Təhmasibin sözü azərbaycan dilində

Təhmasibin

Yazılış

  • Təhmasibin • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şah Təhmasibin Şahnaməsi
Şah Təhmasibin Şahnaməsi və ya Houton Şahnaməsi — Səfəvi miniatür sənətinin şah əsərlərindən və Şahnamə əsərinə çəkilmiş miniatürlər içərisində ən məşhurlarından biri olan illüstrasiyalı əlyazmalar. Bu, yəqin ki, indiyə qədər hazırlanmış mətnin ən tam təsvir edilmiş əlyazmasıdır. Əsər ortaya çıxarıldığı zaman 759 səhifədən ibarət olmuş, bunun da 258 səhifəsi miniatürlərlə bəzədilmişdir. Bu miniatürlər Təbriz şəhərindəki miniatür ustaları tərəfindən I Şah İsmayıl və I Şah Təhmasib dövründə çəkilmişdir. Əsər tamamlandıqdan sonra 1658-ci ildə Osmanlı sultanı II Səlimə hədiyyə edilmişdir. Əsərin səhifələri 48 x 32 sm-dən ibarət olmuş və mətni mükəmməl şəkildə nəstəliq xətti ilə çəkilmişdir. Əsər 1970-ci illərdə parçalanmış və hal-hazırda hissə-hissə müxtəlif kolleksiyalarda saxlanmaqdadır. Əsərin düzəldilməsinə Şah İsmayılın Təbrizi ələ keçirib özünü şah elan etməsindən qısa müddət sonra əmr verilmişdir. Dövrünün nüfuzlu və hərbi baxımdan üstün sərkərdələrindən və hökmdarlarından olan Şah İsmayıl bundan sonra qısa müddətdə xeyli etnosun yaşadığı imperiya qurmağı bacarmışdı. Bu böyük imperiyanın ərazisində xeyli sayda məşhur rəssam yaşamaqda idi və onların istedadları da bacarıqlı idi.
II Təhmasibin yürüşü (1731)
II Təhmasibin yürüşü (1731) — Səfəvi hökmdarının Qafqazı öz əlində saxlayan Osmanlı imperiyasına qarşı həyata keçirdiyi yürüş nəzərdə tutulur. Yürüş nəticəsində Səfəvi ordusu məğlub edilmiş, bundan əvvəlki yürüş nəticəsində Nadirin əldə etdiyi üstünlüklər və torpaqlar itirilmişdir. Yürüşün nəticəsi Nadirin şərqdən qərbə gəlməsi ilə Səfəvilərin xeyrinə dəyişdirildi, lakin II Təhmasibin öz nüfuzunu bərpa etmək üçün həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən 1731-ci il hərbi əməliyyatları ən əsas sülalənin özü üçün fəlakətlə sonlandı. == Arxa plan == Nadir xan 1730-cu ildə Osmanlı imperiyasına qarşı müharibəyə başladı. O zaman Osmanlılarla düşmən münasibətdə olan Rusiya bu müharibədə Səfəvilərin qalib gəlməsində maraqlı idi. Belə bir əlverişli şəraitdə II Təhmasib Osmanlılardan işğal edilmiş Səfəvi torpaqlarının geri qaytarılmasını tələb etdi. Lakin Osmanlıların rədd cavabı bu iki dövlət arasında müharibəyə səbəb oldu. Azərbaycan ərazisi yenidən müharibə meydanına çevrildi. Nadir xan Osmanlı qoşunu üzərində ilk böyük qələbəsini Marağada qazandı. 1730-cu ilin sentyabrında Ərdəbili, daha sonra Təbrizi Osmanlılardan azad etdi.
I Təhmasibin yürüşü (1552)
I Təhmasibin yürüşü (1552) — Səfəvi imperiyasının ikinci hökmdarı Şah Təhmasibin Sultan Süleymanın Səfəvi torpaqlarına edilən yürüşlərinə cavab olaraq həyata keçirilmiş yürüşü nəzərdə tutulur. Yürüşün məqsədi yağma həyata keçirmək, əsirlər əldə etmək və Osmanlı imperiyasının arxa cəbhəsini dağıtmaqla sülhə məcbur etmək olmuşdur. == Arxa plan == Osmanlı hökmdarı Sultan Süleyman Təhmasibin bu yürüşünə qədər Səfəvi torpaqlarına 3 yürüş (1534, 1535, 1548) həyata keçirmişdi. Bu yürüşlər zamanı çox saylı Osmanlı ordusuna qarşı açıq meydan savaşına çıxmaqdan yayınmaq üçün Təhmasib fərqli taktika izləmiş və nəticədə hər dəfə Osmanlı yürüşlərinin böyük xərclər çəkilməsinə baxmayaraq, uğursuzluqla nəticələnməsinə nail olmuşdur. Bu yürüşlər nəticəsində Osmanlı imperiyası yalnız Bağdadı əlində saxlaya bilmiş və hər dəfə ələ keçirdiyi yerdə qalan torpaqları tərk etməyə məcbur olmuşdur. Sultan Süleymanın 1548-ci il yürüşündən sonra Şah Təhmasib Osmanlı ərazilərinə yürüş təşkil etdi və bu yürüşdə ona oğlu İsmayıl Mirzə yaxından yardım etdi. == Yürüş == 1552-ci ildə I Təhmasib Osmanlı ərazilərinə yürüşə başladı. Ərzurum hakimi İsgəndər paşanın Xoy ərazisinə yürüşü buna bəhanə oldu. 1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər: 1) Ərciş və Bərkiyyə — (Məsum bəy Səfəvi, Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan bəy Səədli və b.).
I Şah Təhmasibin Xəmsə əlyazması
I Şah Təhmasibin Xəmsə əlyazması — Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazma Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi
II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi — bu hadisə 1729-cu ildə II Təhmasibin sərkərdəsi Nadir xanla əfqan Əşrəf Xotəki arasında baş vermiş bir sıra döyüşün nəticəsində mümkün olmuşdur. II Təhmasibin nominal olaraq taxtda oturmasına baxmayaraq, faktiki hakimiyyət Nadir xanın əlində cəmləşmişdi. Əfqanlar isə Səfəvi imperiyasının ərazilərinin böyük bir hissəsindən əbədi olaraq qovuldular və bir müddət sonra Nadir yürüş edərək onları yenidən tabe etdi. == İsfahanın işğalı və Təhmasibin şah olması == 1722-ci ildə Səfəvi imperiyası dərin böhran içində idi. Ölkənin iqtisadi sisteminin çökməsi ilə paraleldə, imperiyanın hər bir tərəfini üsyanlar bürümüşdü. Həm də bundan istifadə edən əfqanlar, ilk öncə Əfqanıstandakı Səfəvi hakimiyyətini ləğv edib, imperiyanın mərkəzi bölgələrinə doğru yürüşə başladılar. 1722-ci ilin martında paytaxt İsfahan mühasirəyə alındı. İsfahana doğru əfqan irəliləməsinin qarşısını almaq üçün Gülnabad adlanan yerdə iki tərəfin ordusu qarşı-qarşıya gəldi. Səfəvi ordusu sağ cinah, sol cinah və mərkəz olaraq üç hissəyə ayrılmışdı. Cinahlarda sayları 30 min olan süvarilər toplanmışdı.
I Təhmasibin Kartli və Kaxetiyə yürüşləri
I Təhmasibin Gürcüstan yürüşləri — Səfəvi imperiyasının ikinci hökmdarı olan I Təhmasibin indiki Gürcüstan ərazisində yerləşən Kartli və Kaxeti çarlıqlarını ərazilərinə həyata keçirmiş yürüşləri. Şah Təhmasibin mütəmadı olaraq maraqlandığı bölgələrdən biri də Gürcüstan idi. Bunun səbəbləri içərisinə indiki Gürcüstanın cənubu və indiki Ermənistan ərazilərini əllərində saxlayan Ustaclı tayfasının gücünü azaltmaq dursa da, digər bir məqam yağma idi. Əsasən xristian olan gürcü torpaqlarına hücumların çox zaman motivi cihad olurdu. Şah Təmasibin ilk yürüşü zamanı Tiflis yağmalanmış, onun kilsələri, gürcü zadəganların sərvətləri, uşaqları və arvadları qənimət olaraq ələ keçirilmişdi. Həmçinin sonda Tiflis, Golbad kimi şəhərlərin hakimləri şiəliyi qəbul etməyə məcbur olmuşlardı. Kartli kralı I Luarsab xilas olmağı bacarmış və Təhmasibin yürüşləri zamanı gizlənmişdir. İkinci yürüşün məqsədi gürcü torpaqlarında stabil qızılbaş hakimiyyətini təmin etmək idi. Yenə yağmalamalarla müşahidə edilən yürüş nəticəsində Kaxetiya kralı Levan tabe edilmiş və o, şaha tabe olacağı barədə and içmişdir. Amasiya sülhündən bir il əvvəl daha bir yürüş həyata keçirilmişdir.

Oxşar sözlər

#təhmasibin nədir? #təhmasibin sözünün mənası #təhmasibin nə deməkdir? #təhmasibin sözünün izahı #təhmasibin sözünün yazılışı #təhmasibin necə yazılır? #təhmasibin sözünün düzgün yazılışı #təhmasibin leksik mənası #təhmasibin sözünün sinonimi #təhmasibin sözünün yaxın mənalı sözlər #təhmasibin sözünün əks mənası #təhmasibin sözünün etimologiyası #təhmasibin sözünün orfoqrafiyası #təhmasibin rusca #təhmasibin inglisça #təhmasibin fransızca #təhmasibin sözünün istifadəsi #sözlük