Tacikistanın dövlət quruluşu
Tacikistanın dövlət quruluşu - 1994-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
== Dövlət quruluşu ==
Tacikistan dualist idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1991) 9 sentyabrda qeyd olunur. Tacikistan Konstitusiyası 1994-ci il 6 noyabrdan (1999 və 2003-cü illərdə edilmiş dəyişikliklərlə) qüvvədədir.
== İnzibati bölgüsü ==
Tacikistan Respublikası inzibati cəhətdən 1 muxtar vilayət (Dağlıq Bədəxşan), 2 vilayət (Sogd və Xatlon), 13-ü respublika tabeli olmaqla 62 rayon, 17 şəhər (Bostan, Boxtar, Gülüstan, Hisar, Xoruğ, Xücənd, İsfərə, İstərövşən, İstiqlal, Kanibadam, Kulab, Levakənd, Narək, Pəncəkənd, Roğun, Tursunzadə, Vəhdət) və paytaxt Düşənbə şəhərindən ibarətdir .
== Dövlət başçısı ==
Konstitusiyaya edilmiş 2006-ci il dəyişikliyinə əsasən Prezident ümumxalq səsverməsi yolu ilə 7 il müddətinə seçilir. Baş nazir və Hökumət üzvləri, habelə dövlətdə təmsil olunan yüksək vəzifəli şəxslərin böyük əksəriyyəti Prezident tərəfindən təyin edilir. Dövlətin idarə edilməsində geniş səlahiyyətlərə malik olan dövlət başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş komandanıdır.
== Qanunverici hakimiyyət ==
3 yerlik Milli Məclisdən (Yuxarı Palata) və 63 yerlik Nümayəndələr Palatasından (Aşağı Palata) ibarət ikipalatalı Ali Məclisdir.
Qanunvericilik təşəbbüsü hüququ Milli Məclisin üzvlərinə, Tacikistan Prezidentinə, Tacikistan Hökumətinə, öz yurisdiksiyaları çərçivəsində Konstitusiyaya, Ali və Ali İqtisad Məhkəmələrinə aiddir.