səyahəti sözü azərbaycan dilində

səyahəti

Yazılış

  • səyahəti • 96.2660%
  • Səyahəti • 3.5006%
  • SƏYAHƏTİ • 0.2334%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qulliverin səyahəti
Qulliverin səyahəti ing. Gulliver's Travels —Conatan Sviftin romanı. == Romanın məzmunu == Qulliverin səyahətləri, İrland yazıçı Conatan Sviftin 1726-cı ildə tamamladığı satirik romandır. Svift bu romanda həm insan təbiətini, həm də səyahət yazılarını təsvir edir. Qulliverin səyahəti Conatan Sviftin ən məşhur əsəri olmaqla yanaşı, ingilis ədəbiyyatı klassikləri arasındadır. Qulliverin səyahətləri Lemuel Qulliver adlı bir həkimin bir-birindən çox fərqli zaman və məkan ölçüləri olan ölkələrdə yaşadığı və dəniz qəzalarından qaçaraq səyahətlərinə sığındığı torpaqlarla qarşılaşdığı ölkəsi İngiltərədən yaşadığı fövqəladə hekayələri izah edir. Qulliverin gəzdiyi yerlər və yaşadıqları təcrübələr vasitəsilə 18-ci əsr İngiltərəsini, Avropalılığını və Avropa perspektivini simvollarla təsvir edir və qeyd edir. Siyasi satirik əsər kimi yazıldığı halda, nəşrindən səksən il sonra Qlazqoda bir kitab mağazası tərəfindən sadələşdirilmiş və şəkillərlə bəzədilmiş və uşaq ədəbiyyatının klassiklərinə çevrilmişdir. Dörd ayrı səyahətin təsvir olunduğu dörd fəsildən ibarət olan kitabda müəllif oxucunu qəbul etdiyi standartların, dəyərlərin, qanunların və idarəetmə sistemlərinin ümumi etibarlılığını şübhə altına almağa və fərqlilik anlayışını inkişaf etdirməyə yönəldir. [3] Dövrün ictimai, siyasi və dini qurumlarına qarşı yönəlmiş sərt tənqid və daşlama keyfiyyətini özündə cəmləşdirən əsər müəllifin yeganə romanıdır.
Zaman səyahəti
Zaman səyahəti — zaman daxilində müəyyən nöqtələr arasında soxulcan dəliyi kimi vasitələrlə hərəkət etmək düşüncəsi. Zaman səyahəti haqda fəlsəfə və fantastika sahələrində daha çox danışılır. == Nəzəriyyə == Bəzi nəzəriyyələr xüsusilə, "xüsusi və ümumi nisbilik" nəzəriyyələri müvafiq məkan və zaman həndəsələri vasitəsilə zamanda keçmişə və yaxud gələcəyə getməyin mümkün olduğunu irəli sürür. Fiziklər texniki məqalələrdə əsasən zamanda "hərəkət etmək" və ya "səyahət etmək" ifadələrindən istifadə etmirlər. Nisbilik nəzəriyyələrinə əsasən, əgər bir insan Yerdən uzaqlaşıb nisbi sürətdə geri qayıdarsa, həmin insan üçün Yerdə daha çox vaxt keçmiş olar. Buna əsasən də "gələcəyə səyahət"in mümkün olduğu düşünülür. "Baba padoksu"nda isə bu deyilir: === Zaman turizmi === Stiven Hokinq gələcəkdə turistlərin olmamasının zamanda səyahətin varlığına qarşı bir ziddiyət olduğunu irəli sürmüşdür. Bu paradoks "Fermi paradoksu"nun başqa növ formasıdır. Amma bu paradoks zaman səyahətinin fiziki cəhətdən mümkün olduğunu sübut etmir. Çünki zaman səyahəti fiziki cəhətdən mümkün ola bilər, amma indiyə kimi istifadə edilə biləcək formada olmayıb.
Aydınlanma səyahəti (kitab)
Aydınlanma səyahəti — Ceylan Mumoğlunun 2016-cı ildə Bakıda nəşr olunmuş ilk kitabı. Kitab 14 avqust 2016-cı ildə təqdim edilib. Kitabın təqdimatı "Kitabevim.az" kitab evində keçirilib. Tədbirdə müəllifin dostları, qələm yoldaşları, media nümayəndələri, eləcə də oxucular iştirak edib, öz ürək sözlərini bölüşüblər. == Məzmun == "Aydınlanma səyahəti" insan beyninin mövcud imkanları barədə dolğun araşdırma kitabıdır. Əsərin psixoloji, fəlsəfi, riyazi və bədii həllinə uzun sürən araşdırmanın nəticəsində nail olunub. Kitabda yerli nəşrlərdə az-az rast gəlinən elmi xronikaya geniş yer verilib. Düşünürəm ki, bu kitab təkcə bədii ədəbiyyat həvəskarlarına yox, eləcə də, araşdırma kitabı oxucularına da əsl hədiyyə ola bilər. Çünki kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub"- deyə kitabın redaktoru Səbuhi Şahmursoy bildirib. == Nəşr == Bu kitab Kitabsevərlər qrupu və qadin.net saytının birgə işi, müəllifin isə ilk kitabı olaraq çapa hazırlanıb.
Ceyms Kerdin səyahəti
Ceyms Kerdin səyahəti — Cənubi Şetland adalarındakı Fil adasından Cənubi Atlantik okeanındakı Cənubi Georgiya adalarına təşkil olunmuş 1500 km-lik kiçik qayıq səyahəti. Ser Ernest Şeklton və beş yoldaşı tərəfindən başladılan səyahətin məqsədi səyahəti 1914–1917-ci illərdə İmperial Trans-Antarktika ekspedisiyasının əsas gövdəsində qurtarmaq idi, lakin ekspedisiyanın Endurans gəmisinin yoxa çıxmasından sonra Fil adasında yekunlaşmalı oldu. Qütb tarixçiləri səyahətə bu günə kimi kiçik bir qayıqla edilən ən böyük səyahətlərdən biri kimi baxırlar. 1915-ci ili oktyabr ayında Veddel dənizindəki buz sahəsi Endurans gəmisini batırdı və Şeklton və yoldaşları dalğanın axını istiqamətində buz sahəsinin üstündə qaldılar. Onların sağ qaldıqları müddət ərzində qrup üzvləri daşqın düşərgələrini dağıtdığı zaman 1916-cı ilin aprel ayında şimala doğru çəkildilər. Sonra xilasedici qayıqlarında Fil adasına doğru getdilər, burada Şeklton qərara aldı ki, xilasolmağın ən təsirli yolu Cənubi Georgiyada xilasedici qayıqların birini satmaqdır. Üç xilasedici qayıqdan biri olan Ceyms Kerd ən möhkəmi hesab edildi və səyahəti onunla təhlükəsiz sona yetirmək olardı. Şeklton onu ekspedisiyanın maliyyələşməsinə kömək olan istehsalçı və xeyriyyəçi Cənab Ceyms Ki Kerdin şərəfinə adlandırmışdı. Səyahətdən əvvəl, gəmi ustası Henri Makniş onu möhkəmləndirdi və Cənub okeanının əzəmətli dənizlərinə tabe olmaq üçün düzəltdi. Bir sıra böyük həcmli təhlükələrdən qurtulduqdan sonra qayıq 16 gün davam edən səyahətin ardından Cənubi Georgiyanın cənub sahillərinə çatdı.
Adam Laksmanın Yaponiya səyahəti
Rusiyanın Yaponiyaya ilk ekspedisiyası — 1792–1793-cü illərdə leytenant Adam Laksmanın başçılıq etdiyi heyət tərəfindən həyata keçirilmiş ekspedisiya. Təbiətşünas Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi. "Ekaterina" gəmisinin heyətindən ibarət olan ekspedisiya səyahət boyunca Nemuro, Hakodate və Matsumae şəhərlərində olmuşdur. Ekspedisiyada Laksmanla yanaşı, naviqator Vasili Lovtsov, Oxot komendantının oğlu Vasili Kox, tərçüməçi Yeqor Tuqolukov, serjant İvan Trapeznikov, tacirlər Vlas Babikov və İvan Polnomoşnyi kimi şəxslər iştirak etmişdir. Yaponiya hökuməti ruslara qarşı qonaqpərvərliklə davransa da, diplomatik əlaqələr qurmaqdan və ticarət etməkdən imtina etmişdirlər. Laksman Naqasaki limanına daxil olmaq üçün icazə sənədi alsa da, bu sənəddən istifadə etmədən Yaponiyaya qayıtmış və ekspedisiya öz məqsədinə çatmamışdır. Nikolay Rezanovun 1804-cü ildə Naqasaki limanına daxil olmaq üçün cəhdinə qədər Yaponiyaya başqa bir rus ekspedisiyası göndərilməmişdir. == Marşrutu == === Nemuro === Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Rusların gəlişi Nemuro, Matsumae və Edodakı rəsmilər arasında qızğın müzakirələrə səbəb olsa da, onları təəccübləndirməmişdi.
Dəniz səyahəti (film, 1992)
== Məzmun == Bu alleqorik nağıl acınacaqlı taleyi olan itaətkar qoyunlar haqqındadır. Günlərin birində onların arasına "gözüaçıq" bir qoyun düşür və o hiss edir ki, qoyunları sürü ilə harasa, gedər-gəlməzə aparırlar. Qoyun öz taleyindən qaçıb canını qurtarmağa çalışır və yolunu...dənizdən salır... == Səhv == Titrlər: Filmin adı "Dəniz səyyahəti" olaraq yazılmışdır. Doğrusu "Dəniz səyahəti"dir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Murad İbrahimbəyov Kinorejissor: Elçin Axundov Quruluşçu rəssam: Gülşən Quliyeva, Elçin Axundov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov Montaj edən: Nisə Hacıyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Arifə Hatəmi, Rauf Dadaşov, Gülşən Quliyeva, Vaqif Məmmədov, Aleksandra Şirinova, Ələkbər Məmmədov, Cahangir Süleymanov, Firəngiz Quliyeva Assistent: Z.Rəhimova, Solmaz Hüseynova Rəssam: Tamilla Əsgərova, Hüseyn Cavid İsmayılov Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Seyid Əhmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Kolumbdan əvvəl dünya səyahəti
Kolumbdan əvvəl dünya səyahəti - 1492-ci ildə Xristofor Kolumbun Amerikanı kəşf etməsindən əvvəl, Avropada yaşayan xalqların Amerikaya getməsi barədə müxtəlif faktlar və iddialar vardır. İddialara əsasən Amerikada yaşayan yerli xalqlar müxtəlif vaxtlarda Afrika, Asiya, Avropa və Avstraliya və Okeaniyada yaşayan yerli xalqlarla əlaqə yaratmışdılar. Arxeloji qazıntılar və elmi araşdırmalar zamanı bu iddiaların yalnız biri təsdiqlənmişdir. Eramızın 1000-inci ilinə aid Vikinqlərə məxsus Nyufaundlend adasında Lase au Medos yaşayış mərkəzi aşkarlanmışdır. Digər iddialar isə elmi baxımdan təsdiqlənməmişdir.
Ceyms Kukun üçüncü dünya səyahəti
Ceyms Kukun üçüncü dünya səyahəti 1776-1780-ci illərdə baş tutdu və Kral Cəmiyyətinin tövsiyəsi ilə Britaniya hökuməti tərəfindən təşkil edildi. Onun məqsədi şimal-qərb keçidini tapmaq idi. Ceyms Kuk Şimali Amerikanın Sakit okean sahillərinə çatdı, qitənin qərb sahilinin xəritəsini çəkdi və Berinq boğazından keçdi. Lakin buz onun həm şərqə, həm də qərbə üzməsinə mane olurdu. Gəmilər Sakit Okeana qayıtdılar və qış üçün Havay adalarına çatdılar. Yerlilərlə atışma oldu və 14 fevral 1779-cu ildə Kuk atışmada öldürüldü. Ekspedisiyanın komandanlığını şimal-qərb keçidini tapmağa cəhd edən Çarlz Klerk öz üzərinə götürdü. Ölümündən sonra ekspedisiyaya Con Qor rəhbərlik edirdi. Gəmilər 1780-ci ilin oktyabrında İngiltərəyə qayıtdı. Orada onlar təmkinli qəbulla qarşılaşdılar.
Tomas və dostları: Dünya səyahəti
Tomas və dostları: Dünya səyahəti (ing. Thomas & Friends: Big World! Big Adventures!) — 2018-ci ildə istehsal olunmuş cizgi filmidir. == Həmçinin bax == Tomas və dostları Tomas və sehirli dəmiryolu == Xarici keçidlər == Tomas və dostları: Dünya səyahəti — Internet Movie Database saytında.
"Azərbaycan"da dəniz səyahəti (film, 1976)
"Azərbaycan"da dəniz səyahəti — qısametrajlı sənədli film. Rejissor Cəmil Fərəcov tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Mənzərə filmində Qara Dəniz gəmiçiliyinə məxsus rahat "Azərbaycan" teploxodunda xarici turistlərin əyləncəli dəniz səyahətinə çıxmalarından, İspaniyada, Kanar adalarında, Seneqalda, Mərakeş və s. ölkələrdə olmalarından danışılır. == Məzmun == Mənzərə filmində Qara Dəniz gəmiçiliyinə məxsus rahat "Azərbaycan" teploxodunda xarici turistlərin əyləncəli dəniz səyahətinə çıxmalarından, İspaniyada, Kanar adalarında, Seneqalda, Mərakeş və s. ölkələrdə olmalarından danışılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Cəmil Fərəcov Rejissor: Cəmil Fərəcov Operator: Fikrət Əsgərov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
T.S. Spivetin inanılmaz səyahəti (film 2013)
Mister Spivetin inanılmaz səyahəti (ing. The Young and Prodigious T.S. Spivet-tərcümə: Kiçik yaşlı və qəribə T.S. Spivet) — Amerikalı yazıçı Reif Larsenin T.S Spivetin Seçilmiş İşləri kitabı əsasında Jan- Pyer Jeunet tərəfindən macəra janrında çəkilmiş film. Filmdə Kayl Catlett, Helena Bohman Karter, Cudi Devis və Renni Kallum Kit kimi film ulduzları iştirak ediblər. == Süjet == T.S. Spivet böcəklərin morfologiyası ilə məğul olan anası, atası və 14 yaşlı Miss Amerika olmaq arzuları ilə yaşayan bacısı ilə Montanada heyvandarlıq fermasında yaşayır. Filmdə ailənin mal-qaranı saxladığı yerdə odlu silahdan açılmış atəş nəticəsində həlak olmuş Spivetin kiçik qardaşı Layton da var. Layton həmişə Spivetin heç kəs olmadıqda gözünə görünür və atəş miqyasının ölçülməsi təcrübəsi üçün onunla söhbət edir, ancaq Spivet özü nə baş verdiyini başa düşmürdü. Spivet artıq 10 yaşı olanda elmi kəşflərə və kartoqrafiyaya böyük maraq göstərirdi. Bir gün o gözlənilmədən Smitsonian İnstitutundan zəng qəbul edir və ona, daimi mühərrikin kəşfinə görə çox nüfuzlu Beyrd mükafatının qalibi olduğu söylənilir və onun şərəfinə keçirilmiş tədbirdə özünün də iştirak etməsini istəyirlər. Bu haqda T.S.Spivet evdə heç kəsə demir və bu tədbirə yük qatarı ilə gedir. == Mükafatları == 39-cu Sezar Mükafatı təqdimatında film Ən Yaxşı Kinemotoqrafiya mükafatı qazanıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.04 dəfə / 1 mln.
2003 •••• 1.18
2004 ••• 1.01
2005 ••••••••••••• 4.72
2006 ••••••••••• 4.05
2007 ••••••••• 3.38
2008 •••• 1.22
2009 ••••• 1.92
2010 ••••••••• 3.18
2011 ••••••••• 3.26
2012 ••••••••• 3.27
2013 •••••••••• 3.65
2014 •••••••• 2.75
2015 •••••••••••••••••••• 7.83
2016 •••• 1.56
2017 ••••••••• 3.25
2018 ••• 1.05
2019 •••••• 2.23
2020 ••••••••••• 3.98

"səyahəti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səyahəti nədir? #səyahəti sözünün mənası #səyahəti nə deməkdir? #səyahəti sözünün izahı #səyahəti sözünün yazılışı #səyahəti necə yazılır? #səyahəti sözünün düzgün yazılışı #səyahəti leksik mənası #səyahəti sözünün sinonimi #səyahəti sözünün yaxın mənalı sözlər #səyahəti sözünün əks mənası #səyahəti sözünün etimologiyası #səyahəti sözünün orfoqrafiyası #səyahəti rusca #səyahəti inglisça #səyahəti fransızca #səyahəti sözünün istifadəsi #sözlük