Atmosfer təbəqələri
== Atmosfer təbəqələri ==
Yüksəklikdən asılı olaraq temperaturun dəyişmə xarakterinə görə atmosfer 5 əsas təbəqəyə ayrılır:
Troposfer
Stratosfer
Mezosfer
Termosfer
Ekzosfer.
=== Troposfer ===
Yer səthindən polyar en dairələrində 8-10km, tropiklərdə 15-18km yüksəkliyə qədər atmosferin yerüstü təbəqəsidir.
=== Stratosfer ===
Bu qat troposferdən sonrakı qat olub 50-55km yüksəkliyə qədər yayılır.
=== Mezosfer ===
Stratosferdən sonrakı təbəqədir, onun yuxarı sərhəddi 80- 0km- də yerləşir.
=== Termosfer ===
Bu təbəqənin yuxarı sərhəddi 800km-ə qədər davam edir.
=== Ekzosfer ===
Başqa sözlə səpilmə sferası atmosferin fövqəladə seyrək xarici təbəqəsi olub hidrogen və helium kimi daha yüngül atmosfer qazlarından ibarətdir.