söz, söylə və səs kəlmələrinin qohumluğunu da güman etmək olar. Bu sözün sinonimi yar kəlməsi olub. Yarla, yarlıq “elan”, “fərman” mənalarında qeydə alınıb. Güman ki, yar və car (çəkmək) eyni sözün fonetik variantlarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / səs

səs sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 səda — hay — qalmaqal — gurultu — çığırtı — bağırtı — tıqqıltı

    Azərbaycan dilinin sinonimlər lüğəti / səs
  • 2 1. SƏS İzzət uca səs ilə onun üstünə çığırıb başladı yamanı (C.Məmmədquluzadə); AVAZ Avazın yaxşı gəlir, oxuduğun Quran olsa (Ata. sözü); AVAZƏ (köhn.) Ta əzəldən var mənim guşimdə eşq avazəsi (Xətayi); NİDA Sabahın bu ahəngdar musiqisini., şeypur nidaları pozurdu (M.Rzaquluzadə); SƏDA [Məmmədhəsən:] İzzət, pəyədə axı mən bir ağlamaq sədası eşitdim, sən idin ağlayan? (C.Məmmədquluzadə); SƏS-SƏDA ..Gecə yarısı səs-səda kəsilir (M.S.Ordubadi); SƏS-SƏMİR Sonra səs-səmir kəsilib, kənd dərin bir sükuta qərq oldu (Çəmənzəminli); SÖVT (köhn.) Kərbəlayı Qulaməli Hacının bu sözlərini eşidəndə uca bir sövt ilə hönkürüb dizi üstə çökdü.. (Ə.Haqverdiyev); ÜN (köhn.) Səsim çatmır, ünüm yetmir deyəm: Ana! Ana! (R.Rza); VƏHY (din., ilahi səs) Hər nəfəsin bir ayə, vəhyi-müqəddəs kimi (Ə.Cavad); AHƏNG (gözəl səs) ..yaxında-uzaqda qayalardan tökülən suların şırıltısı birləşib xoş bir ahəng yaradırdı (İ.Əfəndiyev). 2. SƏS (mus.) [Xədicə:] ..mahnı oxuyub səsini mənə eşitdirdi (S.Hüseyn); AHƏNG (məc.) Mirzə Valeh bülbüllərin min bir nəğməsini dinləyir, axırda bir neçə beyt söyləyir, bu ahəngə qoşulurdu (S.Rəhimov); AVAZ Həkim özü yaxşıca avaz ilə oxuyurdu (C.Məmmədquluzadə); SƏDA Melodiyanın ilk sədaları təzə dilə gəlmişdi (Ə.Məmmədxanlı). 3. SƏS (dilç.), SÖVT (köhn.)

    Azərbaycan dilinin sinonimlər lüğəti / səs

səs sözünün rus dilinə tərcüməsi

  • 1 1. голос, звук, шум; 2. зов, клик, окрик; 3. слух, молва;

    Azərbaycanca-rusca lüğət / səs
  • 2 I сущ. 1. голос: 1) звуки, возникающие вследствие колебания голосовых связок при разговоре, пении, крике. Adam səsi человеческий голос, kişi səsi мужской голос, uşaq səsi детский голос, bülbülün səsi голос соловья, zəif səs слабый голос, səsi batmaq потерять голос, səsi gəlir kimin, nəyin доносится голос чей, səsindən tanımaq узнать по голосу, səsini ucaltmaq повысить голос, səs eşidildi послышался голос 2) звучание голосовых связок при пении, способность петь. Yüksək səslə oxumaq петь высоким голосом, gözəl səs прекрасный голос, qadın səsi üçün романс романс для женского голоса, səsi olmaq иметь (хороший) голос, səsi yoxdur не имеет голоса 3) звуки, сопровождающие какое-л. явление, действие, работу устройств, предметов. Dənizin səsi голос моря, küləyin səsi голос ветра, küçədən gələn səslər голоса с улицы, motorların səsi голоса моторов 4) перен. веление, зов какого-л. внутреннего чувства, убеждения, инстинкта. Vicdanın səsi голос совести, daxili bir səs внутренний голос 5) мнение, суждение, высказывание. Öz səsi olmaq иметь свой голос, kütlələrin səsi голос масс, xalqın səsi голос народа 6) право заявлять своё мнение при решении вопросов в государственных и общественных учреждениях. Həlledici səs решающий голос, məşvərətçi səs совещательный голос 7) самомнение в его внешнем выражении. Səslər bölündü голоса разделились, seçkilərdə səs qazanmaq получить голоса на выборах, səslərin sayılması подсчет голосов, səs çoxluğu ilə большинством голосов, səslər uğrunda mübarizə борьба за голоса 2. звук: 1) слуховое ощущение, вызываемое действием механических колебаний окружающей среды; то, что мыслышим. Addım səsi звук шагов, atəş səsi звук выстрела, gülüş səsi звук смеха, öskürək səsi звук кашля, partlayış səsi звук взрыва, səsə qulaq asmaq прислушиваться к звуку, səsə (səs gələn tərəfə) dönmək обернуться на звук, səsə oyanmaq проснуться на звук, səsə görə təyin etmək определить что-л. по звуку 2) лингв. членораздельный элемент человеческой произносимой речи. Azərbaycan dilinin səsləri звуки азербайджанского языка, sait səslər гласные звуки, samit səslər согласные звуки, burun səsi носовой звук, vurğulu səs ударный звук, səsi tələffüz etmək произносить звук, hansı səslə qurtarır кончается на какой звук 3) физ. колебательное движение частиц воздуха или иной среды. Eşidilməyən səslər неслышимые звуки, səsin gurluğu громкость звука, səsin sürəti скорость звука, səsin ucalığı высота звука, səsin şiddəti интенсивность звука, səsin udulması поглощение звука (звукопоглощение) 4) муз. тон определенной высоты, громкости, длительности тембра. Musiqi səsi звуки музыки, saz səsi звуки саза 3. слух (известия, сведения, достоверность которых не установлена). Qulağıma səs dəyib дошёл до меня слух, səs yayıblar ki, … распространили слух, что … 4. шум: 1) совокупность неясных глухих звуков, сливающихся в однообразное звучание. Küləyin səsi шум ветра, meşənin səsi шум леса, şəhərin səsi городской шум 2) перен. толки, оживленное обсуждение, вызванные повышенным интересом к кому-, к чему-л. Səs salmaq наделать шуму 3) оживленное движение, деятельность, суета. Səs qopdu поднялся шум, sinifdəki səs шум в классе II прил. 1. голосовой. Səs telləri голосовые связки 2. звуковой: 1) ощущаемый, воспринимаемый на слух. Səs dalğaları звуковые волны, səs izolyasiyası звуковая изоляция, səs sistemi звуковая система, səs tərkibi звуковой состав, səs yazısı звуковая запись (звукозапись) ◊ səs vermək: 1) голосовать, участвовать в голосовании; проголосовать за кого, за что 2) откликаться, откликнуться на чей-л. зов; səsə qoymaq ставить, поставить на голосование; səs eləmək шуметь; səs çıxarmadan не издавая звука, тихо; səsi çıxmamaq сидеть молча; səsə düşmək: 1) быть предметом разговоров 2) впадать, впасть в панику; səsi kəsilmək: 1) умолкать, умолкнуть, замолкать, замолкнуть 2) перестать действовать; səsinə səs vermək: 1. быть солидарным с кем-л.; 2. подавать, подать голос, откликнуться на зов; səsini içinə salmaq: 1) голоса не подавать 2) всхлипывать, судорожно вздыхать при плаче; səsini səsinə qatmaq см. səsinə səs vermək; присоединять свой голос к чьему-л. голосу; səsini çıxartmamaq молчать, рта не раскрывать; qulağına səs gəlmək послышаться (о голосе); səsə salmaq разглашать, разгласить что-л. скрываемое; səsi aləmi basmaq (götürmək) кричать, говорить во все горло; səsini qaldırmaq kimə повышать, повысить голос на кого; səsinin yoğun yerinə salmaq орать во всё горло на кого-л.; səsi sonra çıxacaq отзовётся потом

    Azərbaycanca-rusca lüğət / səs

səs sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. voice; sound; noise; ~ini qaldırmaq / ucaltmaq to raise one’s voice; güclü ~ a strong voice; ~ tələffüz etmək to utter / pronounce a sound; təmiz ~ clear sound; sait ~ vowel; samit ~ consonant; ~ qaldırmaq to make* a noise, to set* up a clamour; küləyin ~i the noise / sound of the wind; bir ~lə with one voice, unanimously; bir kəsi müdafiə etmək üçün ~ini qaldırmaq to raise one’s voice in defence of smb.; etiraz ~ini ucaltmaq to make* / to raise a protest; 2. vote; ~ vermək to vote (for), to give* one’s vote (to, for); ~ə qoymaq to vote (for), to ballot (for), ~ə qoyulmaq 1) to be* a candidate (for), to stand* (for); 2) to be* put to the vote; ~ toplamaq to collect / to poll votes; ~ çoxluğu ilə qalib gəlmək to outvote (d.); əleyhinə və lehinə ~lər the ayes and the noes; Səslər parçalandı The votes were divided; 3) to respond (to), to make* up the call; ~ salmaq 1) to make* / to raise a noise; to be* noisy; 2) (küy qaldırmaq) to kick up a row, to make* a fuss; (çox danışmaq) to talk a lot, to make* a song; ~ə salmaq to divulge (d.), to give* away (d.); ~-~ə vermək to sing* together, to sing* in chorus; ~i batmaq to grow* / to become* hoarse; ~ini kəsmək 1) to stop one’s talk; 2) to make* smb. stop talking / speaking; məc. to make* smb. keep silent / silence, to cause smb. to be silent II. s. sound; ~ birləşməsi sound combination; ~ operatoru sound producer; ~ siqnalı sound signal; ~ dalğası fiz. sound wave; ~ telləri vocal cords

    Azərbaycanca-ingiliscə lüğət / səs

səs sözünün fransız dilinə tərcüməsi

  • 1 is. voix f ; ~ azlığı minorité f des voix ; ~ azlığı ilə par la minorité des voix ; ~ vermək voter ; ~ vermədən (elan edilmə yolu ilə) par acclamation ; ~ vermədən seçmək acclamer vt ; ~ verməmə abstention f ; ~ verməyən adam abstentionniste m ; ~ verməmək abstenir (s’) ; ~ qazanmaq gagner les voix ; ~ yayıldı ki,. . . le bruit a couru ; ~ eyniliyi (tarazlığı) égalité f des voix ; ~ eyniliyi ilə avec l’égalité des voix ; ~ itirmək (səsvermədə) perdre les voix ; ~ itgisi (azlığı) perte f des voix ; ~ salmaq faire du bruit (du tapage, du bochan, du chahu) ; ~ toplamaq obtenir les voix (réunir, recueillir, rallier, totaliser) les voix ; ~ çoxluğu majorité f des voix ; ~ çoxluğu qazanmaq gagner la majorité des voix ; ~ çoxluğu qazanan gagnant m ; ~ çoxluğu ilə avec la majorité absolue ; ~ çoxluğu ilə seçmək élire avec la majorité absolue ; ~ hesablayanları seçmək désigner des scrutateurs ; ~ə qoymaq soumettre (mettre) aux voix ; ~i alınmaq privation f du droit de vote ; ~lər bölünmüşdür les voix étaient réparties ; ~lərin sayı nombre m des voix ; ~lərin hesablanması dépouillement m du scrutin ; boğuq ~lə d’une voix éraillée

    Azərbaycanca-fransızca lüğət / səs

səs sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. ван; nağara səsi далдамдин ван; qalın səs яцӀу ван; səsindən tanımaq ванцелай чир хьун; burun səsləri лингв. нерин ванер; // ванцин; fizikanın səs bəhsi физикадин ванцин бягьс (акустика); 2. пер. ван, гьарай, ван-гьарай; səsi sonra çıxacaq ван ахпа акъатда; // səs qopmaq (düşmək) ван гьатун (акъатун), чав акъатун (гьатун), хабар чукӀун; 3. пер. фикир; xalqın səsi халкьдин ван; 4. сес; səs vermək а) гьай гун, жаваб гун (эверуниз); б) сес гун, хкягъунра иштирак авун; səsə qoymaq сесинал эцигун, сесинал тун, сес гуналди тайин авун; ** səs çıxarmadan ван акъуд тавуна, ван тавуна, чуькьни тавуна, кисна, секиндаказ; səs çıxmamaq ван акъат тавун, жаваб тагун, рахун тавун, чуькь тавун, куьтӀ тавун, кисун; səsə düşmək кил. dil (dilə-ağıza düşmək) а); səsi kəsilmək ван атӀун, ван кьун, рахун тавун, кисун; səsinə səs vermək ванциз гьай гун, эверуниз жаваб гун, рейсадвал къалурун; səsini çıxartmamaq ван акъуд тавун, рахун тавун, кисна акъвазун, кисун; səsini içinə (içəri) salmaq (çəkmək) ван къене ттун, ван акъуд тавун, тамам кисун; səsini səsinə qatmaq а) ванцик ван кутун, ванциз гьай гун, санал гьерекат авун, рейсад хьун; б) кил. səs səsə vermək; səs-səsə vermək ван-ванце ттун, вирида санал гьараюн, эверун, рахун, кӀелун; qulağına səs gəlmək (япуз) ван хьун, ван атун, япукь ван галукьун.

    Azərbaycanca-ləzgicə lüğəti / səs

səs sözünün türk dilinə tərcüməsi

"səs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səs nədir? #səs sözünün mənası #səs nə deməkdir? #səs sözünün izahı #səs sözünün yazılışı #səs necə yazılır? #səs sözünün düzgün yazılışı #səs leksik mənası #səs sözünün sinonimi #səs sözünün yaxın mənalı sözlər #səs sözünün əks mənası #səs sözünün etimologiyası #səs sözünün orfoqrafiyası #səs rusca #səs inglisça #səs fransızca #səs sözünün istifadəsi #sözlük