törəmələri sözü azərbaycan dilində

törəmələri

Yazılış

  • törəmələri • 97.1223%
  • Törəmələri • 1.4388%
  • TÖRƏMƏLƏRİ • 1.4388%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İmidazolin törəmələri
Korroziya problemi dünya ölkələrinin müxtəlif sənaye sahələrində xüsusilə neftin emalı və nəqli sahəsində iqtisadiyyata vurduğu ziyana görə öz aktuallığını hələ də saxlayır. Bu problemin həlli istiqamətində bir çox elmi tədqiqat işləri və nəticələr əldə olunsa da effektiv həll yolu hələ də elmi tədqiqatçıların axtarışındadır. Korroziyadan müdafiənin həm iqtisadi həm də ekoloji baxımdan ən optimal üsulu inhibitorların yaradılması və tətbiqi üsuldur. Korroziya yaranmasına səbəb olan amillər bir neçə istiqamətdə olduğundan inhbitorların da maksimum çoxfunksiyalı olması zəruridir. Bu baxımdan biz də öz tədqiqatlarımızda əsasən karbon qazı korroziyasına və sulfatreduksiyaedici bakteriyaların səbəb olduğu H2S korroziyasına qarşı inhibitor-bakterisidlərin sintezini qarşımıza məqsəd qoymuşuq. Məlumdur ki, tərkibində azot saxlayan üzvi birləşmələr — aminlər, amidlər, imidazolinlər, imidazollar korroziya inhibitorları kimi müvəffəqiyyətlə tətbiq olunurlar. İmidazolin birləşmələri və onların törəmələrinin sintezi, xassələri və tətbiqinə aid ədəbiyyatda geniş məlumatlar verilir. Bu birləşmələrin korroziya inhibitoru kimi xassələrinin onların molekul quruluşundan asılılıqları izah olunmuşdur. Metal səthində bu molekulların adsorbsiyası heteroatomda iki qat rabitənin və tək elektron cütünün olması ilə müəyyənləşir. Turş mühitlərdə metal səthində yağ turşularının imidazolinlərinin korroziya inhibitor xassələri Şaker və başqaları tərəfindən öyrənilmişdir.
Dərinin xoşxassəli törəmələri
Dərinin xoşxassəli törəmələri — qocalıq ziyilləri, qocalıq keratoması, fibroma, lipoma, dəri buynuzu və s nəzərdə tutulur. Bunarın hər birininn özünəməxsus göstəriciləri və müalicə üsulları vardır. == Qocalıq ziyilləri == Qocalıq ziyilləri (lat. Verruca senilis)Başlıca olaraq qocaların gövdə nahiyəsində, üzündə və ətraflarda təsadüf edilir. Bir neçə mm- dən bir neçə sm-ə kimi olur. Ziyillər dairəvi və ya oval, sərhədləri kəskin konsistensiyası bərk olur, səthi isə parıldayır.Rəngi tünd qəhvəyi və ya qara olur. Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır == Qocalıq keratoması == Qocalıq keratoması (lat. Keratosus senilis )-Bu orqanizmin acıq sahələrində müşahidə olunur. Xəstəlik müxtəlif formalarda yastı və quru , qəhvəyi rəngli kəpəklərlə örtülü düyüncüklərlə təzahür edir. Günəş şüalarının təsirindən epiteliomaya çevrilir.Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır.
Fenantren və onun törəmələri
Fenantren - kimyəvi formulu - C14H10. == Xassələri == Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər. == Törəmələri == Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir.
Naftalin və onun törəmələri
Naftalin - daş kömürün, neftin və bir çox başqa üzvi birləşmələrin pirolizi zamanı alınan məhsullardan biridir. Sənayedə onu çox vaxt daş kömür qətranının orta fraksiyasından (170-2400) alırlar. Bu məqsədlə, həmin fraksiyanı əvvəlcə qələvi ilə emal edib, oradan fenolu ayırır, qalan hisssəni sıxmaqla maye qatışıqlardan ayırırlar. Sonra az miqdarda sulfat turşusu ilə emal edərək, təmiz naftalin almaq üçün su buxarı ilə distillə və ya sublimasiya edirlər. Naftalin 800C-də əriyən və 2180-də qaynayan, ağ rəngli xüsusi iyli maddədir. Suda həll olmur, efirdə və benzolda yaxşı həll olr. Onun empirik formulunu C10H8 birinci dəfə rus kimyaçısı A.A. Voskresenski müəyyən etmişdir. Naftalin, praktiki cəhətdən çox əhəmiyyətli maddədir. Onu yun və ipək parçaları güvədən qorumaq işlədir,habelə ondan cürbəcür boyaqlar, dərmanlar, partlayıcı maddələr və s. almaq üçün istifadə edirlər.

"törəmələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#törəmələri nədir? #törəmələri sözünün mənası #törəmələri nə deməkdir? #törəmələri sözünün izahı #törəmələri sözünün yazılışı #törəmələri necə yazılır? #törəmələri sözünün düzgün yazılışı #törəmələri leksik mənası #törəmələri sözünün sinonimi #törəmələri sözünün yaxın mənalı sözlər #törəmələri sözünün əks mənası #törəmələri sözünün etimologiyası #törəmələri sözünün orfoqrafiyası #törəmələri rusca #törəmələri inglisça #törəmələri fransızca #törəmələri sözünün istifadəsi #sözlük