Səyadulla sözü azərbaycan dilində

Səyadulla

Yazılış

  • Səyadulla • 90.9091%
  • səyadulla • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səyadulla Kərimli
Kərimli Səyadulla Xudaverdi oğlu — yazıçı-publisist, tənqidçi. == Həyatı == Səyadulla Kərimli 1948-ci il iyulun 1-də Yardımlı rayonunun Zenqaran kəndində anadan olmuşdur. Orta təhsilini 1966-cı ildə Yardımlıdakı M.F. Axundov adına 1 saylı orta məktəbdə bitirmişdir. 1967-1969-cu illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Yardımlı rayonundakı Hamarkənd kənd orta məktəbində müəllimlikdən başlamışdır. 1976-1977-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir. 1977-ci ildə Bakı şəhərinə köçmüş, bir il Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir, 1978-1981-ci illərdə "Azərnəşr"də redaktor, böyük redaktor, 1982-1990-cı illərdə "Zəka" jurnalında məsul katib, 1991-2005-ci illərdə "Zəka" jurnalında baş redaktor, 2006-2008-ci illərdə "Respublika" qəzetində redaktor, 2008-2009-cu illərdə isə "Lider" TV-nin Dublyaj redaksiyasında redaktor vəzifələrində çalışmışdır. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında həmişə mühüm fəaliyyəti olub. Fəxri adlara, fəxri fərmanlara, müxtəlif mükafatlara layiq görülüb.
Səyadulla Əhmədov
Səyadulla Rasim oğlu Əhmədov (29 dekabr 1998; Cəfərxanlı, Cəlilabad, Azərbaycan — 2 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyədulla Əhmədov 29 dekabr,1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində anadan olub. == Hərbi xidmətləri == Səyadulla Əhmədov 2017–2019-cu ildə Naxçıvanda BMP atıcısı kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səyadulla Əhmədov Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. Səyadulla Əhmədov oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Cəlilabadda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sayadulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyadulla Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səyadulla Əhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səyadulla Əhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 1.35
2010 ••• 0.18

səyadulla sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

adı sayılan Allah, hörmətli Allah.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#səyadulla nədir? #səyadulla sözünün mənası #səyadulla nə deməkdir? #səyadulla sözünün izahı #səyadulla sözünün yazılışı #səyadulla necə yazılır? #səyadulla sözünün düzgün yazılışı #səyadulla leksik mənası #səyadulla sözünün sinonimi #səyadulla sözünün yaxın mənalı sözlər #səyadulla sözünün əks mənası #səyadulla sözünün etimologiyası #səyadulla sözünün orfoqrafiyası #səyadulla rusca #səyadulla inglisça #səyadulla fransızca #səyadulla sözünün istifadəsi #sözlük