Portuqaliyalı dəniz səyyahları
Portuqal Səyyahların Coğrafi Kəşfləri (port. Descobrimentos portugueses) - Portuqaliya tarixində mühüm rol oynamış, Afrika qitəsini dövr edərək, ümid burnu vasitəsi ilə Asiyaya doğru hərəkət etmiş və bununla da Asiyaya da yaşayan xalqlarla əlaqə yaratmış Portuqaliyalı səyyahların coğrafi kəşflərinə verilən ümumi ad. Portuqaliyalı səyyahlardan olan Bartolomeu Dias Hindistana gedən dəniz yolunu kəşf etmişdir. Vasko da Qama Hindistana getmiş ilk avropalı olmuşdur. Fernan Magellan isə 1519 - 1522-ci il səyahətləri zamanı yerin dairəvi şəkildə olduğunu sübut etmişdir. Portuqal dəniz səyyahları Portuqaliya krallığının icazəsi və maddi dəstəyi ilə səfərlərə çıxırdılar. Onların qarşılarında dayanan əsas məqsədlərdən biridə yeni ərazilər kəşf etməklə yanaşı krallığını ərazisini genişləndirmək və müstəmləkəçilik siyasətini uğurlu bir şəkildə tətbiq etmək idi. Portuqallar ilk dəfə olaraq Braziliyanı kəşf etmiş və 1542-ci ildə Yaponiya sahillərində lövbər salmışdılar.
Portuqaliyanın geniş sahil xəttinin olması bu ölkədə çox sayda liman şəhərinin yaranmasına səbəb olmuşdur. Orta əsrlərdə ən yaxşı və dözümlü gəmilər Portuqaliyada hazırlanır, ən peşəkar dənizçilər burada yetişdirilirdi.